Lətifələr

Mamedin gənc vaxtları idi..100 mərtəbəli binanin birinci mərtəbəsində O, yüzüncü mərtəbəsində isə ürəkdən sevib aşiq olduğu gözəl bir qız yaşayırdı..Mamed də qızla münasibət qurmaq üçün variantlar axtarırdı. Bilmirdi nə eləsin..Nəhayət ağlına bir fikir gəldi.. “ütü almaq bəhanəsi ilə qizin evinə gedim”.
Mərtəbələri çıxa çıxa fikirləşir..
“Qapını döyəcəm, qız məni görəcək, baxışlarımız toqquşacag..Qızın məndən xoşu gələcək..Yavaş-yavaş münasibət yaranacaq”
Fikirləşə- fikirləşə çıxır 40-cı mərtəbəyə kimi..
“Sonra görüşlərimiz olacaq, bir birimizi yaxşı tanıyacıq, günlərin bir günü mən onlara nişan göndərəcəm”
(70-ci mərtəbə) .
“Toy olacaq..Evlilik həyatı, uşağlarımiz olacag..Böyüyəcəklər..Məktəbə gedəcəklər..”
(80-ci mərtəbə) .
“Əlbətdə ki arada incikliklər, küsülüklər də olacaq..Sonra problemlər çoxalacaq,
Dava-dalaş, səs-küy, dava-qırğın, məhkəmələr, və nəhayət boşanma..Aramızda da dərin nifrət hissi olacaq və s”
100-cü mərtəbəyə çatanda artıq Mamed dəli kimi idi. Əsəbi halda qapını döydü.
Qiz qapını açır : – Buyurun
Mamed hirslə: Sizdə ütü var?
Qiz: Var
Mamed: Var var da..! Sox gözüvə !!!=)))

Bir kişi gəlir girir mağazaya və deyir:
K)-Sizdə tərəzi var ?
S)-Xeyr, Yoxdur
K)-Bəs onda sizə bir dənə sual verim ?
S)-Buyur
K)-Sizcə mən neçə kiloyam ?
S)-Heç kim deyə bilmir
Axırda qəssab ordan çıxıb deyir:
Q)-Mən bilirəm siz neçə kilosuz !!
K)-Neçə?
Q)-95 kilo
K)-Hardan bilirsiz ?
Q)-Mən mala baxan kimi bilirəm =))

Tarqovıda:
-Qaqa bir dəqiqə olar səni?
-Я не понимаю, говори по русски.
-Pulun düşüb ee yerə.
-Hanı, hanı ? =)

Oğlan – Ömrùm mən gedirəm..
Qiz -nəə? Gedirsən? Məni atıb gedirsən?
Oğlan – yoxe bir dəyqə..
Qız -heçnə demə..
Mənə demişdilər..demişdilər ki sevgi boş şeydi ama mən sənə inandım
Oğlan – nə özüvù lezvalıyırsan? Düşürəm aşagı çörək almağa =))

Bir kişi gəlir idman malları mağazasına deyir ki, mənə paraşut verin..Satıcı paraşutu verir..Kişi hərtərəfli baxır və sonra deyir bu paraşut 100% açılacaq?
Satıcı: Bəli.
Alıcı: bəs birdən açılmasa.
Satıcı: ehtiyat düyməsini basın.
Alıcı: bəs ehtiyat düymə də açılmasa onda necə olacaq?
Satıcı: onda gətirərsiz dəyişdirərəm..=))

Oğlan:
– Xanım msn adresini verə bilərsən?
Qız:
– Əlbəttə…
Oğlan həyəcanla:
-Gözləyirəm.
Qız:
[email protected]əddolburdan.com.

Mamed vaqonda oturan bir oğlandan soruşur:
-Qaqaş sən yaponsan?
-Yox… Biraz keçir:
-Qaqaş yapon deyilsən?
-Yox deyiləm..Biraz keçir:
-Qaqaş sən yaponsan?
-Həə yaponam ! nolubki?
-VALLAH heç oxşamırsan =))

Həndəsə dərsində müəllim Anara deyir:
-Anar, uçbucaq çək.
Anar çəkir, müəllim:
-indi isbat eləki o üçbucaqdı.
Anar:
-anamın canı bu üçbucaqdı.

