Ölmək istəyirəm

Ölmək istəyirəm.. deyənlərdənsiniz?
“Ölüm..” “Ölmək istiyirəm..” Son zamanlar demək olar ki, ən çox istifadə edilən ifadələrdəndir. Bəziləri ölümü çox bəsit bir məvhum kimi qavramağa çalışır. Bu dünyadan “can qurtarmaq” üçün ideal bir vasitə sayırlar. Bu həqiqətənmi belədir? İnsanlar arasında bu cür fikrin formalaşmasına səbəb nədir? Ölümü arzulamalarına səbəb nədir? Cəmiyyət arasında bu fikir necə qəbul olunur və ən əsası bu düşüncənin sahiblərinə cəmiyyətdə olan münasibət necədir? ümumiyyətlə ölüm nədir?
Ölüm canlı orqanizmin həyat fəaliyyətini dayandırmasıdır. İlk baxışdan sadə səslənsə də o qədər də bəsit bir hadisə deyil.
Hind filosofu Vivekananda belə hesab edirdi ki, ölüm zəifliyin ifadəsidir. Zəifin nə bu dünyada, nə də başqa dünyada yeri yoxdur. Həqiqətən də düzgün ifadədir. Bir baxın insan nəyə görə ölmək istəyə bilər? Məsələn mübarizədən bezdiyinə görə, işləri qaydasında getmədiyinə görə yaşamda məna tapmadıqlarına görə və ya hansısa yaxınını itirdiyinə görə. Həqiqətənmi bunlar ölüm arzulamaq üçün səbəbdir? Əlbəttə ki, yox. İnsan nəyə görə mübarizədən bezməlidi?! Bu dünyaya mübarizə aparmaq üçün gəlməmişik? Sizcə mübarizə aparmayan insan varmı? İşlər nəyə görə yolunda getməməlidi?! Ölüm arzulamaq əvəzinə işlərin yolunda getməsinə çalışıb, cəhd göstərsək, qarşımıza məqsəd qoyub bu məqsəd uğrunda nə lazımdısa etsək daha yaxşı olmazmı? Yaşamda məna axtardın ki tapmadın? Necə olur ki, 7 milyard insan tapır, “sən” yox? Bu həqiqətən də gülməlidir.
Bəzi psixoloqlar hesab edirlər ki, ölüm arzulayan insalanların əksəriyyətinin məqsədi ətrafdakı insanların diqqətlərini öz üzərlərinə toplamaqdır. Yəni, aciz şəkildə diqqət çəkmək. Kimdənsə üstün olaraq deyil də zəif olaraq-mübarizə apara bilməyəcək gücdə olduğu göstərərək diqqət cəlb etmə. Bu diqqət nə qədər sürə bilər? 5 ya 10 dəqiqə. Bəs sonra? Sonra unudulacaq. Lakin kimdənsə üstünsənsə heç vaxt bu unudulmayacaq.
Ölüm bizə nə qazandırır və nəyi əlimizdən alır? Bir sözlə ölüm bizə heç nə qazandırmır. Amma əlimizdən aldıqları.. Həqiqətən də çox şeyi əlimizdən alır. Ən əsası varlığımızı əlimizdən alır, həyatda yaşadığımız bu xoş anları əlimizdən alır, yaxınlarımızın, sevdiklərimizin sevincini əlindən alır. Bəli yaxınlarımızın, bəli sevdiklərimizin. Ölüm bioloji cəhətdən yalnız bizə aid olsa da mənəvi cəhətdən, psixoloji cəhətdən yalnız bizimlə məhdudlaşmır. Yaxınlarımıza da çox böyük təsir edir.
Freyd qeyri şüuri hissə haqqında danışarkən ölümə qarşı olan instinktlərə toxunmuşdur. O, deyirdi ki, burada həyat instinkti-Eros və ölüm instinkti-Tanotos çox böyük üstünlük təşkil edir. Freyd qeyri-iradi şüurun gücünü mütləqləşdirmirdi. O, belə hesab edirdi ki, insan öz instinkt və ehtiraslarına yiyələnir və onları real həyatda şüurlu şəkildə idarə etmək qabilliyyətinə malikdir.
Bəzi insanlar ölüm arzuladıqları kimi bəziləri də ölümdən qorxurlar. Ölüm həqiqətənmi qorxuludur? Sokratın ölüm haqqında səsləndirdiyi fikri xatırlayın. O etiraf edirdi ki fəlsəfənin təyinatını hər şeydən əvvəl insanın özünü ölümə hazırlamasında görür. Bəli insan özün ölümə hazırlıya bilər. Burda qorxulu heç nə yoxdur.Hər bir insan ölürsə deməli bu qanundur.
Belə bir sual çıxır ortaya. Necə ola bilər ki, ölüm həm qorxuncdu, həm də ölümdə qorxulu heç nə yoxdu? Bəli hər 2 fikir doğrudu. Məkandan və zamandan asılı olaraq ölüm həm qorxuludu, həm də qorxulu deyil. Zamanı biz təyin etmirik. Məkan-yəni tutduğumuz mövqe isə öz əlimizdədi. Ona görə elə eyməliyik ki, ölümə qədər fəth etdiyimiz zirvələr sayca çox olsun və ölümümüzdən sonra da yaddaşlarda yaşayaq.

_Sia_

Şərhlər:

  1. MeN_SeN dedi ki:

    xeber ucun cox tesekkurler mende evvelller olmek isteyirdim amma indi heyatin dadin cixartiram butun sevdiklerim yanimdadi cox xowbextem

  2. Ninaska dedi ki:

    ölüm zəifliyin ifadəsidir .. aynen :)))
    xeberchun tshkkk ;))

  3. CooL_Man dedi ki:

    Bu xeber yerine duwdu… Ele saytimizda da heyatdan bezenler az deyil…

    Ellerine sagliq…

  4. SEBERT dedi ki:

    hmm maraqlidi twk

  5. Aelita dedi ki:

    hmmm bu xeberden sonra fikrimden dasindim 🙂

  6. DaRk_AnGeL dedi ki:

    Cox sagol xebere gore

  7. Yeni urek dedi ki:

    Allah razi olsun

  8. mR_bAkiNec dedi ki:

    Zəif deyiləm amma `öLmək arZumdu …
    Sağol xəbərə görə

  9. Yasaksin_kalbime dedi ki:

    mende bir vaxt olmek istemiwem indi ise yalniz yawamaq isteyirem.cunki heyat yawaninca superdi

  10. sabinocka dedi ki:

    mende isteyenlerdendimxeber ucun tewekkur

  11. deniz15 dedi ki:

    cox sagolun tesekkurler