Aforizmlər

Məmləkətlər pulsuzluqdan deyil, əxlaqsızlıqdan çökər

Dostluqda ondan nə əldə edəcəyin deyil, ruhların sevgi ilə bağlanması vardır.

Dostluğu həm doğuran həm davam etdirən ərdəmdir. Ərdəm olmadan dostluğun heç bir müxtəlifi olmaz.

İnsana Özünü Bil deyilməsi, tək qürurunu qırmaq üçün deyil, dəyərini də bildirmək üçündür.

çalışaraq şöhrət qazananlar, doğuşdan məşhur olanlardan daha çoxdur.

Acını tanımamış olmaq, böyük bir ağrıdır.

Bütün döyüşlər komandirləri sərvət sahibi edər; siyasətçilər də ölən əsgərlərin qanlarıyla bəslənərlər.

Həyat yoxuşunu dırmaşarkən rast gəldiyiniz insanlara yaxşı davranın; enişdə yenə onlara rast gələcəksiniz çünki.

Hər kəs düşüncələrində yanıla bilər; lakin axmaqlar heç cür düşüncələrindən ayrıla bilməzlər.

Bütün böyük işlər, kiçik başlanğıclarla olar.

Bilmədiyim şeylər haqqında cahil olduğumu etiraf etməkdən utanmıram.

Ərdəm, bir pisliyi etməmək deyil, işlənmiş pislikləri bağışlamaqdır.

Bir yaxşılığı edən deyil, yaxşılığı görən xatırlamalıdır.

Hər vaxt eyni dili danışmaq məcburiyyətində deyilik, amma hər vaxt eyni məqsədin arxasına düşməliyik.

Möhkəm xarakteri olan bir insanı, vəzifəsindən saxlayacaq heç bir hadisə ola bilməz.

Başqalarının səhvlərini dərhal görüb özünkiləri ağılına belə gətirməmək, axmaqlığın bir nömrəli işarəsidir.

İnsan ərdəmli olduqca, başqalarının pis niyyətindən daha az şübhə edər.

Sülh ilə Köləlik arasında çox böyük fərq vardır sülh hüzur, dinclik dolu bir azadlıqdır. Köləlik isə tək şavaşaraq deyil .Ölümü belə gözə almaq , uzaq tutulması lazım olan hər cür pisliyin ən pisidir.

Düzgünlük və məsuliyyət sahibi kimsə lider olmağa layiqdir.

Şərəf ərdəmi kölgə kimi izləyər.

Yaşayıramsa, ümidim də var.

Zəka, eynilə bir tarla kimi əkilməyə və baxılmağa möhtacdır.

Ən aydın mövzular belə uzun uzandıya mənfəətlərlə qaranlıqlaşar.

Biz, təbiəti nümunə götürsək əsla yanılmarıq.

İnsanın ilk tapşırığı, doğru olanın arxasından getmək və araşdırmaqdır.

Kökləşmiş hirs, nifrət oyandırar.

Sahib olduğundan çoxunu istəməyən insan varlıdır.

Hər kəs səhv edə bilər, tək axmaqlar səhvlərində israr edər.

İçində kitab olmayan bir otaq ruhsuz bir bədən kimidir.

Azadlıq üçün hamımız hüququn köləsiyik.

Ən haqsız sülhü ən ədalətli döyüşə seçərəm.

Ən tez quruyan şey gözyaşıdır.

İnsanın həyatını təşkil edən ağıl deyil, zənginlikdir.

Ən yaxşı öyüdü ancaq özünə verə bilərsən.

Sağlamfikir, hər şeyin kraliçasıdır.

İnsan özünü itirmədən özünü tapa bilməz.

Döyüşdə qanunlar susar.

Şərəf və düzgünlük ədalətin təməlidir.

Hər canlı tək özünü sevər.

Yaxşı bir dost ikinci bir “mən”dir.

İnsanın ən böyük düşməni, birbaşa özüdür.

Hər şeyin başlanğıcı kiçikdir.

Dahilik, səylə böyüdülər.


Malını itirən bir şeyini itirər, namusunu itirən bir çox şeyini itirər Cəsarətini itirən hər şeyini itirər.

Ninaska

Şərhlər:

  1. SEBERT dedi ki:

    tesekkurler marqlidi

  2. MeN_SeN dedi ki:

    Yaxşı bir dost ikinci bir "mən"dir.
    cox maraqlidir cox tesekkurlerrrrrrrrrrrrrr
    menimbir bratim var onu ele ozumden ferqlendirmirem ikinci men dir:)

  3. Aelita dedi ki:

    hmm bir-ikisin oxudum gozel sozlerdi.

  4. DaRk_AnGeL dedi ki:

    Qeweng sozler deyib))))Cox sagol xebere gore

  5. Lucky Girl dedi ki:

    Yaşayıramsa, ümidim də var.

    ……..

  6. mR_bAkiNec dedi ki:

    ƏLaDı şiRin :/

  7. important life dedi ki:

    Her canli tek özunu sever.
    Superdi tewekkurler

  8. Slatkaya dedi ki:

    elaaaaa cox sag ol

    Malını itirən bir şeyini itirər, namusunu itirən bir çox şeyini itirər Cəsarətini itirən hər şeyini itirər.

  9. sabinocka dedi ki:

    tewekkkur gozel aforizmlerdir