İnsan sevgini yaşadır yoxsa sevgi insanı?

çox vaxt gənclər sevgini digər hisslərlə (əgər buna hiss demək mümkündürsə) qarışdırırlar, bu qəbildən insanlara nəinki gəncləri həmçinin daha yaşlı nəsili də aid etmək olar. Tez-tez müxtəlif fikirlərlə rastlaşırıq hansi ki, sevginin ayrılıqda nə olduğunu özündə əks etdirirlər. Biz isə çalışacağıq ki sevginin daha münasib, bizim fikrimizcə daha dəqiq təsvirini verək. Həyatda sevginin iki növü mövcuddur: ehtiyacdan doğan sevgi (çatışmazlıqdan doğan sevgi) və bəxşiş olunmuş sevgi (əsil sevgi).
Ehtiyac duyulan sevgi və ya çatışmazlıqdan doğan sevgi daha çox qarşı tərəfdən asılıdr, buna məcazi mənada “yetişməmiş” sevgi də demək olar. Həqiqətən də bu əsil sevgi deyil, sadəcə olaraq tələbdən irəli gəlir.
Siz qarşı tərəf üzərində hakimlik edir, bir sözlə ondan istifadə edirsiniz. Eyni hallar cütlər arasında qarşılıqlı olaraq davam edir.
Əgər siz kimdənsə istifadə edirisnizsə onda bunu sevgi adıandırmaq olmaz. Bu kimi hallar insana sevgi kimi görünür, əslində isə bunların hamısı saxtadır. Amma bu hadisələr doxsan doqquz faiz insanın həyatında baş verir, çünki insan ilk sevgisinə uşaqlıq dövründə rast gəlir.
Məsələn, uşaq dünyaya gəldikdə bir sözlə anasından asılı olur. Onun sevgisi çatışmazlıqdan irəli gəlir, çünki həmin an o ana şəfqətinə ehtiyac duyur və onsuz yaşaya bilmir. Uşaq anasını sevir, çünki ana onun həyatıdır. Amma əslində isə ortalıqda heç bir sevgi mövcud deyil. O, anasından nəinki həyatı üçün lazım olan südü eyni zamanda sevgini də əldə eləmişdir. Amma bu sevgi sadəcə olaraq tələbdən irəli gəlir.
Sonralar isə o hər hansı bir qadını sevəcək, baxmayaraq ki, sevdiyi qadın heç vaxt ananın verdiklərini ona qaytara bilməyəcəkdir.
Sevgi isə öz növbəsində – təbii sərvətdir, varlıqdır, bolluqdur. Yəni sizin o qədər çox ömrünüz var ki, bilmirsiniz bu qədər ömrü tək necə yaşamaq olar və ona görə ömrünüzü başqa biri ilə bölüşürsünüz.

MiSTeR_RoMaNTiK

Şərhlər:

  1. Aelita dedi ki:

    hmm basa dusmedim indi sevgi var yox yoxdu?

  2. Slatkaya dedi ki:

    elaaaaaaaaa askimmmmm superrrr il xeberin mubiwdiii ureyim kisses utan

  3. Sweet_Love dedi ki:

    Sevgi insani yawadir…

    Xebere gore twk

  4. Ninaska dedi ki:

    Sweet_Love,
    aynenn
    tshk xeberchunn ;)) ..

  5. sabinocka dedi ki:

    Sevgi insani mehv edir eeeee……….Esasda qarwiliqli gorunsede qarwiliqsiz olan sevgiler……

  6. mR_bAkiNec dedi ki:

    Bəyənmədim yenədə saol