Kədərlənmə

Ey mömin, kədərlənmə! çünki kədərin nə olduğunu dünən başa düşdün. Ancaq bunun da sənə bir faydası dəymədi.

Övladın imtahandan kəsildi. Yenə kədərləndin, qəmləndin. Amma bu da onun imtahanda uğur qazanmasına kömək etmədi.

Atan haqqın rəhmətinə qovuşdu. Hüznün onu geri qaytardımı?!
Müflisləşdin. Qəmlənib-kədərlənməyin itirdiklərini sənə qaytardımı?

Kədərlənmə! çünki hər dəfə bir bəladan dolayı kədərləndikcə yeni-yeni müsibətlərə tuş gəldin. Kasıblıqdan dolayı kədərləndin, ancaq bu, sənə var-dövlət vermədi, əksinə, atdığın hər bir addımda uğursuzluğa düçar oldun. Hətta bədgüman olaraq qəm dəryasına qərq oldun.

Kədərlənmə!Qəmli anlarında nə geniş mali-mülkün, nə zəngin var-dövlətin nə də əməlisaleh övladların sənə fayda verəcək.

Kədərlənmə!çünki qəm-kədər səni tikanlı gülə, qurumuş bir bağa və dözülməz zindan olan həyata bənzədir.
Ey insan! Allah sənə qüsursuz əl-ayaq, gözlər və digər əzalar əta etdiyi halda üzülüb-kədərlənməyinin səbəbi nədir?

Kədərlənmə! çünki sənin səmimi qəlbdən bağlanacağın dinin, əmin-amanlıqda olacağın evin, yeməyə bir parça çörəyin, geyməyə paltarın, sadiq həyat yoldaşın var.

Kədərlənmə! Sanki sən qüssələnməklə zamanın axarını dayandıra, itirdiyin vaxtı, qədir-qiymətini bilmədiyin anları geri qaytara biləcəyini zənn edirsən. Əbəs yerə…

Kədərlənmə! çünki qəm-kədər şiddətli bir külək kimidir. Belə külək havanı korlayar, təmiz suları bulandırar və bol məhsullu bağları yerlə yeksan edər.

Kədərlənmə! çünki qəmli insan məcrasından çıxan çaya bənzəyər. Gah dənizdən ayrılar, gah da dənizə yol alar.

Kədərlənmə! çünki xoşbəxtlik və rahatlıq həyatı mənasıdır. Günlərini qəm-qüssə ilə keçirmə. Sakit gecələrini qəm dəryasına qərq etmə. Qoy, həyatın belə şeylərin güdazına getməsin, israf olmasın! Unutma, Allah israf edənləri sevməz.

Kədərlənmə!çünki sahib olduğun var-dövlət, ev-eşik, bağ-baxça qəm-qüssə içində olduğun halda sənə heç bir fayda verməyəcək. Əksinə, onlar sənin ağrı-acını, qəm-qüssəni daha da artıracaq.

Kədərlənmə!Nə qədər ki, qəmi-kədəri qəlbinin sirdaşı, gözünün nuru etmişsən, təbiblərin verdiyi dava-dərman sənə əlacı olmayacaq.

Kədərlənmə!Dua edəcəyin, dərgahına əl uzadacağın, qapısında aram tapacağın, gecəyarı qalxıb ürəyini boşaldacağın bir rəbbin var.

Kədərlənmə! çünki Allah hər şeyi sənin üçün xəlq edib. Sənin üçün yer üzündə bağlar, bağçalar yetişdirib. Saymaqla tükənməyən bu nemətlər qarşısında sənin kədərini başa düşmək çətdindir.

Kədərlənmə!çünki sən hər gün sənin içməyə suyun, almağa havan var. Sərbəst gəzmək, gecələri rahat uyumaq nemətinə sahibsən.

Kədərlənmə!Bütün müsibətlər keçicidir, cəmi xəstəliklər sağalandır, günahlar da bağışlanandır. Unutma ki, sən Allah tərəfindən ən böyük nemət olan İslam ilə şərflənmişsən.

Kədərlənmə! Məgər qara buludların tez keçib getdiyini görmürsənmi? Gələn gecənin nurlu sabahla əvəzləndiyini müşahidə etmirsənmi? Qorxulu və təlatümlü küləklərin xoş və xəfif yellə əvəz olunduğunu bilmirsənmi?

Elə isə kədərlənib qəm-qüssəyə batmağının heç bir mənası yoxdur. Qəmi-kədəri bir kənara qoy. Xoşbəxt bir həyata qədəm bas!

Kədərlənmə! əziz qardaş! Unutma ki, günəşin qızmar istisi gecənin qaranlığı ilə soyuyur. Şiddətli suszluq soyuq su ilə yatırılır, aclıq isti çorəklə dəf edilir. Gündüzün yorğunluğu gecənin yuxusuna təslim olur. Sənə isə yalnız və yalnız azacıq səbr etmək və bir müddət gözləmək düşür.

Slatkaya

Şərhlər:

  1. Aelita dedi ki:

    Dogurdan da kederlenmek lazim deil. ama men aglamasam ureyim agriyir. urek xesteliyine tutula bilerem.Allah elemesin. Yene de aglamamaga calisacam. Cox sag ol…. Dehset cox beyendim. Bele xeberler cox olsa yaxsidi

  2. aksa_ahmedov dedi ki:

    Cox ela meqaledi,yazanin elleri derd gormesin

  3. DaRk_AnGeL dedi ki:

    Elllaaa cox beyendim ellerin derd gormesin

  4. Hilary Duff dedi ki:

    Super Tewekkurler…………

  5. Slatkaya dedi ki:

    Allah razi olsun

  6. Ninaska dedi ki:

    super xeberdi beyendim tshk .. ; )))

  7. important life dedi ki:

    ela xeberdi.tewekkurler

  8. Yeni urek dedi ki:

    Kədərlənmə! Çünki xoşbəxtlik və rahatlıq həyatı mənasıdır. Günlərini qəm-qüssə ilə keçirmə. Sakit gecələrini qəm dəryasına qərq etmə. Qoy, həyatın belə şeylərin güdazına getməsin, israf olmasın! Unutma, Allah israf edənləri sevməz.

  9. Firdevs dedi ki:

    Kederlenmirem..Cunki kederlensem nawukurlerden hec bir ferqim olmaz.

  10. sabinocka dedi ki:
    coxxxxxxxx gozel xebrdir dogrudanda beyenilsin..super eeeee….Aammma kederlenmek bizden asili olmur..honkurub aglayanda icim bowalir sakitlewirem..tewekkur xeber ucun/…bele xeberlerin davamini gozleyirem

  11. Zerishka dedi ki:

    Nurlu kelmelerdir.

    ALLAH Razi olsun !…