Maraqlı statuslar

Facebook bağlanır…

25.864.452 valideyn bəyəndi 🙂

Ən qeyrətli bitki göbələkdi, çünki papağı həmişə başındadı 🙂

Başını hara gəldi soxmaq lazım deyil, çıxartmağı fikirləşmədən 🙂

Sənə səni danışsam, deyərsən ki, `nə eşşək adamdı bu?` 🙂

Adımı ovucuna yaz, yadına düşdükcə, yalayarsan =)

`Yalnızlıq` – Azərbaycanla Brazilyan`ın futbol oyununda, Brazilya`nın qapcısı olmaqdır 🙂

Gözəl bir nağıl eşitmək istəyirsiniz???
Telefonu göturun, sevdiyiniz oğlana “Mən hər şeyi bilirəm” sms-ini yaz!

Uşaq bağçasında qız oğlana deyir: Sən məni boş yerə qısqanırsan, sənin dünən axşam məmimlə birgə gördüyün kişi mənim ATAMdır.

Oğlan: Sən çox xoşuma gəlirsən tanış olaq
Qiz: Qırıl
Oğlan: Səni sevməyə başlayıram
Qiz: Qırıl
Oğlan: Mən varlıyam sənə milyonları verə bilərəm
Qiz: aaaaaa doğurdan aşkım nə deyirəm ki olaq deyirsən olaq canım mənim
Oğlan: Qırıl

Sevgilim mənim nişanlı olduğumu bildi. İndi ikisidə bura gəlir. Elə qorxuram ki, Bəlkə ərimə deyim?

2012-də dünya dağılmasın. Mən axı hələ ərə getməmişəm..

Qız-ölsəm qəbrimin üstə gəlmə…
Oğlan-Allah eləməsin.Amma niyə gəlməyim canım?
Qız-anamgil görsə məni öldürər….

Bu nə haqsızlıqdır??? Hər iki sevgilim də mənə xəyanət edir!!!

Heyif deyildi 6 yaşına qədər? Hər şeyim var idi, ərim, evim, uşaqlarım

Anam yatıb, çünki yorulub, Onu mən yormuşam! Amma sakit dayanmayacağam! Gedim birazda atamı yorum!

Qız: Mən səndən ayrılıram
Oğlan: Nə danışırsan?!Təpəni əzərəm!
Qız: Mədəniyyətli ol danışığını bil!
Oğlan: Təpənizi əzmək olar?

Kanalları bir bir yoxlayarkən qarşısına dini kanal çıxdıqda tez çevirib sonra özünü günaha batmış kimi hiss edənlər cəmiyyəti 🙂

İki dəli xəstəxanadan qaçmağa qərar verirlər. Gecə planlarını yerinə yetirib qaçırlar. Sabahsı gün təzədən qayıdırlar. Digər dəlilər bunlardan soruşurlar:
– Niyə qayıtdınız?
– Bu gün planı yoxladıq. Sabah qaçacağıq.

Pul ilə sağlamlıq ala bilmərsən, ama sağlamlıq haqqında arayış ala bilərsən. 🙂

Bir kişinin eşşəyi qaçır, o da çıxır axtarmağa..Görür zebra gəlir, deyir: “Vay eşşəy Adidas geyinibsən, elə bildin tanımayacam?

Hər “sənin üçün ölərəm” deyənə “öl” desəydik kaş ki…Tək qalardıq bəlkə, amma heç olmasa ortalıq zibillikdən təmizlənərdi.

Ninaska

Şərhlər:

  1. important life dedi ki:

    axirinci heqiqeten olsa pis olmaz. 🙂
    Statuslar elaydi. Tewekkurler

  2. star girl dedi ki:

    ninaska coxsaqol hamisi superdi

  3. Ninaska dedi ki:

    LadyGirl,
    :)) saol ..

  4. Ninaska dedi ki:

    mR_bAkiNec,
    dmz .. heee mosking
    qizlar beyendivize sevindim..

  5. DaRk_AnGeL dedi ki:

    Elllaaa cox sagol super yazilib

  6. sabinocka dedi ki:

    Qız-ölsəm qəbrimin üstə gəlmə…
    Oğlan-Allah eləməsin.Amma niyə gəlməyim canım?
    Qız-anamgil görsə məni öldürər….

    etaga hamsi super…

  7. mR_bAkiNec dedi ki:

    4ox sagol Ninish ellerine saglik :/
    Bele pis yawamirsan :/

  8. Aelita dedi ki:

    Kanalları bir bir yoxlayarkən qarşısına dini kanal çıxdıqda tez çevirib sonra özünü günaha batmış kimi hiss edənlər cəmiyyəti 🙂

    Qız: Mən səndən ayrılıram
    Oğlan: Nə danışırsan?!Təpəni əzərəm!
    Qız: Mədəniyyətli ol danışığını bil!
    Oğlan: Təpənizi əzmək olar?

    en cox bunlari beyendim. cox sag ol. suupeeer idi

  9. Lucky Girl dedi ki:

    Adımı ovucuna yaz, yadına düşdükcə, yalayarsan =)

    Heyif deyildi 6 yaşına qədər? Hər şeyim var idi, ərim, evim, uşaqlarım :)))

    Hər "sənin üçün ölərəm" deyənə "öl" desəydik kaş ki…Tək qalardıq bəlkə, amma heç olmasa ortalıq zibillikdən təmizlənərdi.

    ehh,,super olardi…))

  10. deniz15 dedi ki:

    MARAQLIDI TESEKKURLER