Bu şəhərdəki yalnızlığım

İslaq küçələr mövsümündəyik artıq

Bu izdiham dolu şəhərə kədər yağar bu zamanlarda

Təklik yağar küçələrə

Darmadağın saçlar,islanmış üzlər həmişə yerlərdə qalar.

Unudulan sevgilər xatırlanar,ya da sevgilər unudulmağa çalışılar.

Hər addımın təkliyə uzanar.Yenə də sürətli addımlar atılar,qaçılar bu küçələrdə

Hər kəs öz mahnısını oxuyar üzünü büzdürərək.

Hər kəs öz hekayəsini ən kədərli sanar.

Özü böyük bir yalan ikən gerçəyi axtarar bu şəhər…

Küçələri kimi evləri də acı ilə doludur.Gözyaşları axar pəncərələrindən.

Gecələr gerçəklərini saxlayarda hər gün başqa bir maska taxar insanları.

Həyatları vardır,anladıqları,tək qaldıqları zaman yaşadıqları…

Sevgiləri bir damla göz yaşında boğular bu şəhərin.

Onun üçün gecələri yeni həyatlar yazılar kimsənin bilmədiyi zamanlara…

Onun üçün heç kim kədərlənməz gedənlərə və ağrıyar geridə qalanlara…

Hamı öz mahnısı oxuyar bu şəhərdə,yalnız öz acılarına bağlanar

Hər kəsin teatrıdır…

Bu şəhər hər kəsin ən yalan səhnəsidir.

Və ona görə tapılmağı gözləyər bu şəhərin dənizlərində incilərin ən saxtası

Yenə də yalan olduğunu bilə-bilə eyni oyunu oynayar bu şəhərin insanları…

Hər kəs öz hekayəsini ən kədərli sansa da hər gecəni qara rəngləyər gündüz yalanları….

Ninaska

Şərhlər:

  1. mR_bAkiNec dedi ki:

    Təşəkkür yaxşıdı

  2. sabinocka dedi ki:

    pis deyil tewekkur…

  3. Aelita dedi ki:

    Hər kəs öz hekayəsini ən kədərli sansa da hər gecəni qara rəngləyər gündüz yalanları…. 🙁

  4. MeN_SeN dedi ki:

    Unudulan sevgilər xatırlanar,ya da sevgilər unudulmağa çalışılar.
    cox maraqlidi tesekkurlerrr

  5. CooL_Man dedi ki:

    Hər kəs öz hekayəsini ən kədərli sanar.

    woow super

  6. memi_ dedi ki:

    şeherimizle işin yoxdu.xebere çox sag olun

  7. important life dedi ki:

    Eh teklik,tenhaliq pis yawamdi.xeberde ela twk

  8. Ninaska dedi ki:

    reylerchun tshkk ..
    opucuk ))