Bəxtiyar Vahabzadə – Mənim ürəyimcəsən

Soruşsan ki, söylə nədir
Səni mənə sevdirən?
necə verim cavabını,
Heç bilmirəm necə mən
Deyirəm ki, bahardan xoş,
Gül-çiçəkdən incəsən.
Bircə bunu bilirəm ki,
Mənim ürəyimcəsən!

Heç bilmirəm sualını
Hara, hara mən yozum?
Əgər mən səmayamsa,
Sənsən ayım, ulduzum
Bülbüləmsə, mən ötərəm
Bu çəməndə səninçün
Sən mənimçün yaranmısan,
Mən də, mən də səninçün.

Uca-uca bir dağamsa,
Zirvəmdəki qarımsan.
Mən bir bağlı qıfılamsa,
Sən mənim açarımsan.
Demirəm ki, bahardan xoş
Gül-çiçəkdən incəsən.
Bircə bunu bilirəm ki,
Mənim ürəyimcəsən!

_Sia_

Şərhlər:

  1. Ninaska dedi ki:

    sheirchun chox sagol ..

  2. _Sia_ dedi ki:

    Reylerinize ve beyendiyinize gore sizlerin haminiza tesekkurlerimi bildirirem…

  3. aksa_ahmedov dedi ki:

    Hələ sevgimizin çiçək vaxtıdı,
    Hələ sevgimizin ürkək vaxtıdı,
    Hələ duyğuların kövrək vaxtıdı
    Qoyma ürəyini yatmağa, gülüm.

    Dağların başında duman ləngiyər,
    Mənim ürəyimdə güman ləngiyər,
    Kainat kül olar, zaman ləngiyər,
    Qoyma ürəyini yatmağa, gülüm.

    Sönmüş ocaqların közü göynəyər,
    Sevən ürəklərin gözü göynəyər.
    Bu dərdə Tanrının özü göynəyər,
    Qoyma ürəyini yatmağa, gülüm.

    Sevgiyə bələnməz yaz yağışları,
    Solub vağamlayar gül naxışları
    Məhəbbət aramaz qız baxışları
    Qoyma ürəyini yatmağa, gülüm

    Buludlar gözünü sıxar ağlayar,
    Şimşəklər səmada çaxar, ağlayar.
    Bir şair yollara baxar ağlayar,
    Qoyma ürəyini yatmağa gülüm.

  4. mR_bAkiNec dedi ki:

    Təşəkkür çox əlLadı

  5. Hilary Duff dedi ki:

    Qeweng weirdi Tewekkurler……….

  6. ANGEL16 dedi ki:

    gozel seirdi tesekkurler

  7. SoN_NeFeS dedi ki:

    Heç bilmirəm sualını
    Hara, hara mən yozum?
    Əgər mən səmayamsa,
    Sənsən ayım, ulduzum
    Bülbüləmsə, mən ötərəm
    Bu çəməndə səninçün
    Sən mənimçün yaranmısan,
    Mən də, mən də səninçün.

  8. important life dedi ki:

    Bextiyar Vahabzade böyuk wairdi.weirini paylawdigincun tewekur Sia

  9. Slatkaya dedi ki:

    cox sag ol gozel serdi

  10. sabinocka dedi ki:

    gOZELDI..aZERBAYCANIN BOYUK WAIRI olAN bEXTIYAR.vaHABZADENIN WEIRLERI HEMIWE COX BEYNILIB VE DINLENILIB..BU WEIRIDE GOZELDIR TEWEKKUR..

  11. Aelita dedi ki:

    hmm gozel seirdi. Bextiyar Vahabzadenin gozel seirleri olur hemise

  12. deniz15 dedi ki:

    gozel seirdi cox sagolun