Keçmiş zamanın xəyalı

Aynalardan əksim silinib çox uzun zamandır. Baxdığımda sadəcə yaşaya bilmədiyim illərimi görürəm. Sadəcə yazığım gəlir özümə…
Bacarmıram ki, bacarmıram kiməsə baxmağı, fikrimi yönəltməyi. Kaş ki bilərdin hər gecə mənə yaşatdıqlarını. Əsərək, titriyərək, hıçqıraraq ruhumun sənsizliyə çəkildiyini. üzünü bir kərə qarşımda görmək üçün bitirəm o hallarda. Bilirəm görsəm də yetməz qəlbimdəki yaranı bağlamağa… Baxaraq ağlaram çarəsizliyimə, toxunmağa belə qorxaram əlçatmaz arzuma. Bax o zaman qısılaraq yatağıma sarılaram oyuncagıma var gücümlə. Sanki buraxsam o da tərk edər deyə qorxuram. Cansız, qəlbsiz bir oyuncaqdan təsəlli umaram. Halbuki sən canlı olsan belə duymadın məni. Sənin qəlbin var amma sənin sevgin təsəlli etmədi qəlbimi.
Bir gün illər keçəcək və mən bir zaman biz olan yerə gələcəm bizi görmək üçün. Bir zaman xoşbəxt olan iki insanı görəcəm. Oturacam bir kənarda seyr edəcəm bu iki insanı nə zamanlar varmış da biz bir-birimizi görmək üçün görüşə gələrdik bu məkana… Bəlkə də qəlbim dolacaq ağlayacam göz yaşlarım məni utandıracaq. Zənn etmə ki, başqa bir həyatda sənsiz yaşayıram. Mən yaşadıqlarımı unutsaydım indi bu məkanda acizcə oturmazdım. Narahat olma yaşamadım o sevinci heç vaxt səndən sonra… Olanlar da buna yetmədi, yetmədi heç kəs… Səndə nə var ki, bilmirəm məni beləcə laqeyid edir insanlara qarşı. Sən var olmuşdun səndən sonrasını silmək üçün.Indi sadəcə mən varam mənim həyatımda… indi sadəcə MƏN!
Zaman tükətmədi məni bilirsən… daha da olğunlaşdım. İnsan yalnız qalınca hər kəs onu yalnız buraxar. Amma mən yalnız deyiləm mən yalnızılığımı qələmimlə paylayşıram. Sənin adını verdim ona. çünki sadəcə sənin üçün yazır. Əvvəllər sıxldığımda, boğulduğumda ehtiyac duyurdum kimlərsə paylaşmaq üçün. Amma artıq buna da güc gəlirəm. Kimsəyə gəl mənə həmdəm ol deyəcək qədər acizləşmirəm. Onsuzda anlamz heç kəs məni, bir tək Yaradan anlayir.
Mən yaşaya bilmədim səninlə. Sən həmişə məndən bir addım öndə oldun. Mənsə iki addım geridə. Mən hər zaman xəyalımı səninlə yaşadım. Hələ də tək sənin xəyalınla yaşayıram.

Angel-Feride

Şərhlər:

  1. mR_bAkiNec dedi ki:

    Gözəl.. Əllərinə sağlık Fəridə xanım =)

  2. MR... dedi ki:

    NORMALNIDI SAQ OL XEBERE GORE pencere1 twk aze lap sui super

  3. Aelita dedi ki:

    Eeeeeee bele xeberler qoymuyun daa oxuduqca aglamagim gelir. bir-iki cumle oxudum kovreldim. Men ayrilmaq istemiremmmm…. agla

  4. aksa_ahmedov dedi ki:

    sagol urey ela,heyati meqaledi,minnetdaram

  5. sabinocka dedi ki:

    tewekkuur…ax bu sevgi necede cetin umiw////gozel sozlerdi tewek.

  6. MeN_SeN dedi ki:

    Gozeldi tesekkurler

  7. CooL_Man dedi ki:

    Aynalardan əksim silinib çox uzun zamandır. Baxdığımda sadəcə yaşaya bilmədiyim illərimi görürəm. Sadəcə yazığım gəlir özümə…

    wooow super cooox sag ol…

  8. ANGEL16 dedi ki:

    gozel xebere gore tewekkurler

  9. Ninaska dedi ki:

    xeberchun tshk
    wekil

  10. important life dedi ki:

    Unudulmayan sadece xatirelerdi twk

  11. _Sia_ dedi ki:

    Bir gun mensiz olacaqsan, sensiz olacagam demeye gelmir dilim…

    Resul Rza

    Gozel nitqiniz var.