Şəhərlər 15-ci hissə

Şəhərlər 15-ci hissə

Berlin – Almaniyanın paytaxtı və ən böyük şəhəridir. Berlin həm də Almaniyanın 16 federal əyalətindən biridir. Əhalisi təqribən 3400000 nəfər, ərazisi isə 891,85 km²-dir. Şəhərin şimalındandan cənubuna doğru olan məsafə 38 km-ə, şərqindən qərbinə qədər olan məsafə isə 45 km-ə bərabərdir.
Öz tarixi dövründə Berlin bir neçə dəfə alman dövlətlərinin (Brandenburg kürfürstlüyü, Prussiya krallığı, Almaniya İmperiyası, Veymar Respublikası, üçüncü reyx) paytaxtı olmuşdur. 1990-cu ildən, Almaniyanın birləşməsindən sonra Berlin AFR-in paytaxıdır.

Şəhərlər 15-ci hissə

ümumi məlumat

Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Metropol Avropada ən mühüm nəqliyyat düyümü sayılır və qitənin ən çox səyahətçi gələn şəhərdir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınmışdılar. Bütün dünyadan incəsənət və mədəniyyət sahəsi ilə məşğul olanlar üçün Berlin çox cazibədardır. Berlinin tarixi, gecə həyatı və çoxsaylı arxitektur tikililəri hər yanda məşhurdur.
Təxminən 1200-cü ildən indiki Berlinin ərazisində Köln və Berlin adlanan iki ticarət mərkəzi mövcud idi. Onların şəhər ststusu almalarının dəqiq tarixi məlum deyil. Kölnün şəhər olması ilk dəfə 1237-ci ildə, Berlininki isə 1244-cü ildə qeyd edilmişdir. 1307-ci ildə hər iki şəhər birləşir və ümumi şəhər idarəsini təşkil edir. 1400-cü ildə birləşmiş Berlinin əhalisi 8000 nəfər idi.
Berlin Prussiyanın paytaxtı idi və Almaniya imperiyasının yaranmasından sonra da onun paytaxtı olur.
İkinci Dünya müharibəsindən sonra Yalta kofransının qərarına əsasən Berlinin SSRİ-nin zəbt etdiyi ərazidə yerləşməsinə baxmayaraq dörd qalib ölkə arasında dörd sektora bölündü. Sonralar üç sektor birləşərək Qərbi Berlini təşkil edərək ona xüsusi dövlət statusu verildi. Qərbi Berlin vaxtilə AFR ilə sıx əlaqədə olmuşdu. Berlinin sektorları arasında gediş-gəliş ilk vaxtlarda sərbəst olsa da, sonralar Almaniya Demokratik Respublikasının qərarı ilə əhali axınının qarşısını almaq məqəsədilə 13 avqust 1961-ci ildə Berlin divarı tikildi. Soyuq müharibənin rəmzi olan Berlin divarı 1989-cu ilə qədər mövcud olub.

Şəhərlər 15-ci hissə

Görməli yerləri

Berlin zooparkı;

İmperator Vilhelmin memorial kilsəsi;;

potsdam meydanı;

Reyxstaq;
Brandeburq qapıları;
Unter den Linden;

Aleksandr meydanı;
Berlin soboru;
Kansler idarəsi;

Qırmısı sovetlər evi;
Holoksot qurbanalarına xatirə abidəsi;
Qələbə sütunu;

Şarllotenbuqr qəsri;
Berlin Dövlət konsert zalı;
Qərbi Kaufhaus univermağı;

Olimpiya stadionu;
Şapandau qəsri;

Şəhərlər 15-ci hissə
Şəhərlər 15-ci hissə
Şəhərlər 15-ci hissə
Şəhərlər 15-ci hissə
Şəhərlər 15-ci hissə
Şəhərlər 15-ci hissə
Şəhərlər 15-ci hissə
Şəhərlər 15-ci hissə
Şəhərlər 15-ci hissə
Şəhərlər 15-ci hissə

CooL_Man

Şərhlər:

  1. sabinocka dedi ki:

    twk…bele xeberler ucun twk….

  2. Slatkaya dedi ki:

    ay ela yerdi getmey isteyerem qismet cox sag ol

  3. Aelita dedi ki:

    Almanyaa en sevdiyim olkedi. Berlini de cooox sevirem. orda olmagi cooooox isterdim

  4. DaRk_AnGeL dedi ki:

    Son zamanlar xarici olkelerde cooooox olmaq isteyirem.Berlinde cox gozel yerdi.ALLAH hamiya qismet elesin.Wekillere gore cox sagol

  5. Ninaska dedi ki:

    melumatlandirdikunchun tshk dosi ;)))

  6. CooL_Man dedi ki:

    DaRk_AnGeL,
    Ninaska,
    deymez dosiler 🙂