Hekayə

Bir zamanlar çox bədbəxt bir adam var imiş. Dünyadakı bütün gözəllikləri dadmış, amma heç cür xoşbəxt ola bilməmişdir. Bir zaman sonra həyat onun üçün çəkilməz hala gəlmişdi. Hər şeyi özünə dərd edir, yalan gülücüklər edirmiş ətrafına. Yenə bədbəxt olduğu bir gün bir pəri qızı meydana çıxır, bədbəxt adam pəri qızının yanında həmişə xoşbəxtmiş artıq. Dərdlərini, sevinclərini onunla paylaşır, xoşbəxtliyinə-xoşbəxtlik qatırdı. Bədbəxt adam artıq çox xoşbəxt olduğu üçün həyata dünyagörüşü dəyişır. Bir gün işdən evə gələrkən, yolda çox gözəl bir qızla tanış olur və ona aşiq olur. Artıq bütün zamanını onunla keçirirdi. Pəri qızını da otağındakı şkafa bağlamışdı. Bədbəxt olduğu zamanlarda pəri qızını çıxardır, onunla danışır və xoşbəxt olardu. Günlər günləri, həftələr həftələri qovmuş, artıq aşiq olduğu üçün pəri qızını yaxşıca unutdur bədbəxt adam. Eşq onun gözlərini qamaşdırır, heç bir şeyi görməz olur. Sevdiyi qızla heç bir şey paylaşmadıqları, halda onu görmək üçün əziyyətlər çəkirmiş. Ən sonunda aşiq olduğu qızdan ayrılmış yenə bədbəxt günlərinə dönmüşdğ. Dərhal ağılına pəri qızı gəlmiş və yenə onun yanına getmək üçün evinin yolunu tutmuş. Evə çatdığında şkafın qapısını açır, amma pəri qızının ölüsüylə qarşılaşır. Pəri qızı ölmədən əvvəl, ona son bir qeyd yazır. Səninlə ilk qarşılaşdığımız günü xatırlayırsanmı, çox bədbəxt idin. Başımı çiyininə qoyar, səni dinlərdim səhərlərə qədər. Xoşbəxt olmağın üçün hər şeyi edərdim. Sevinclərin mənim sevinclərim, bədbəxtliklərin isə mənim bədbəxtliklərim olardı. Səninlə danışdıqca, sənin yanında olduqca məndə xoşbəxtdim. Bu xoşbəxtliyimiz günlər keçdikcə azaldı, sən artıq mənə ehtiyac duyduğunda yanıma gəlir, mən isə hər vaxt səni gözləyirdim. Artıq gəlişlərin azalmış, mənim xoşbəxtliklə bəslənən ruhum yavaşca acı çəkməyə başlamışdı. Amma bunu sənə heç əks etdirmədim. Artıq o qaranlıq şkaf mənim dünyam olmuşdu, sən yanımda olunca işıqlanır, sən gedincə yenə qaranlığa bürünürdü. Artıq bədbəxtliyə dözəcək gücüm qalmadı, son dəmlərimi yaşayıram. Bunları yazarkən bəlkə yazım bitmədən sən gələr və məni yenidən həyata bağlayarsan və mən yenə səni xoşbəxt edərəm… Unutma səni xoşbəxt edənlər, sən xoşbəxt olduğun müddətcə yaşayarlar…

Angel-Feride

Şərhlər:

  1. important life dedi ki:

    Nece de gözel hekayedi. Yaziq peri..tewekurler muellife

  2. mR_bAkiNec dedi ki:

    Təşəkkür maraqlıdı

  3. Yasaksin_kalbime dedi ki:

    cox beyendim.ela idi.tewekkurler

  4. UNDERCOVER dedi ki:

    hecves yoxdu oxumaga.yaxwi olar yeqin

  5. SEBERT dedi ki:

    gozel ve menali hekayedi

  6. Aelita dedi ki:

    cox gozel hekayedi. İbretamiz. cox sag ol xebere gore

  7. Yeni urek dedi ki:

    Sonunu oxudum tewekkurler

    Unutma səni xoşbəxt edənlər, sən xoşbəxt olduğun müddətcə yaşayarlar…

  8. DaRk_AnGeL dedi ki:

    Maraqli hekayedi ellerine sagliq

  9. Hilary Duff dedi ki:

    Gozel hekayedi cox xowuma geldi Tewekkurler……….

  10. Slatkaya dedi ki:

    COX SAG OL MARAQLI IDI

  11. sabinocka dedi ki:

    indi vAXT YOXDU OLANDA OXUYACAM

  12. Ninaska dedi ki:

    hekayechun chox sagol ..