Gəlin gülək

*Meyit aparan maşının sürücüsü yolnan gedən qıza deyir:
– Gəl otur aparım səni gəzdirim.
Qiz: – Get tullanee burdan.
Sürücü: Kül başına camaat bu maşına minmək üçün ölüree -))

*Müəllim
-Mamed,atan nə qədər maaş alir?
– 3000 AZN
Bəs anan?
2500 AZN
Indi cəmi sizin evə ayda nə qədər pul gəlir?
7000AZN
Otur “2” yaziram.
Istəyirsən “0 ” yaz zato BOMBA yaşayırıq =))

*Bir gün boksçu rinqə çıxmazdan əvvəl çantasın razdivalkada qoyub üstünə yazir bu çantani kim götürsə onu öldürəcəm imza boks üzrə 2 qat dünya çempionu..Döyüşdən sonra gəlirki çanta yoxdu və yerə yazilib ki, tapsan danışarıq imza qaçış üzrə 3 qat dünya çempionu =)

*Suala sualnan cavab veren varliğa oğlan deyilir..Məsələn :
Qız: Hardaydın?
Oğlan: Kim? Mən?
Qız: O mesaj kimdən gəlib?
Oğlan: Hansı mesaj?
Qız: Dünən səni parkda başqa qızla gördüm.kimiydi?
Oğlan: Nə vaxt? Hansı park?
Qız: Məni sevirsən?
Oğlan: Səncə? =))))

*Oğlan yoldan keçən qizdan soruşur:
-Haralısan gözəl?
-Məəəəəəən?
-Mələmə uje bildim =)))

‎*2015 ci il TQDK 2-ci qrup Qəbul imtahanı Coğrafiya
Ən çox əhalisi var?
A) Mail.ru
B) Odnoklassniki.ru
C) Facebook.com
D) Vkontakte.ru =))))

*Alimlərin fikrincə,insan məktəbi bitirdikdən 22 il sonra sinif yoldaşlarının adını və simasını unudur..Bizim alimlərin fikrincə,insan vəzifəyə keçəndən 22 saniyə sonra, nəinki sinif yoldaşlarını hətta qohumlarını belə xatırlamır =)))

*Müəllim uşaqdan soruşur: Səməd Vurğun kimdi?
Uşaq: bilmirəm.
Muəllimə: Əhməd Cavad kimdi? Uşaq: bilmirəm..
*Uşaq: müəllimə olar sizə 1 sual verim? Muəllimə: buyur ver..Uşaq: Siz Ramini taniyirsiz? Müəllimə: xeyir, Uşaq: müəllimə gördünüz hərənin öz kruqu varda =)))

‎*2 nəfər piyan qatar reyslərinin üstündə sürünə sürünə gedir. Biri digərinə
-Ala bu nə uzun piləkəndi çix cix qurtarmir. Yoruldum eeee
Digər piyan cavabinda:
-Brat narahat olma baax lift gəlir artiq =))

*Şagird görür bufetdə yer yoxdu..Yeməyin götürüb müəlliminin yanında oturur.
Müəllim deyir:
Öküzlərnən quşlar eyni stolda yemək yeyə bilməzlər !
Şagird: Onda mən uçdum =))

*Bir ata olur..Onun 3 oğlu olur. Bir gün axşam onlar yemək yeyir.
Böyük oğul deyir: Atamıza bax, donuz kimi yeyir..
Ortancıl oğul deyir: Ay eşşək atamıza donuz niyə deyirsən?
Kiçik oğul hirslənir və deyir: Atacan sən bunlara fikir vermə qabağındakı zəhərivi ye =))

*Bir qonaqlıqda balaca uşaq əlini süfrənin ortasına uzadıb ürəyi istədiyini götürür..
Anası ona deyir: Bala dilin yoxdu?
Uşaq: Dilim balacadı axı ora çatmır =)

*Müxtəlif ölkələrdə evlənmə təklifi:
Russia:Viydeş za mena?
America:Do yo marry with me?
Turkey:Benimle evlenirmisin?
Azerbaijan:Atova de ginən axşam gəliriy =))

‎*3 yarasa ağacdan sallanıb başı aşağı söhbət edir.Birdən biri dik qalxır yuxarı..O birsi yarasa o birindən soruşur:
“Ala buna noldu?”.
Ala heçnə deyəsən “ürəyi getdi” =))

*Oğlan: – Həyatım sən niyə evlənmədən qabaq “həyasiz” olduğunu demədin?
Qız :Sürpriiiz etmək istədim, aşkııım =))

*Restoranda söhbət:
Oğlan: Canım,sən 100 metri neçə saniyəyə qaçırsan?
Qız: ALLAH başıva daş salmasın,yenə pullarıvı evdə qoyub gəlmisən? =))

