Hekayə

Biri varmış, biri yoxmuş. Meşə Göyərçini bir yaz günü su içməyə getdi. Gördü bir Qarışqa suya düşüb çapalayır. Göyərçin tez Qarışqanın köməyinə gəldi. Dimdiyinə bir yarpaq alıb suya atdı. Amma yarpaq Qarışqadan xeyli uzağa düşdü. çayın axarı Qarışqanı xeyli uzağa apardı. Bu dəfə Göyərçin caynağına çöp alıb onu suya atdı. Qarışqa tez çöpə dırmaşdı. Beləliklə, o ölümdən qurtardı. Sahilə çıxanda Qarışqa Göyərçinə dedi:
-Məni ölümdən qurtardın. Bir gün olar, mən də sənə kömək edərəm.
Göyərçin Qarışqanın sözünə güldü.
-Sən çox kiçiksən, mənə necə kömək edəcəksən?
Göyərçin uçub getdi. Həmin vaxtdan xeyli keçdi. Göyərçin ağacın başında yuvasında rahatca yatmışdı. Bir ovçu onu çoxdan güdürmüş. İstəyirmiş ki, Göyərçini yatdığı yerdən götürmək istədi. Ayaq barmağının ucunda ağaca yaxınlaşdı. Tətiyi çəkmək istəyəndə Qarışqa ovçunun boynundan bərk dişlədi. Ovçu tətiyi çəksə də, Göyərçini vura bilmədi. Tüfəngin səsinə Göyərçin oyandı. Qarışqanı gördü, dedi:
-çox sağ ol, dost. Yaxşılığa yaxşılıq deyiblər.

Yeni urek

Şərhlər:

  1. MeN_SeN dedi ki:

    COX SAQOL OXUDUM COX MARAQLI IDI AMMA EVVELCEDE OXUMUSDUM UWAQ VAXTI:)

    He yaxsi deyibler Yaxsiliq etki yaxsiliq goressen

  2. Ninaska dedi ki:

    hekayechun chox sagol.. yaxshilik edek ki yashilik gorek.. ama choox vaxt yaxshilik etdiklerimiz ona etdiyimiz yaxshilikin qedrin bilmir..

  3. CooL_Man dedi ki:

    cox sag ol… qisa olmaagina inanin chox sevindim :DD

  4. SEBERT dedi ki:

    bunu oxumusdum ancaq qarisqanin yerine sican goyercinin yerineyse wir idi.tesekkurler

  5. Aelita dedi ki:

    hmm maraqli xeberdi. sirnen keseyenin nagilina benzerdi

  6. DaRk_AnGeL dedi ki:

    Cox sagol maraqli hekaye idi

  7. TARKAN dedi ki:

    elaydi xosum geldi superr

  8. mR_bAkiNec dedi ki:

    İbrətamiz =)

  9. sabinocka dedi ki:

    cccccccccccccooooooooooooooxxxxxxxxx beyendim tewekkur

  10. Yeni urek dedi ki:

    Reylere gore tewekkur edirem hamiya Allah razi olsun

  11. deniz15 dedi ki:

    maraqlidi tesekkur eedirem