Quranı təhqir edənlərlə bir yerdə oturmayın

Müqəddəs Kitabımızı təhqir edənlərlə necə davranmalı? Bu sualın cavabı Quranın “Nisa” surəsinin 140-cı ayəsində bəyan edilmişdir. İbni Abbas bu ayənin nazil olması haqqında belə buyurur: “Yəhudilərin məclisində münafiqlər dəstəsi əyləşmişdi. Burada Quran ayələri təhqir edildi və bu zaman bu ayə nazil oldu və bu alçaq əməlin aqibətini aydın etdi. “Həqiqətən Allah sizə bu kitabda nazil edib ki, Allahın ayələrinin və nişanələrinin inkar və məsxərə edildiyini eşitdiyiniz zaman, onlar başqa bir söhbətə girişənə qədər onlarla bir yerdə oturmayın, əks halda siz də onlar kimisiniz. Şübhəsiz, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır.”
(“Nisa” 140).

Qurani-Kərimin başqa ayəsində belə bəyan edilir: “Bizim ayə və nişanələrimiz barəsində boşboğazlıq edənləri görən zaman (İslamın ilk çağlarındakı şəraitin tələbinə əsasən sən də həmin məclislərdə iştirak edirsənsə) onlardan üz döndər ki, başqa söhbətə başlasınlar. Əgər Şeytan (bunu) sənin yadından çıxarsa, yadına düşəndən sonra zalımların dəstəsi ilə oturma”.
(“Ənam” 68).

Aydındır ki, bu əmr təkcə Peyğəmbərə (s) aid deyildi. Fəlsəfəsi də aydındır. Bu mənfi bir əməl ilə mübarizə yoludur. Bu ayədə zikr edilən bəzi nöqtələrə işarə edək:

1. Bu cür məclislərdə əyləşmək günahdır. Əgər məclisdəkilər sakit oturublarsa, bu, bir növ razılıq əlamətidir.

2. Nəhy-əz-munkər. Əgər müsbət şəkildə edə bilmirsinizsə, mənfi şəkildə edin. İnsan bu cür mühitdən uzaq olmalıdır.

3. O kəslər ki, bu cür məclislərdə iştirak edir və susur, əməli cəhətdən günahkarları həvəsləndirmiş olar. Cəzası günahkarlarınkı kimi olar.

4. Əgər bir müsəlman bu cür məclislərdə iştirak edərsə və onlara etiraz edə bilmirsə, ən azı o məclisi tərk etməlidir.

5. Quran ayələrini təhqir etməyən münafiqlərlə oturub-durmağın günahı yoxdur.

Prencess

Şərhlər:

  1. MeN_SeN dedi ki:

    Allah razi olsun xeeber ucun tesekkurler kimki QURANI TEHQIR EDIR aLLAH ONSUZDA ONUN CEZASIN VERECEK

  2. Ninaska dedi ki:

    Allah RAZI Olsun ..
    xeberchun chox sagol ..

  3. CooL_Man dedi ki:

    Allah Quran-i tehqir edenlerin cezasini ozu versin! Amin

    xeber ucun cox sag ol…

  4. SEBERT dedi ki:

    Qurani tehqir edenler heqiqeten orda yazildigi kimi cehennemliydiler.ALLAH razi olsun her kesi bilgilendirdiyin ucun

  5. Aelita dedi ki:

    men ele olanda cavabini verirem.

  6. DaRk_AnGeL dedi ki:

    Insanlar duwunmurlerki o biri dunyada ne cavab verecekler bu hereketlerine gore…ALLAH bizi ele insanlardan qorusun.AMIN

  7. Slatkaya dedi ki:

    Allah razi olsun

  8. Yeni urek dedi ki:

    Allah ozu Qurani-Kerimi tehqir edenlerin cezasini versin.Amin

  9. kilipton dedi ki:

    tehqir edenleri elime verseler o qede döyerem

  10. mR_bAkiNec dedi ki:

    Hə düzdü əTaĞa ;/

  11. important life dedi ki:

    Men hecvaxt oturmaram.onlarla davaya cixaram ee..

  12. Firdevs dedi ki:

    Allah razi olsun!

  13. sabinocka dedi ki:

    ele adamlar hew yaxinligimda olada bilmez