*Deməli sən mənə ərə gəlmirsən hə?
-yox gəlmirəm! Mənim ərə gədəcəyim kişi həm ağıllı həmdə centlmen olmalıdı
-bəs yadında deyil? mən səni lodka çönəndə ölumdən xilas eləmişdim?
-hə yadımdadı centlmenliyin var…amma bu o demək deyil ki agillisan
-bəs səncə o lodka öz başına çevrilmişdi? =))

*Biz Azərbaycanlılar qapi döyüldüyündə “kimdiiiiiii”? sualına
verilən “Məəəən” cavabının SƏS analizini eliyib, həmin adamın kim olduğunu tapa bilən fitri istedada malik bir millətik =))

*Bir gün həyətdə 2 oğlanın mübahisəsi düşür oğlanlardan biri deyirki göydəki ulduzdu digəri deyir aydı..Nə isə bunlar belə bir neçə saat davam edirlər axırda bir oğlan görürlər oğlani çağırıb soruşurlar:- Qaqaş bu göydəki ulduzdu yoxsa ay?
Qaqaş:-Mən nə bilim ala mən bu məhlədə qalmıram =))

*Dəlixanada bir gün, bir dəli xəstə baxıcını yanına çağırar. Mənə tez 5 şüşə kola gətir deyir. Xəstə baxıcı buna hirslənir və xəstəyə beş yumruq vurur. Al kolalarını deyir. Aradan zaman keçdikdən sonra yenə eyni xəstə, baxıcını yenə çağırır. Bu səfər xəstə; xəstə baxıcını yumruqlayır. Baxıcı, nə olub? deyir. Xəstə cavab verir: – Şüşələri gətirdim.

*Həkim məni hara aparırsınız? – Morqa. Axı mən daha ölmədim ki?! – Heçnə olmaz biz də hələ çatmamışıq.

*Evdə qadın ərini ağ yuyub qara sərir: – Heç olmazsa bu yan qonşularımızı nümunə götür. Neçə illik evlidilər, amma bir-birlərinə hələ bal ayındakı kimi davranırlar. Adam arvadını avtomobildə, qapının qarşısında, hər yerdə öpür. Təəssüflər olsun! Sən niyə eyni şeyi edə bilmirsən? – Edərəm etməsinə amma, mən qadını yaxşı tanımıram axı..

*Adamın biri yolda gedərkən bir şüşəyə təpik atır; şüşədən cin çıxır. Cin istə məndən nə istəyirsən deyir, adam da üzr istəyirəm; bir daha olmaz, deyir.

*Əli Misirdə oxuyan bir şagirddir. İmtahanlar bitir və yay tətilinə girəcəklər.. Atası Əliyə zəng edir və imtahanların necə keçdiyini soruşur. Əli də bilmədiyi halda çox yaxşı keçdi deyir və sonra atası onu işlərində kömək etməsi üçün çağırır. Əli getməmişdən əvvəl yoldaşına son olaraq belə deyir; Əhməd sən qiymətlərimi öyrənərsən və mənə zəng edərsən. Əgər telefona atam cavab versə Məhəmmədin Əliyə salamı var deyərsən mən anlayaram ki, bir kəsirim var. Əhməd qeydləri öyrənir və zəng edir. Telefona atası cavab verir və Əhməd belə deyir: – Əmi, Əliyə söylə ona bütün ümmedi Məhəmmədin salamı var..

*Bir gün, bir kişi evdə oturub televizora baxir..Birdən başlayır dəli kimi evi axtarmağa..Hər yeri dağıdır..Bunu görən arvadı təəccüblənib soruşur:”Ay kişi nə axtarirsan belə, nə olub ?” Kişi deyir:”Bu evdə gizli kameralar var. Onlari axtariram.” Arvadi yenə soruşur:”Sənin belə düşünməyivin səbəbi nədir ?” Kişi deyir:” Bax o televizordaki kişi iki dəqiqədən bir deyir ki’ siz AZtvy-ə baxirsiniz’ De görüm o haradan bilir ki, mən hansı kanala baxıram?=))

‎*üç türemşika ( amerikan,fransiz,azərbaycanli ) hərəsinə bir it verirlər, ayrı-ayrı otaqlarda,yemək içmək nə qədər istəyirsən..Öz itini kim danışdırsa buraxırıq onu evə..Nə isə bir aydan sonra gəlirlər ki, amerıkanlı bütün yeməkləri itə yedizdirib, özü arıqlayıb çöpə dönüb, yalvarır ki, ay it sən canı bir söz de…Fransız da ondan beş-betər..Azərbaycanlının yanına gəlirlər, görürlər Mamed uzanıb itin də yeməyin yeyib, öz yeməyin də,it arıqlayıb, pis gündə, Mamedin yanında uzanıb yalvarir.”Mamed ay Mamed sən ölənlərinin goru,bir tikə çörək ver=))))

