Qeybət – cəmiyyətdə fəsad səbəbi (1-ci hissə)

Qeybət – cəmiyyətdə fəsad səbəbi

Bəzən elə təsəvvür edilir ki, qeybət yalnız dillə və olmayan bir şeyi söyləməklə edilir. Amma qeybət sahibinə məxsus gizli eybi aşkar etməkdir ki, əgər onu bilərsə narahat olan əmələ deyillər ki, bu da müxtəlif yollarla edilə bilər:
1. Dillə edilə bilər
2. Yazı vasitəsilə olunması mümkündür
3. Əl, göz, qaş və yaxud müxtəlif işarələrlə edilə bilər
4. Bəzən ciddi yaxud zarafat və ya lağlağı geyimlərlə də edilə bilər
5. Bəzən bəzi ifadələrlə də qeybət edilir.
Məsələn, bir mömindən söhbət açıldığı zaman deyəndə ki, qoy gözəl ağzımızı açmayaq. Buradan məlum olur ki, həmin şəxsi hansısa pis əməli və ya nöqsanı vardır. Həmçinin fılan kəsın çox gözəl xüsusiyyətləri var. Amma……… daha sonra sakit dayanır. Bəzən də xeyirxahlıqdan və ürəyi yandığından insan belə deyir: “Allah fılan kəsin sonunu xeyir etsin. Yaxud onun sonundan mən qorxuram”. Belə üstü örtülü sözlər də qeybətdir.
“Peyğəmbərin (s) yanında bir şəxsin adını çəkdilər. Orada olanlar o şəxsin çox acız və gücsüz olduğunu bildirdilər. Peyğəmbər (s) buyurdu: siz qeybət etdiniz? Dedilər: Ey Allahın Rəsulu biz onun sifətindən birini söylədik. Buyurdu: Onda olmayan bir şeyi söyləsəydiniz töhmət vurardınız qeybət deyil.”
Bəzən insanlar bir kəsin sifətini və eybini söylədiyi zaman deyəndə ki, qiybət etmə, söyləyər mən yalan danışıram? Filan kəsin bu eybi vardır.
Bəs islamda hansı insanların qeybətini etməyə icazə verilir? Bəzi insanlar vardır ki, açıq- aşkar günah edərlər. Peyğəmbər (s) buyurur: Dörd qrupun qeybəti yoxdur. Birincisi fasiqlərdir ki, aşkar günah edirlər”.
İmam Riza (ə) buyurur: “Həya hicabını başından açan qadının qeybəti yoxdur.”
Qurani- kərimdə də qeybət çox şiddətli dərəcədə pislənilir. Hətta qeybəti ölmüş qardaşın ətinin yeyilməsinə bənzətmişdir.
Qurani- kərim buyurur: “Qeybət edib tənə vuran hər kəsin vay halına”
Qeybətin cəmiyyətə çox böyük ziyanları vardır. Əgər qeybətə yüngül baxılarsa çox ciddi fəsadlara gətirib çıxarar. Bundan əlavə qeybətin psixoloji, mənəvi, İlahi cəza, maddi və dünyəvi təsirləri də vardır ki, rəvayətlərdə çox geniş şəkildə bəyan edilmişdir

_Sia_

Şərhlər:

  1. SEBERT dedi ki:

    ALLAH razı olsun

  2. important life dedi ki:

    Tewekkurler

  3. MeN_SeN dedi ki:

    tesekkruelr Allah razi olsun Qeybete nifret edirem

  4. Aelita dedi ki:

    Qeybet menim axirima cixacaq. kimse yanimda qeybet eliyende beynim conur cin atina minirem. adama demezder senin neyive qalib camaatin heyati. otur isivi gucuvu gor de. bu arada sag ol xebere gore

  5. DaRk_AnGeL dedi ki:

    ALLAH RAZI OLSUN

  6. CooL_Man dedi ki:

    ALLAH razi olsun…

  7. Ninaska dedi ki:

    xeberchun chox sagol .. qeybet edenler choxduu :(( ele bil ishleri gucleri yoxdu .. bosh bekar adamdilardaa

  8. Zerishka dedi ki:

    Nurlu kelmelerdir.

    ALLAH Razi olsun !…