Çox maraqlıdır

Düşüncəli ol,məntiqli ol amma yalançı olma!

Yaxşılıq et, əfv et amma xəyanət etmə!

Uşaqları sev, yaşlıları sev amma özünü sevmə!

Bu tip cümlələr hər zaman həyatımızda qarşımıza çıxır.Amma nə dərəcə də bunlara əməl edirik?

Biz eşitdiyimiz və bizə doğru deyə anladılan hər şeylə razılaşırıqmı?

Bir anlıq düşünək…. Doğru nədir?Yanlış nədir ?

Əgər doğru ağılca yox pulca üstün olanın hakimiyyətidirsə…

Əgər doğru doğru söylənin susdurulması,yaltaqlığın hakimiyyətidirsə…

Əgər doğru savadlı deyil, gözəl olanın hakimiyyətidirsə….

Əgər doğru “internet ancaq tanışlıq üçündür” kimi düşünənlərin hakimiyyətirsə…

Bəs onda yanlış nədir ????
Yanlış….

“Müəllim diplomu olanlar ticarətlə məşğuldur onsuzda!” deyilən cəmiyyətdə təhsil almaqdır…

“Sən guya məndən ağıllısan?!” deyilən cəmiyyətdə düşünməkdir…

“Gəlinin,qızın işi ancaq evini yığışdırmaqdır..” deyilən cəmiyyətdə analiz etməkdir…

“Bizim vaxtımızda belə deyildi!” deyilən cəmiyyətdə öz yolunla getməkdir…

“Mənim istədiyimi etməlisən!!!”deyilən cəmiyyətdə deyilənə deyil doğru sandığını etməkdir….

Onda bizim ətrafımızda nə qədər doğrular var?!

Biz niyə şikayətlənək onda ?!

Biz ki, kütləvi şəkildə düşünmədən “doğru”lara əməl edənik…

Biz ki, qonaqpərvərlik xasiyyətimizlə düşmənə torpaq verənik…

Biz ki, etdiyimiz yanlışı bir daha edənik…

Biz ki, “Gülüstan” müqaviləsinə öz xoşumuzla qol çəkənik….

Biz ki, aforizmləri oxuyub“gözəl” deməkdən başqa heçnə etmirik……

Bəs onda yanlış hardadır?

Biz gənclik olaraq “dünənin doğru” larına göz yumulu əməl etməliyikmi???

Bəlkə “Öz doğru” larımızı elə özümüzdə saxlayıb axına qoşulmalıyıq???

DaRk_AnGeL

Şərhlər:

  1. Məhəbbət Sakini dedi ki:

    Mənalı cümlələrdi
    Düşüncəli ol,məntiqli ol amma yalançı olma!
    Yaxşılıq et, əfv et amma xəyanət etmə!
    Uşaqları sev, yaşlıları sev amma özünü sevmə!

    Təşəkkür edirəm..

  2. Aelita dedi ki:

    duzdu. her addimimiz yanlisdi…

  3. Yeni urek dedi ki:

    Cox tewekkur edirem xebere gore Allah razi olsun

  4. Hilary Duff dedi ki:

    Super cox gozel yazidi Tewekkurler………

  5. Slatkaya dedi ki:

    ela beyenilsin

  6. important life dedi ki:

    kewey sözlerdi.cox sagol angel

  7. sabinocka dedi ki:

    Insanin esas dogrusu etdiyi sehvleri duwunub tovbe tmekdir..Allaha siginmaqdir..tewekkur xbere gore……

  8. Ninaska dedi ki:

    beyendim chox sagol ;)) ..

  9. CooL_Man dedi ki:

    cox sag ol… Maraqli yazidir……

  10. DaRk_AnGeL dedi ki:

    Beyendiyinize sevindim___))))

  11. deniz15 dedi ki:

    cox maraqlidi tesekkur