*Bir gün bir kişinin evini tarakanlar basır..Kişi axırda gedir baxıcı yanına deyir ki:
-Mənim evimi tarakanlar basıb nə edim?
Baxıcı deyir:
-Get evin ortasında otur qışqır ki “bəsdirin rədd olun evimdən”.
Kişi gedir evin ortasinda oturur və qışqırır:
-Bəsdirin rədd olun evimdən görür ki, tarakanlar yavaş-yavaş gedirlər.Sonra kişi başdıyır bərkdən gülməyə.Tarakanların biri deyir:
-eee qayıdın geriyə kişi zarafat eliyir=)))

*Bir gün dəlixana müdri gəlir dəlilərə baxmağa. Dəlilər kubik daşı ilə futbol oynayır hamının ayağı sınır.Amma biri qıraqda durub onları izləyir Müdir bu adamın artıq dəli yox ağıllı olduğuna inanıb gəlir yanına:
Müdir:
-Sən niyə oynamırsan?
Dəli:
-Kəlləlik gözləyirəm=))

SEBERT

Şərhlər:

  1. MeN_SeN dedi ki:

    Ayyalllah gulmekden gozlerime su geldi ee superdiiii cox saqol bele letifeler cox yaz xaiwwwwwwwwwwwwwww oldum ee gulmekddennnnnnnnn

  2. Ninaska dedi ki:

    *Meyit aparan maşının sürücüsü yolnan gedən qıza deyir:
    – Gəl otur aparım səni gəzdirim.
    Qiz: – Get tullanee burdan.
    Sürücü: Kül başına camaat bu maşına minmək üçün ölüree -))

    *Bir gün bir kişinin evini tarakanlar basır..Kişi axırda gedir baxıcı yanına deyir ki:
    -Mənim evimi tarakanlar basıb nə edim?
    Baxıcı deyir:
    -Get evin ortasında otur qışqır ki "bəsdirin rədd olun evimdən".
    Kişi gedir evin ortasinda oturur və qışqırır:
    -Bəsdirin rədd olun evimdən görür ki, tarakanlar yavaş-yavaş gedirlər.Sonra kişi başdıyır bərkdən gülməyə.Tarakanların biri deyir:
    -eee qayıdın geriyə kişi zarafat eliyir=)))

    laugh1 xexe
    tshkk ;)) ..

  3. CooL_Man dedi ki:

    *Meyit aparan maşının sürücüsü yolnan gedən qıza deyir:
    – Gəl otur aparım səni gəzdirim.
    Qiz: – Get tullanee burdan.
    Sürücü: Kül başına camaat bu maşına minmək üçün ölüree happy

    super cox sag ol

  4. SEBERT dedi ki:

    beyendiyinize sevindim,calisacam ki,yene qoyum 🙂

  5. Aelita dedi ki:

    demek olar ki 1-2nen basqa hamsini oqurladim. halal ele)

  6. DaRk_AnGeL dedi ki:

    Elaaaa cox beyendim ellerine sagliq

  7. Lucky Girl dedi ki:

    xaxa…supeer… happy

  8. mR_bAkiNec dedi ki:

    Gəldim amma gülə bilmədim :/
    Sağol qadası əllərinə sağLık

  9. fabled dedi ki:

    3 yarasa ağacdan sallanıb başı aşağı söhbət edir.Birdən biri dik qalxır yuxarı..O birsi yarasa o birindən soruşur:
    "Ala buna noldu?".
    Ala heçnə deyəsən "Ürəyi getdi" =))

  10. important life dedi ki:

    xaxaxa bu gece vaxti guldurdun meni.saxol ^^

  11. UNDERCOVER dedi ki:

    ela 4ox xo6um geldi.kakraz kefim yox idi.4ox saol

  12. Slatkaya dedi ki:

    *Meyit aparan maşının sürücüsü yolnan gedən qıza deyir:
    – Gəl otur aparım səni gəzdirim.
    Qiz: – Get tullanee burdan.
    Sürücü: Kül başına camaat bu maşına minmək üçün ölüree -))
    *Bir ata olur..Onun 3 oğlu olur. Bir gün axşam onlar yemək yeyir.
    Böyük oğul deyir: Atamıza bax, donuz kimi yeyir..
    Ortancıl oğul deyir: Ay eşşək atamıza donuz niyə deyirsən?
    Kiçik oğul hirslənir və deyir: Atacan sən bunlara fikir vermə qabağındakı zəhərivi ye =))
    oldum eeeee gulmeyden xaxa

  13. sabinocka dedi ki:

    xaxaxaxaxa oldum eeeeeee gulmekden…..