Hekayə
“üç bacı” adlı maraqlı və düşündürücü hekayə.Mütləq oxuyun
Bir kənddə üç bacı yaşayırmış. Onlardan böyüyü pinti və tənbəl, ortancılı ifritə ve acıdil idi. Kiçik bacı isə ağıllı və zəhmətkeş idi.
Günlərin bir günündə bu bacıların evlərinin qapısında bir araba dayandı və qızlar kimin gəldiyinə baxmaq üçün həyətə çıxdılar. Arabada qoca bir qarı oturmuşdu.
-Siz kimsiz?deyə bacılar soruşdu.
-Mən sizin taleyinizəm. Artıq sizin ailə qurmaq vaxtınız çatıb.-qarı cavab verdi və onları arabaya mindirib ərə verməyə apardı.
Az getdilər, çox getdilər… gəlib bir kəndə çatdılar. Gördülər ki, bir cavan oğlan taxıl biçir. Bu cavanın əlindən hər bir iş gəlirdi.
-Bax, bu sənin taleyindi- qarı dedi və böyük bacını zəhmətkeş gəncin yanında qoyub getdi.
Növbəti kənddə çox mərhəmətli və əliaçıq oğlana rast gəldilər.
-Bu da sənin taleyin deyib qarı ortancıl bacını da arabadan düşürtdü. Ortancıl bacını da bu kənddə qoyub yollarına davam etdilər.
Bu dəfə çatdıqları kəndi çox dolaşdılar və sonda araba bir uçuq daxmanın qarşısında dayandı. Ətrafa göz gəzdirdikdən sonra, su quyusunun yanında, palçığın içində bir sərxoşun yatdığını gördülər.
-Arabadan düş. Bax bu isə sənin taleyindi.
-Bu mənim taleyim ola bilməz. Axı mən ağıllı və zəhmətkeşəm. Gör, o biri bacılarıma necə yaxşı adaxlılar tapdın, bəs mənimçün başqası yoxdu?
-Başqaları da var. Amma bunun sənə ehtiyacı var. Sənsiz itib-batar
Yenilənib:
gozel hekayedi.. heyatdada chox vaxt bele olur.. marakli hekayechun chox sagol :)))
hmm dogurdan da cox gozel hekayedi. hemise biri pis biri yaxsi olmalidi da.
cox gozel hekayedi.tewekkurler,.
sora oxuyaram maraqli olar
O qiz ele omur boyu zehmet cekmekcun dogulub.neem ewwi :/
Super hekayedir.Cox saq olun
Gozel hekayedi Tewekkurler………
Reylercun hamiya tesekkurler. Beyendiyinize sevindim .
Dosickam qeweng hekayedi.
beyendiyine sevindim 🙂
maraqlidi cox sagolun