Kişilərə kosmitoloq məsləhəti

Adətən, kişilər üzlərinə qadınlara nisbətən daha az qulluq edir. Bu da təbiidir. Bəs üzlərini yuyandan sonra sifəti dartınan, qabıq verən, ləkə verən kişilər nə etməlidir? Onların quru üz üçün olan kremlərdən istifadə etmələri məsləhətdir. Krem üzdə görünməsin və az parıldasın deyə, kremi yaş üzə çəkmək lazımdır.

üzünüz qurudursa sabunla yuyunmayın,üz qırxmaq üçün olan sabun- kremdən istifadə edin. Sabun- krem üzü təmizləyir və yumuşaldır.

üzünün dərisi yağlı, məsaməli olan kişilər üzlərini soyuqsu ilə yumalı və losyonla silməlidirlər.
Kişilər qadınlara nisbətən daha çox tərləyir, odur ki, onlar daha çox yuyuynmalı, pis qoxu gəlməməsi üçün özlərinə daha cox qulluq etməlidirlər.

Kişilər başlarına daha çox qulluq etməli, saçlarını vaxtlı-vaxtında yumalı, tükləri töküləndə mütləq həkimə müraciət etməlidirlər. Təbii, keçəl qalmaq istəmirlərsə… çünki tük töküldükdən sonra onu bərpa etmək mümkün olmur, ancaq tökülən tükün qarşısını almaq olur. Bundan başqa kişilər ayda 1-2 dəfə bərbərxanaya gedib saçlarını vurdurmalı , dırnaqlarını qısa və təmiz saxlamalıdırlar.

üzünün dərisi çox həssas və tükləri sıx olanlar üzü qırxmamışdan əvvəl isti kompres etməlidirlər . Sifətin dərisinə nazik qatla sabun – krem çəkib isti suda isladılmış dəsmalla kompres etmək olar. 3-4 dəqiqədən sonra dəsmalı götürüb sifətin qatı krem-sabun çəkib qırxmaq lazımdır.

Qan təzyiqi yüksək olanlara, üzü qırmızı olan adamlara isti kompres qoymaq olmaz. üzünüzü qırxdıqdan sonra qıcıqlanma əmələ gəlirsə, sabunu yuyandan sonra sifətin dərisinə çobanyastığı ilə silin (1 x.q. cobanyastığını 1st. suda dəmləyin)

Quru, həssas dərini qırxdıqdan sonra üzünüzə tərkibində efir yağı olan məhsulardan istifadə etməyin , dərini qıcıqlandıra bilər.

üzünün dərisi nazik və zərif olan kişilər üzünü qırxandan sonra sabun və ya suyun təsirindən dərinin dartıldığını hiss edirlər. Bele olduqda təraşdan sonra üz üçün nəzərdə tutulan gellərdən istifadə etməlidirlər.

üzünün dərisi çox həssas olanlar üzlərini elektrik üzqırxanla qırxmalıdırlar. üzdə əmələ gəlmiş sıyrıntı və kələrə yod, 3%- li hidrogen peroksid ya da xüsusi zəy qələmi sürtün və qələmi təmiz yuyun ki yenidən istifadə etdikdə mikrob keçmə təhlükəsi olmasın.

üzünüzdə sızaq əmələ gəlibsə üzünüzü yumayın, onu kamfora spirti , gülümbahar dəmləməsi ilə silin. Sızanağı deşmək olmaz, bu prosesi artıra bilər limon suyu ilə silə bilərsiniz.

çalışmaq lazımdır ki, üz hər gün qırxılsın çünki həm üz massaj olunur , həm də dəriyə qırışlar gec düşür

Ninaska

Şərhlər:

  1. important life dedi ki:

    Kiwilercun olsada yene de oxudum :)) maragli geldi

  2. mR_bAkiNec dedi ki:

    vıııııııııııııııııııııııy shok

  3. Ninaska dedi ki:

    reylerchun tshk derisive
    oglanlar size xeber edirik baxmirsiz blum3 baax sonra dimeyim ki, bize aid xeber etmezsiz ..

  4. MeN_SeN dedi ki:

    viiiiiiiiiiiiiiiiiyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy neneeeeeeeeeeee)))))))))))))

  5. sabinocka dedi ki:

    oglanlarimiz ucundur..tewekkur

  6. Ninaska dedi ki:

    MeN_SeN,
    ))
    sabinocka,
    dmz ;)) ..