Statusuna: Mən 3 qadını sevərəm Anamı, yoldaşımı və qızımı yazan oğlana nənəsi tərəfindən comment bildirildi: “İndiyə kimi sənə verdiyim pensiyalarım burnundan gəlsin !” =))

Arvad ərinə qışqıraraq deyir:
– Mən sənə gələndə kar, kor və ağılsız olmuşam.
Əri isə cavabında:
– Görürsən səni nə kimi xəstəliklərdən müalicə etmişəm

Bir gün Surət adında oğlan gedir pasportstola. Yaxınlaşır rəisin yanına deyir adımı dəyişmək istəyirəm
Rəis: adın nədi?
Oglan : Surət
Rəis: Bəs nə qoymaq istəyirsən?
Oğlan: Vciiiiuuuu =))

Salam canım
– hmm salam
– bu gün niyə soyuq idin mənə qarşı?
– heçnə kefim yoxuydu (canıva azzar min dəfə demişəm yupka geyinmə)
– hmm başa düşdüm (itdiyinnən əl cəkmə. Öl məni qısqandığıvı boynuva alana kimi geyinəcəm…:D

Oğlan: Kimnən icazə almışdın gedəndə?
Qız: Əlimi görürsən? Barmağımı görürsən?
Oğlan: Həəə…
Qız: Bəs üzüyü?
Oğlan: Yooox…
Qız: Onda özüm bilərəm hara gedərəm… 😀

İmtahanda oğlan yanındakı oğlandan soruşur:
– “How are you” nə deməkdi?
– Necəsən?
– Ala dimdiy, hal-əhval soruşmağın yeridi? Sən sualıma cavab ver.. 😀

Bir dost digərinə:
– Sənin ayaqqabılarının biri qara, o biri isə agdır. Niyə?
– Bilmirəm, qardaşımda da belədir xD

Bir əsgər olur. Bir gün arı yeşiyinə baxanda gözünü birini arı vurur.
Komandir gəlib rusca soruşur ki,
– nə olub?
Oğlanda rusca bilmədiyi üçün deyir:
– Balşoy yeşik malinki deşik arı vız-vız qlaza dız-dız 😀

– Kimdi?
– İşıq puludu, evdə kimsə var?
-Hə bacım evdədi.
– çağırda onu.
– 1 dəq gözləyin əmi.
Kamil qayıdır deyir:
– Əmi ağır idi, beşikdən götürə bilmədim… 😀

Bir kişi yolnan gedəndə ayağı daşa ilişir yıxılır.
Ayağa qalxır deyir: “lənət sənə kor şeytan”.
Şeytan qıraqdan çıxıb deyir: “kor atondu, gedəndə ayağıvın altına bax da” 😀

Arvad ərinə zəng edir:
– Hansı cəhənnəmdəsən?
– Əzizim, yadındadı qızıl dükanı? Hansı ki, sənin xoşuna gələn boyunbağı var idi orda.
Amma, mənim yanımda yetərincə pul olmadığı üçün onu ala bilməmişdim. Və demişdim ki, həmin boyunbağı bir vaxt sənin olacaq?!
– (arvadın səsi dəyişir) həə heyatım yadımdadı
– hə bax həmin qızıl dükanının yanındakı disco clubdayam 😀

Oğlan: hardasan?
Qız: maşın sürürəm
Oğlan: nə? nə maşını? dəli eləmə məni!
Qız: qorxma atamın maşınıdı
Oğlan: oh bə, elə bildim ki…
Qız: hə, sadəcə qonşunun oğlu roldadı, məndə onun qucağında, mən təkcə rolu tutmuşam, hər şeyi o idarə edir, narahat olma 😀

Mamed 1-ci sinifə gedir…
Müəllim: Saymağı bilirsən?
Mamed: 123456…
Müəllim: qalanları???
Mamed: Valet, Dama, Karol, Tuz 😀

Nəvə: nənə pensiya kartın məndədi ee 🙂
Nənə: uşaqlıqda hamamda çəkdirdiyin şəkillər də məndədi ee. 😀
Nəvə: ok qaytarıram…:D

