Sevgi hekayəsi

Telefonda.
Oğlan: Canım biz danışmalıyıq.
Qız: Rico nə olub ki?
Oğlan: Bir dəyişiklik olacaq…
Qız: Nə? Nə isə olub ki? Pis xəbərdi?
Oğlan: Səni incitmək istəmirəm canım…
Qız fikirləşir: Ay Allah, nə olar elə et ki, məndən ayrılmasın…Mən onu çox sevirəm axı.
Oğlan: Canım ordasan?
Qız: Hə…hə burdayam. Demək istədiyin nədi?
Oğlan: Bilmirəm deyim yoxsa yox.
Qız: Söhbəti sən açmısan, sən də sona kimi danış! Xahiş edirəm nə olub axı?
Oğlan: Mən gedirəm…
Qız: Sən nə danışırsan? Mən sənin getməyini istəmirəm, səni sevirəm!!!
Oğlan: Yox o mənada yox…Başqa uzaq yerə gedirəm.
Qız: Axı niyə? Valideynlərin də, qohumların da burda qalır.
Oğlan: Bilirəm. Ancaq atam məni uzaqda internata göndərir.
Qız: Buna inana bilmirəm mən.
Oğlan: Canım mənimlə qaçarsan?
Qız: Canım bilirsən ki, sənin üçün hər şey edərəm, ancaq mən qaça bilmərəm. Atam məni öldürər!
Oğlan – Kədərli: Eybi Yoxdu canım…Mən başa düşürəm. Qulaq as mən sənə bir şey verməliyəm, çünki artıq sabah tezdən aeroportda olmalıyam.
Qız: Hə yaxşı. Evdən gizlin çıxıb, səninlə parkda görüşərik.
Oğlan: Oldu. 20 dəq. ordayam.Bunlar parkda görüşürlər, qucaqlaşırlar və oğlan qıza bir məktub verir.
Oğlan: Ala bu sənin üçündü. Mən getməliyəm.
Qız: Artıq göz yaşlarını gizlədə bilmir və ağlayır.
Oğlan: Canım xahiş edirəm ağlama, sən bilirsən axı səni çox sevirəm ancaq mən artıq getməliyəm.
Qız: Yaxşı.

İkisi də evə qayıdırlar və qız oğlanın verdiyi məktubu oxumağa başlayır.

Məktubda:Bu məktubla sənə sübut etmək istəyirəm ki mən səni HEç VAXT SEVMƏMİŞƏM, əksinə sənə o qədər nifrət edirəm ki. Heç vaxt mənə əziz olmamısan, heç vaxt səninlə birlikdə olmaq istəməmişəm və heç vaxt səninlə danışmaq da istəməmişəm. Səni bir daha görmək istəmirəm.Sənin sevgin üçündə heç darıxan deyiləm. Sənə nifrət edirəm. Sağ ol!!!

Məktubu oxuyandan sonra qız ağlamağa başlayır və məktubu yerə atıb evə qayıdır. Bir gün keçir və qız yenə də özünü tək və gücsüz hiss edir. Bir az keçmiş telefon zəng çalır və qız cavab verir:
Alo?
Qızın yaxın dostu: Özünü necə hiss edirsən?
Qız: Hələdə inana bilmirəm ki, o məni heç vaxt sevməyib.
Dostu: Hə yaxşı yadıma düşdü Rico mənə zəng etmişdi və deyirdi ki, sənin cibinə başqa bir məktub qoyubdu. Onu oxusun dedi.Qız cibinə baxır və doğurdanda bir məktub olduğunu görür.

Məktubda: Həyatım, yəqin ki, bayaq ki, məktubda yazdığım sözləri ciddi qəbul etmədin. Fikirləşdim ki, birdən məktub atanın əlinə keçər ona görə özüm qəsdən elə yazdım. Sən unutma ki MƏN SƏNİ HƏMİŞƏ SEVƏCƏM!!!

Qız: Ay Allah, Rico məni doğurdanda sevir. Yəqin bu məktubu onunla görüşəndə cibimə qoyub.
Dostu: Hə əlbəttə ki, gözəl. Mən indi getməliyəm. Özünə yaxşı bax. Hələlik
Qız: Oldu. Sən də. Hələlik.

Qız dəstəyi üstünə qoyub televizoru yandırır və xəbərlərdə dəhşətli bir hadisə baş verdiyini görür.

Xəbərlər: Bir saat bundan əvvəl bir təyyarə qəzası baş verib. 47 nəfərdən çox adam həlak olub və hələdə sağ qalanları axtarırlar. Bu faciəni biz heç vaxt unutmayacağıq. Qəzaya düşən bu təyyarədə internata yola düşən tələbələr var idi. Allah rəhmət eləsin o cavanlara.

Qız televizoru söndürür və bu dəhşətli xəbərdən sonra fikirləşir ki, sevgilisiz həyatın mənası olmayacaq və 3 gün sonra özünü öldürür.Bir gün sonra qıza zəng gəlir, lakin heç kim dəstəyi götürmür. Zəng edən qızın sevgilisi, Rico idi.

Rico mesajda yazır: Salam canım, yəqin evdə deyilsən. Sadəcə sənə demək istəyirəm ki, mən sağam və uçuşumu təxirə saldırdım ki, səni bir dəfə də görüm. Sənə yaxşı xəbərim var mən artıq bir daha heç bir yerə sənsiz gedən deyiləm. Sağ ol həyatım. Evə gələndə mənə zəng edərsən. Səni çox ama lap çox sevən Rico !!!

_BITANESI_

Şərhlər:

  1. important life dedi ki:

    Ne dehwetlidi.. Bele sevgi inanmiram indi qalsin.tewekur muellife

  2. sabinocka dedi ki:

    aYYYY UZULDUM EEEEEEEEEE(((((((((

  3. Hilary Duff dedi ki:

    Tesir edici idi… cry ozumu saxlaya bilmedim Agladim cry Heyat niye beledi goresen…….. Ehhhh…….

  4. SEBERT dedi ki:

    yaziq qiz ya da oglan ve buda sevginin bir basqa novu

  5. MeN_SeN dedi ki:

    ehh keske bele sevgi menim qapimi calsaydi cox saqol xeber ucun

  6. DaRk_AnGeL dedi ki:

    ALLAH hec kime ayriliq nesib etmesin.AMIN.Cox sagol hekayeye gore….

  7. Aelita dedi ki:

    aydaaa ne pis oldummm. Allah hec kese gostermesin ayriliq. Qizda da catmiree xeber gelmemis niye oldurur ozunu… Cox pis oldumee…. Allah bilir oglan ne veziyyetlere dusecek indi

  8. mata..))) dedi ki:

    crybele sevgiler ancaq serialarda olur

  9. CooL_Man dedi ki:

    teshekkur maraqli xeberdir…

  10. UNDERCOVER dedi ki:

    twkler xebere gore

  11. Yasaksin_kalbime dedi ki:

    axiri cox pis qurtarib.amma heyat bele sevgiler var.men bu sevgiye inaniram

  12. Ninaska dedi ki:

    LadyGirl,
    onunchunde men bele xeberleri oxumuramdaa :\\
    tshkk