Mənim də qəlbim var imiş indi hiss edirəm

Hərkəsdən və hər şeydən qaçarkən ..
bir gün gözləmədiyin yerdə heç tanımadığın birinə təslim teslim olmaq…
Səbəbsiz yerə.
Bəlkədə səhv olduğunu bilə-bilə…
Vaxtsız , amma bir gülüşlə birləşən iki həyat…
Necə də xoşbəxt ola bilərdik ….
Artıq çox gec, sualları qoydum bir kənara..
Səssiz həyatıma xoş gəldin həyatım…
Gəlişinlə həyatı tapdım özlüyümdə …İndi hər şeyə tamam fərqli və qiymətli baxıram…
Yanında çox xoşbəxtəm , Səninlə olanda mənə gülmək yaraşır.…Deyirəm ya sən məna verdin həyatıma ya da, mən məna verdim sənin həyatına …
Hələ də, içimdə qorxularım var amma danışa bilmədiyim qorxular…

Səni incitməkdən qorxuram və ya sənin məni incitməyindən qorxuram …
Uzaq durmaq istədikcə daha da, bağlanıram sənə,
getmək istədikcə yaxınlaşıram sənə… özümə heç cür etiraf edə bilmirəm sənə vurulduğumu və yenidən aşiq olduğumu….
Səninlə keçən hər gözəl günümün sonunda , ikimizlə əlaqədar arzular quqruram.
Amma o dəqiqə ağlıma gələn cümlə:
Hər sevginin sonu bir əlvidadır! …
Səssizcə qışqırıram məni özündən ayırma…
Səninlə yeni bir günə sabahın xeyir deyərkən
‘Mənimdə bir qəlbim var imiş, döyündüyünü hiss edirəm ‘’
və sənə sarılarkən qulağıva pıçıltı ilə söyləmək istədim.
‘’ Sadəcə xoşbəxtlikdən və həyacandan döyünsün ürəyim sevgilim‘’
demək istəyirdim amma deyə bilmədim….
Hər sevginin sonu bir əlvidadır!…

Gedərkən
Sadəcə yarımçıq cümlələrim qaldı mənə ..
Artıq bu şəhəri sevmirəm …
Bu şəhərin küçələrində gəzmək istəmirəm ..
Hər şeyi unutmaq istədikcə bütün hər yer və hər küçə səni xatırladır mənə …
İkimizə heç bir xəyal qura bilmirəm, çünki ikimiz deyə bir şey yoxdur artıq. , Sən və mən ikimizdə varıq bu həyatda amma çox heyif ki, iki yad bir insanlarıq…
İndi sənin olmadığın bir yerdə amma səni xatırladacaq bu şəhərdə səni gözləyirəm …
Mənim də qəlbim var imiş indi hiss edirəm.

Angel-Feride

Şərhlər:

  1. MeN_SeN dedi ki:

    Menimde qelbim var mende yawayiram o nu gorenden sonrra anladim((((((((((xebere gore tesekkurrrrrrrrrrrrrrr

  2. the 13th Warrior dedi ki:

    Hər sevginin sonu bir əlvidadır!
    Muellife minnetdarliq

  3. CooL_Man dedi ki:

    gozel ve super xebere gore teshekkurler… we13

  4. aksa_ahmedov dedi ki:

    tewekur canim,hemiseki kimi heyati.

  5. Aelita dedi ki:

    Ayriliq xeberlerini sevmirem ama yene de gozel sozlerdi. Allah hec kese bele keder bexs etmesin. Amin

  6. MR... dedi ki:

    Sevirem ama Sevilmirem..
    Xebere gore twk

  7. Lucky Girl dedi ki:

    Her weyin sonu var..hec ne ebedi deyil….(

  8. Sweet_Love dedi ki:

    İndi sənin olmadığın bir yerdə amma səni
    xatırladacaq bu şəhərdə səni gözləyirəm …
    Ellerine sagliq cox gozel yazidi

  9. sabinocka dedi ki:

    Gedərkən
    Sadəcə yarımçıq cümlələrim qaldı mənə

    super muper dper quper eladir eline sagliq

  10. Ninaska dedi ki:

    ela xeberdi.. xoshlamiram ayriliki hech kimede arzulamiram ..
    xeberchunde tshk ;))

  11. important life dedi ki:

    esl sevginin axiri ayriliq olmur twk

  12. mR_bAkiNec dedi ki:

    Çox gözəl`di əllərinə sağlık Fəridə xanım =)

  13. _Sia_ dedi ki:

    Derin menali sozlerdir.

    Gozel nitqiniz ve dusunceniz var.