Kinolarda olur ee qıznan çiyin-çiyinə dəyirsən, qızın kitabları tökülür, əyilirsiz yığmağa göz-gözə gəlirsiz….♥
Mən də bu düşüncəynən qıza çiyin atdım, əlindəki İPhone yerə düşüb çilik-çilik oldu. Yaxşı ki, sürətim var qaçdım getdim. Arxamca gül ağzını açmışdı 😀

Bir gün maşın qəzaya düşür… Maşında olan 2 qadın hərəsi yolun bir tərəfinə ölümcül vəziyyətdə düşüb qalır… Bir təhər biri sürünə-sürünə o birinin yanına gəlib deyir:
– Az həəə, elə onu deyirdim axı… 😀

– İçki içək? – Hə.
– Siqaret çəkək? – Hə, gəl..
– Nəyşə verim? – Ooo, əlbəttə ki..
– Dondurma alaq? – Ala, dəlisən? Boğazımız ağrıyar 😀

Qız: Aaaaa, yağış yağır həyatım?
Oğlan: Yox, pajarnı çağırmışam bizi suluyullar, düşüy qızı düşüy 😀

7-ci sinifdə oxuyan oğlan məktəbdə partanın altında gizlicə playboy jurnalına baxır… Müəllimə bunu görür yaxınlaşır və jurnalı uşaqdan alır, deyir:
– Sabah sənin anavı görmək istəyirəm!
– Sabahı neyniyirsiz ki? 18-ci səhifəyə baxın görərsiz …:D

– İki bığlı qız söhbət edir. Biri qorxulu şey danışır, o biri deyir:
– az bəsdi bığlarım biz-biz oldu:)) 😀

SEBERT

Şərhlər:

  1. important life dedi ki:

    bezilerini ewitmiwdim.. Mamedin letifesi laap super idi roll twk

  2. sabinocka dedi ki:

    Oğlan – Ömrùm mən gedirəm..
    Qiz -nəə? Gedirsən? Məni atıb gedirsən?
    Oğlan – yoxe bir dəyqə..
    Qız -heçnə demə..
    Mənə demişdilər..demişdilər ki sevgi boş şeydi ama mən sənə inandım
    Oğlan – nə özüvù lezvalıyırsan? Düşürəm aşagı çörək almağa =))

  3. Slatkaya dedi ki:

    Oğlan: hardasan?
    Qız: maşın sürürəm
    Oğlan: nə? nə maşını? dəli eləmə məni!
    Qız: qorxma atamın maşınıdı
    Oğlan: oh bə, elə bildim ki…
    Qız: hə, sadəcə qonşunun oğlu roldadı, məndə onun qucağında, mən təkcə rolu tutmuşam, hər şeyi o idarə edir, narahat olma 😀 Oglan – Ömrùm mən gedirəm..
    Qiz -nəə? Gedirsən? Məni atıb gedirsən?
    Oğlan – yoxe bir dəyqə..
    Qız -heçnə demə..
    Mənə demişdilər..demişdilər ki sevgi boş şeydi ama mən sənə inandım
    Oğlan – nə özüvù lezvalıyırsan? Düşürəm aşagı çörək almağa =))

    elaaaaaa xaxa cox sag ol

  4. Hilary Duff dedi ki:

    Super Tewekkurler….. Ama esasen bunu cox beyendim……

    Tarqovıda:
    -Qaqa bir dəqiqə olar səni?
    -Я не понимаю, говори по русски.
    -Pulun düşüb ee yerə.
    -Hanı, hanı ? =)

  5. DaRk_AnGeL dedi ki:

    Cox sagol superdilerrrrr

  6. Aelita dedi ki:

    Oglan – Ömrùm mən gedirəm..
    Qiz -nəə? Gedirsən? Məni atıb gedirsən?
    Oğlan – yoxe bir dəyqə..
    Qız -heçnə demə..
    Mənə demişdilər..demişdilər ki sevgi boş şeydi ama mən sənə inandım
    Oğlan – nə özüvù lezvalıyırsan? Düşürəm aşagı çörək almağa =))

    en cox birincini beyendim. super idi hamisi

  7. CooL_Man dedi ki:

    cox sag ol… eladi… biggrin

  8. kilipton dedi ki:

    belede prosta super

  9. UNDERCOVER dedi ki:

    axitinci daha maraqlidi))

  10. Not to love you dedi ki:

    cox sag ol eladilar e laugh1