Metronun bir neçə stansiyası yenidən bağlanacaq

Sentyabrın 6-sı saat 22:00-dan sentyabrın 10-u saat 6:00-dək Bakı Metropoliteninin “20 Yanvar -Dərnəgül” xətti bağlı olacaq.
Metropolitendən Gün.Az bildirilib ki, bu müddətdə metronun “20 Yanvar”, “Memar Əcəmi”, “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyası bağlanacaq.

Qeyd edək ki, metropolitenin bağlanmasının səbəbi “Memar Əcəmi” stansiyasından tunelin inşa edilməsidir.

Belə ki, hazırda Bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının inşası davam etdirilir. Bu iki stansiya arasındakı hər biri 2 min metr olmaqla tunellərin tikintisi müasir tunelqazma qurğuları vasitəsilə tamamlanıb. Hazırda tunelqazma qurğularının “B-3” stansiyası (Ceyhun Səlimov küçəsi) istiqamətində hərəkət etməsi üçün məhz iki xətt arasındakı qeyd olunan hissə qazılaraq keçilməlidir.

İnşa olunan “Memar Əcəmi-2” stansiyası Bənövşəyi xətdən Yaşıl xəttin “Memar Əcəmi” stansiyasına keçid funksiyasını yerinə yetirəcək.

CooL_Man

Şərhlər:

  1. important life dedi ki:

    Tewekkur melumata göre. Metrodan adeten istifade etmirem

  2. Ninaska dedi ki:

    Melumatchun chox sagol dosim ..

  3. CooL_Man dedi ki:

    Deymez tez dostlarima xeber verim dedim ;))

  4. Sweet_Love dedi ki:

    Tewekkurler 🙂

  5. _Sadece_B.G_ dedi ki:

    yaxsi ki nefciler yoxdu wukur

  6. DaRk_AnGeL dedi ki:

    Cox sagol melumatlandirdigina gore..))

  7. Aelita dedi ki:

    hmm cox sag ol xebere gore Bakida qalmiram

  8. sabinocka dedi ki:

    melumata gore twk,

  9. deniz15 dedi ki:

    hmm normal haldi