Yuxuma gəlməyə tələs bu gecə

Yaman qəribsəyib ürəyim sənsiz,
Həstrətin ruhuma qəfəs bu gecə
Barı insaf elə səssiz-səmirsiz
Yuxuma gəlməyə tələs bu gecə.

Gör necə aydındır səmanın üzü,
Ulduzlar görüşə çağırır bizi
çoxdandır görmürük bir birimizi
Yuxuma gəlməyə tələs bu gecə.

Tənhalıq sonuma çıxmamış tələs.
Buludlar donunu sıxmamış tələs.
Həsrətin evimi yıxmamış tələs
Yuxuma gəlməyə tələs bu gecə.

Sənsiz kabus olur gecələr mənə,
Dar gəlir şəhərlər,küçələr mənə.
Qorxuram intizar güc gələr mənə
Yuxuma gəlməyə tələs bu gecə.

Hardan biləydim ki yüküm ağırdı,
Külək sevincimi yelə sovurdu.
Yuxu xəyalıma gedən cığırdı,
Yuxuma gəlməyə tələs bu gecə.

Cəfanı çəkməkdən usanmayacam.
Seni hey sevəcəm,dayanmayacam.
Gəlməsən yuxumdan oyanmayacam
Yuxuma gəlməyə tələs bu gecə.

MR...

Şərhlər:

  1. Ninaska dedi ki:

    yuxuma gel sevgilim utan ))
    tshk

  2. Aelita dedi ki:

    bu gun butun gece onu gormusem yuxuda… Super gece olub utan

  3. sabinocka dedi ki:

    Hardan biləydim ki yüküm ağırdı,
    Külək sevincimi yelə sovurdu.
    Yuxu xəyalıma gedən cığırdı,
    Yuxuma gəlməyə tələs bu gecə.

    o qederdeyersizemmi ki senincun ne yuxuma gelirsen nede YAnima….

  4. Slatkaya dedi ki:

    Cəfanı çəkməkdən usanmayacam.
    Seni hey sevəcəm,dayanmayacam.
    Gəlməsən yuxumdan oyanmayacam
    Yuxuma gəlməyə tələs bu gecə. uww yuxma cel utan elaaaaaaaaaaaa

  5. mR_bAkiNec dedi ki:

    mmm təşəkkürlər maraqlıdı :/

  6. aksa_ahmedov dedi ki:


    Getdin, arxaya dönüb baxmamış,
    Tərk etdin, mənimlə vidalaşmamış,
    Susdun kəlmə belə danışmamış,
    Məni unutmaq necə də asanmış.

    Bəs dediyin o gözəl sözlər
    Bəs mənə baxan o gözlər
    Anladım ki hamısı yalan, yanlış
    Məni unutmaq necə də asanmış.

    ————tewekkur qeweng weirdi

  7. MeN_SeN dedi ki:

    tesekkurler dosi maraqlididi
    ne yanimda olur nede yuxuma girir:(((((((

  8. deniz15 dedi ki:

    Gör necə aydındır səmanın üzü,
    Ulduzlar görüşə çağırır bizi
    Çoxdandır görmürük bir birimizi
    Yuxuma gəlməyə tələs bu gecə.