Qızlar oxudulmayanda

Yurdumuzun ucqar kəndlərində yaşayan, heç vaxt kənddən çölə çıxmayan, oxumaq icazəsi olmayan, hələ üstəlik heç fikirini də soruşmadan özündən neçə yaş böyük bir adamın ikinci arvadı olan gənc qızlarımızdan bəhs etmirəm bu an. Bəhs etməyə ürəyim gəlmir.

Böyük şəhərin “göbəyində” yaşayan, adi gənc bir qadından bəhs edirəm.
Həyatında özünə aid bir qərarı var idi : evlənəcəyi adamı sevmək! “Seçmək” deyil, “sevmək”. çoxları onu şanslı hesab edirdi. Oxumayacağına başqası qərar vermişdi, neçə yaşda evlənəcəyinə də başqası qərar vermişdi. Tək üstünlüyü var idi, o da evləndiyi adamı sevməyi. Bunu isə özü qərar vermişdi: ” Sevim ki, xoşbəxt olum” deyə. Qaynanalı-qaynatalı evə gəlin getmişdi. Evdə bir subay bacı, iki subay qardaş da vardı.
Nə vaxt yatıb, nə vaxt durmağı da öz qərarı deyildi. Qaynatası durana qədər gəlin hökmən qalxmış olmalı idi. Nə geyəcəyinə, hara getməyinə də qərar verən onlar idi. Mətbəxdə nə bişirəcəyinə, öz anasını nə vaxt görəcəyinə, qonşunun gəliniylə nə danışacağına da qarışırdılar.
Nə vaxt uşaq dünyaya gətirəcəyinə yenə evin böyükləri qərar vermişdi. Körpə doğulanda körpəsini ilk qucaqlayan qaynanası olub. Sonra da onsuz da körpə onun olmuşdu. Anası əmizdirsin, böyüyəndə yemək versin, yusun, təmizləsin, amma uşaq qaynananın qucağında böyüsün… Az qala onu ana bilirdi uşaq. Uşağı ilə gəzməyə getmək istəyəndə də qaynanasından icazə alırdı gəlin. Uşağın öz anası evdə yemək, qab-qacaq, ütüylə məşğul olanda kiçik qızı ata tərəfdən nənəsinin əlini tutub gedirdi gəzintilərə.
Sonra ikinci uşağa qərar vermişdi ailə. Bu dəfə oğlan sifariş etmişdilər… Oğlan doğulandan sonra gəlinin işi də çoxalmışdı. Uşaqlar ata tərəfdən nənə və babayla gəzməkdə, atası kafedə, yazıq qadın işin əlindən uşaqları ilə vaxt keçirməyə belə imkan tapa bilmirdi.
Uşağına “Olmaz” desəydi, özü danlaq eşidərdi. Uşaqlardan birini vursa,” Nə cavab verəcəm?!” deyə fikirləşərdi. Uşaqları “Ata tərəfdən nənəmi daha çox sevirəm” deyəndə isə göz yaşlarını içinə axıdırdı, çünki ağlamağa da haqqı yoxdur. Heç bir mövzuda haqqı yox idi.
Nə öz evinin qadını olmağa, nə uşaqlarının anası olmağa… Haqqı yoxdur, yox!
çünki oxumamış, oxudulmamışdı. Oxuyub, peşə sahibi ola bilməmişdi.
İndi həyatda bir məqsədi var. O da imkan versələr; qızını oxudub peşə sahibi etmək. Əgər bunu da dəstəkləyərlərsə…

P.S:Əziz xanımlarımız, gəlin bu hekayədən bir azca da olsa ibrət götürək. Övladlarımız arasında fərq qoymayaq. İstər oğlan, istərsə də qız övladı olsun. Ona təhsil almağa yardım edək. çünki bu onun həm həyat təcrübəsi, dünyagörüşünün artmasına, həm də gələcəkdə ali savadlı bir xanım olmasına, çətin anlarda əlindən tutacaq bir işə sahib olmasına kömək edəcək!

DaRk_AnGeL

Şərhlər:

  1. Lucky Girl dedi ki:

    Heqiqetdi..indi oxumamiw insanlara daha az hormet olur…olara savadsiz biri kimi baxilir..ailede onun fikri soruwulmur..qisa desek ekseriyyet "adam"yerine qoymur…ama bir weyde var ki,bezilerinin bexti getirmir..oxuya bilmirler…yeni herenin oz hekayesi var..oxumamiw insanlari gunahlandirmaq olmaz.."isteseydiz oxuyardiz"kimi cumlelerde demek olmaz..kim bilir olarin neler cekdiyini..((twk…

  2. Aelita dedi ki:

    duzdu oxumamis qiz olmamasi yaxsidi. ama oxuyub qudurmaq da lazim deil. en yaxsisi oxu ama medeniyyetivi ve hormetivi saxlamaqdi. pulu var deye exlaqsizliq eleyen qizlar da o da lazim deil. oxuyun ama adam olun. namusunuzu qeyretinizi qoruyun

  3. mR_bAkiNec dedi ki:

    Heri brat :/

  4. Yasaksin_kalbime dedi ki:

    duzdu qiz oxumalidi.ammaki,evlendise onun sozu kecmirse,bax bu kiwiden aslidi.kiwi istese oz heyat yoldawina teref cixa biler.onu hec kim terefden ezdirmeye qoymaz.tewekkurler.

  5. CooL_Man dedi ki:

    menali xeberdi raziyam…
    teshekkurler…!

  6. sabinocka dedi ki:

    cox pis oldum bu xebere gore….Elin qolun varolsun..dogrudanda aktual messeleye toxunmusan..heyatda her weyi bilme k bacarmaq lazim,oxumaq lazim………yoxsa qizlarimiz pis veziyyetde qalir..hew neyin sahiibi olmurlar…bu qadin kimi taleleri olanlara gorecox pis oluram..bele bir insan qonwulugumuzdada var idi…onu gordukce heyati bawa duwurdum…..Cox pis veziyetde idi…….tewekkur xebere gore…

  7. DaRk_AnGeL dedi ki:

    Indiki zamanede mence hem oglan hemde qiz uwagi oxudulmalidi tebii ki imkan daxilinde.Birden ALLAH elemesin onun heyat yoldawinin bawina bir iw geldi onda gedib o qiz kiminse qapisinda nokerlik etmelidi?
    Deyerli fikirlerinize gore tewekkurler

  8. important life dedi ki:

    Yazilanlarla raziyam tewekkurler

  9. Ninaska dedi ki:

    paaah qaynanasigil ne paltar giyeceyin dirmishhh zehlem gedir bele sheyden.. bele baxanda o qeder bezi oxumushdar var ki, oxumayanlar ondan yaxshidi her cehetden.. indi pulla daxil olurlar ki adi olsun oxumushdu..eleside var ki oxumak isdir ama imkani yoxdu ne yol puluna nedeki giymine.. oxumuyanida bele ezirler.. Anam her zaman dir qiz ushaqinin seneti olar..Allaha Shukur elimde senetim var.. oglan dashdanda pul qazanar oda baxir oglana .. tshk xeberchun

  10. deniz15 dedi ki:

    tesekkurler melumata gore