Bürcünə uyğun makiyaj et

Həyatımızın hər sahəsində bürclərə nəzər salırıq. İnanmadığımızı söyləsək də, onlardan yan da keçmirik. Sevəndə, işləyəndə, günə başlayanda və digər hallarda biz bürclərin proqnozunu oxuyub, müəyyən nəticə çıxarmağa çalışırıq. Əziz xanımlar, bu dəfə biz Sizə bürcünüzə uyğun makiyaj rəngləri haqqında məlumat verəcəyik. Bürcünüzə uyğun makiyaj edin ki, gözəlliyinizə bir az da gözəllik qatılsın!

Su ünsürlü bürclər

Su ünsürlü bürclər olan xərçəng, əqrəb və balıq hisslərinin, instinktlərinin güclü olmasıyla fərqlənirlər. Onlar evinə bağlı, sadiq və mehriban qadınlardır. Bu qadınlara makiyajda yaşıl rəng ən uyğun rəngdir. Yaşıl rəng bu bürcdən olan xanımların baxışlarına sirli görkəm bəxş edəcək, eyni zamanda cazibədarlıq qazandıracaq.

Od ünsürlü bürclər

Qoç, şir və oxatan od ünsürlü bürclərdir. Onlar qərarlı, inadçı və fərqlənməyi sevən xüsusiyyətlərə malikdirlər. Bu bürclərin xanımları öz makiyajları ilə diqqət çəkməyə çalışırlar. Elə ona görə də, onların ideal rəngi qırmızı və qaradır. Qara rəngli göz makiyajını qırmızı pomada ilə tamamladıqda məqsədlərinə, yəni diqqət mərkəzində olmaq istəklərinə asanlıqla nail ola bilərlər.

Torpaq ünsürlü bürclər

Torpaq ünsürlü bürclər öküz, qız, oğlaq ən sakit və evcanlı bürclərdir. Bu bürcdən olan xanımlar düşüncəli, zərif və sadəliyi sevən olurlar. Elə bu xarakterlərinə uyğun olaraq da onlar sadə makiyaja önəm verirlər. Torpaq ünsürlü bürclərin qadınlarına ən uyğun makiyaj rəngi qəhvəyidir. Göz makiyajında əminliklə istifadə edə biləcəkləri qəhvəyi və şaftalı rəngin müxtəlif tonları onlara ideal gözəllik bəxş edə bilər. Pastel tonlar da bu bürclər üçün uyğundur.

Hava ünsürlü bürclər

Hava ünsürlü əkizlər, tərəzi və dolça müstəqilliyi sevən, azadlığa düşkündürlər, nə istədiklərini bilirlər. Bu səbəbdən də, azadlığın simvolu olan səma rəngləri hava bürcləri üçün makiyajda ideal seçimdir. Mavi, göy və tonlarından, eləcə də çəhrayı rəngdən əkizlər, tərəzi və dolça xanımların makiyajında istifadə edilərsə, onlar gözəl və zövqlü makiyaja sahib olarlar.

Ninaska

Şərhlər:

  1. MeN_SeN dedi ki:

    cox saolun xeber ucun dumbelem duzduu))))

  2. sabinocka dedi ki:

    Od ünsürlü bürclər

    Qoç, şir və oxatan od ünsürlü bürclərdir. Onlar qərarlı, inadçı və fərqlənməyi sevən xüsusiyyətlərə malikdirlər. Bu bürclərin xanımları öz makiyajları ilə diqqət çəkməyə çalışırlar. Elə ona görə də, onların ideal rəngi qırmızı və qaradır. Qara rəngli göz makiyajını qırmızı pomada ilə tamamladıqda məqsədlərinə, yəni diqqət mərkəzində olmaq istəklərinə asanlıqla nail ola bilərlər.

    tewekkur xeber ucun melumatim var idi….Sade makiyaji sevirem..

  3. Firdevs dedi ki:

    Su ünsürlü bürclər

    Su ünsürlü bürclər olan xərçəng, əqrəb və balıq hisslərinin, instinktlərinin güclü olmasıyla fərqlənirlər. Onlar evinə bağlı, sadiq və mehriban qadınlardır. Bu qadınlara makiyajda yaşıl rəng ən uyğun rəngdir. Yaşıl rəng bu bürcdən olan xanımların baxışlarına sirli görkəm bəxş edəcək, eyni zamanda cazibədarlıq qazandıracaq.

    Nezere alacam twk..

  4. Ninaska dedi ki:

    reylerchun tshkk ..
    opucuk

  5. Нюша dedi ki:

    CooL_Man,
    telefon2
    xixi sag olun maraxli xeber ucun

  6. important life dedi ki:

    hava unsurlu.tewekkurler

  7. mR_bAkiNec dedi ki:

    mənLik oLmasaDa əməYə höRMəT !

  8. kilipton dedi ki:

    twk xebere göre

  9. Yeni urek dedi ki:

    Xebere gore saq olun

  10. DaRk_AnGeL dedi ki:

    Hava ünsürlü bürclər

    Hava ünsürlü əkizlər, tərəzi və dolça müstəqilliyi sevən, azadlığa düşkündürlər, nə istədiklərini bilirlər. Bu səbəbdən də, azadlığın simvolu olan səma rəngləri hava bürcləri üçün makiyajda ideal seçimdir. Mavi, göy və tonlarından, eləcə də çəhrayı rəngdən əkizlər, tərəzi və dolça xanımların makiyajında istifadə edilərsə, onlar gözəl və zövqlü makiyaja sahib olarlar.
    Oxşar xəbərlər
    Cox sagol maraqli xeberdi eleyerem))))

  11. Aelita dedi ki:

    Hmm torpagam. tesekkurler. makyaj vaxti catanda bu cur eleyerem

  12. Slatkaya dedi ki:

    Torpaq ünsürlü bürclər

    Torpaq ünsürlü bürclər öküz, qız, oğlaq ən sakit və evcanlı bürclərdir. Bu bürcdən olan xanımlar düşüncəli, zərif və sadəliyi sevən olurlar. Elə bu xarakterlərinə uyğun olaraq da onlar sadə makiyaja önəm verirlər. Torpaq ünsürlü bürclərin qadınlarına ən uyğun makiyaj rəngi qəhvəyidir. Göz makiyajında əminliklə istifadə edə biləcəkləri qəhvəyi və şaftalı rəngin müxtəlif tonları onlara ideal gözəllik bəxş edə bilər. Pastel tonlar da bu bürclər üçün uyğundur.

    duzdu sadeliy cox sag ol

  13. Lucky Girl dedi ki:

    burclere coox inanmiram..ama burda yazilanlar coox duzdu..sadeliyi coox sevirem…))

  14. SEBERT dedi ki:

    su unsurlu burcler idi,makyaj etmesemde tesekkurler

  15. CooL_Man dedi ki:

    Menlik olmasa da teshekkurler 🙂

  16. Ninaska dedi ki:

    fabled,
    Firdevs,
    sabinocka,
    dmz ;)) ..