Təsirli sevgi hekayəsi
çox qədim zamanlarda bir varlı oğlan yaşayırdı. Günlərin bir günü bu oğlan bir gənc qıza möhkəm aşiq olur. Bir az keçəndən sonra oğlan aşiq olduğu qıza evlənmək təklifini verir. Lakin qızın bir qüsuru var idi: onun bir əli şikəst idi. Buna görə qızcığaz oğlandan utanırdı və gecə-gündüz Allaha ona şəfa verməsini dua edirdi. Mərhəmətlilərin ən mərhəmətlisi olan Allah da onun dualarını qəbul edir və möcüzə baş verir. Qızın şikəst əli sağalır. Qız sevincək halda oğlana razılığını bildirir və onlar evlənirlər. Bir gün cavan cütlük mehribancasına evlərində nahar edirdilər. Bu zaman evin qapısına bir dilənçi yaxınlaşır və ev yiyələrindən ona yardım etmələrini yalvarır. Bunu eşidən kimi, qız iki dilim çörəyi götürüb dilənçiyə vermək istəyir. Lakin əri ona bunu etməyə icazə vermir. Qız fikirləşir ki, əri xəsislik edir və buna görə gözləri yaşla dolur. Elə bu an əri ona belə deyir: «İki dilim çörək çox azdır, ona bir qab dolu yemək ver». Qız sevincək yeməyi dilənçiyə verəndə təəccübündən donub-qalır. çünki həmin şəxs onun birinci əri idi. Bu insan vaxtilə çox varlı, adlı-sanlı adam idi, lakin o qədər xəsis idi ki, sonda dilənçilik etmək məcburiyyətində qalır. Qız yeməyi verib, bikef halda oturur və həyat yoldaşına öz acı hekayəsini danışır: «Birinci ərim çox xəsis idi. Bir gün evdə tək idim, bir dilənçi gəldi, mən də ona bir toyuq verdim, içinə də qiymətli üzüyümü qoydum. Ərim evə qayıdanda bundan xəbər tutdu və qəzəblənərək məndən boşandı, hələ üstəlik, şəhərdən qovub əlimi kəsdi». Bütün buna heyrətlə qulaq asan oğlan dözməyib ağlayır. Qız bunun səbəbini soruşanda, oğlan belə deyir: «üzüyü verdiyin həmin dilənçi mən idim. Və məhz bu üzük vasitəsilə mən varlandım».
Yenilənib:
Super hekayedi ewitmiwdim….burda deyiblere..Hec kimi kewmiwine gore qinama,cunki oz geleceyinden xebersizsen…en sevdiyim cumledi…bir nece defe bunun subutun gozumle gormuwem..haladi deyene…
bunu bir defe oxumusdu face`de maraqli nagil idi twk ellerin derd gormesin
hmm maraqli hekayedi oxumusdum ama yadimnan cixibmis. Xesislik cox pis seydi. Allah haminin komeyi olsun. Amin
super hekayedi.tewekkurler.
superdi
sirlar dunyasina baxirdim ama buna baxmamisham :((( marakli idi chox sagol ..
teshekkurler…
Super hekayedir cox xowum geldi Tewekkurler……………
Reylere gore tewekkur edirem cox saq olun
ewitmiwdim bu hekayeni yenede twk