Şəhərlər 14-cü hissə
Vyana — Avstriyanın paytaxtı və ən böyük şəhəri, eyni zamanda ölkənin 9 əyalətindən sahə baxımından ən kiçiyi. Təxminən 1 650 000 nəfərlik əhalisi ilə ölkənin ən sıx şəhəridir. Ətraf bölgələri ilə birlikdə Vyanada təxminən 2 milyon insan yaşayır ki, bu da Avstriya əhalisinin təxminən dörddə biridir. Əhali baxımından Vyana Avropa İttifaqının ən böyük onuncu şəhəridir. Vyana Birləşmiş Millətlər Təşkilatının dörd rəsmi mərkəz nümayəndəliyindən birinə malikdir. Şəhərdə olan digər əhəmiyyətli beynəlxalq quruluşlar OPEK, ATƏT və Beynəlxalq Atom Enerjisi Agentliyidir.
Əsrlər boyu Havsburqlar sülaləsinin məskunlaşma yeri olan şəhər, bu müddət boyunca Avropanın mədəni və siyasi mərkəzlərindən birinə çevrilmişdir. Şəhər London, Nyu-York və Parisdən sonra iki milyon əhalisiylə dünyanın ən böyük dördüncü şəhəri olsa da, I Dünya müharibəsindən sonra əhalisinin dörddə birini itirmişdir. Hələ də Havsburq xanədanının izlərini daşıyan köhnə şəhər mərkəzi və Şönbrun sarayı YUNESKO tərəfindən dünya mədəniyyət mirası olaraq qəbul edilmişdir. Vyananın simvolu olan Stefan kilsəsi şəhərin mərkəzində yerləşir.

Müxtəlif dini konfessiyalar fəaliyyət göstərir:
Katolisizm %49,2
Ateist %25,6
İslam %7,8
Ortodoks %6,0
Protestan %4,7
Yəhudilik %0,5
Ali təhsil müəssisələri
Vyana İncəsənət Akademiyası
Vyana Tibb Universiteti
PEF Vyana Özəl İdarəetmə Univeristeti
Vyana Tətbiqi İncəsənət Universiteti
Vyana Təbii Resurslar Və Tətbiqi Həyat Elmləri Universiteti
Vyana Universiteti
Vyana Veterinar Tibb Universiteti
Vyana İqtisadiyyat Və Biznesin İdarəolunması Universiteti
Vyana Texnologiya Universiteti
Vyana Vebster Universiteti
Beynəlxalq təhsil müəssisələri
Vyana Beynəlxalq Amerika Məktəbi
Dunay Beynəlxalq Məktəbi
Vyana Xristian Məktəbi
Vyana Beynəlxalq Məktəbi
Vyana Beynəlxalq Universiteti
Vyana Beynəlxalq Amerika Məktəbi
Dunay Beynəlxalq Məktəbi
Vyana Xristian Məktəbi
Vyana Beynəlxalq Məktəbi
Vyana Beynəlxalq Universiteti
Mədəniyyət
Vyanada Bethoven, Haydn, Şubert və Brahms kimi sənətkarlar yaşayıb yaradıblar. Ata Ştraus bu şəhəri vals rəqsinin mərkəzinə, Maks Reynhard isə teatr incəsənətini öyrənmək mərkəzinə çevirib. Avstriyanı bütün dünyada məşhurlaşdıran isə, onun Vyana Filarmoniyası və Vyana Dövlət Operası kimi mədəniyyət mərkəzləridir. Burada Qustav Miller və Rixard Ştraus kimi böyük dirijorlar fəaliyyət göstərib.
Qardaşlaşmış şəhərlər
Zaqreb (Xorvatiya), 1994
Tel-Əviv (İsrail), 2005
Varşava (Polşa), 2001
Moskva (Rusiya), 1991
Budapeşt (Macarıstan), 1990
Bratislava (Slovakiya), 1993
İstanbul (Türkiyə), 2007
Yenilənib:
gozel yerlerdi
Eladi :/ Cox saol
hmm orda olmaq isterdim.
Inwallah haminiza qismet olar orda olmaq… mene de hemchinin…
DaRk_AnGeL,
Amin! 🙂
superdi orda olmak isderdim
tshk xeberchun ;))) ..
ehhh..camaat Avropani gezir..men kompdan wekillerine baxiram…..Heyatdidaaaa…
Tewekkurler xeber cun………
cox sag ol ela
vaxtim olanda mutleq oxuyacam