Dua və Zikr

“Dua” lüğətdə “çağırmaq” mənasındadır. Məsələn, Allahı (yaxud kimisə) çağırdım, səslədim. Dini terminologiyada isə “dua” rütbə baxımından aşağı səviyyədə olanın ondan yuksəkdə olandan yalvarış və xahiş olunacaq tərzdə nəsə diləməsi anlamındadır. Başqa sözlə desək, hər şeyə gücü çatan və zənginliyi sonsuz olan birinə yalvarmaq mənasındadır.

“Zikr” kəlməsi isə, lüğətdə bir şeyi əzbərləmək və həmin şeyin dil və səslə ifadə olunmasıdır. Bundan belə anlaşılır ki, “zikr “ əzbərləmək, xatırlamaq və yada salmaq mənasındadır.

“Zikr” İslamda Allaha itaəti ifadə edən hər bir əmələ deyilir. Şəriətdə isə, “zikr” dilin Allahı tərif, təqdis etməsi və ondan bağışlanma diləməsidir. Zikrin üç növü vardır:

1. Aşkar deyilən zikr (“Sübhanəllah” kəlməsini dildə demək kimi)

2. Gizli zikr (yəni qəlbdə edilən zikr)

3. Həqiqi zikr (Allahın bəndəsini xatırlamasıdır, necə ki, Allah ” Qurani-Kərim”də buyurur: “Məni xatırlayın ki, Mən də sizi yada salım”.(“Bəqərə” surəsi-152)

Ayədən məlum olur ki, Allah-taala Onu yada salanları, zikr edənləri yada salar. Peyğəmbəri-Əkrəm (s) Əbuzərə tövsiyəsində məhz bu məqamı bəyan edərək, buyurmuşdur: “Quranı oxu və Allahı zikr et, çünki zikr etmək sənin ərşi-əlada yad olunmağına səbəb olar və yer üzündə isə səni nura qərq edər”. Biz əgər dua ilə zikrin mənalarına diqqət yetirsək hər ikisinin eyni məna daşıdığının şahidi olarıq. çünki hər ikisi Allahı xatırlayıb onu tərif və təqdis etməklə yanaşı Ondan istək və arzularını diləməkdir. Necə ki, Allah-tala Quranı-Kərimdə buyurur: “De ki, əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?” (“Furqan” surəsi-77)

İnsanın Allahla ən sadə və ən səmimi əlaqəsi Onu zikr etməsidir. Bunun nəticəsində insanın qəlbi ixtiyarı olaraq Allahı xatırlayır, ruhu təsirlənir. Hərdən bu xatırlamanın təsiri dildə də özünü göstərir. Dua möminin silahı, Allaha yaxınlaşma vasitəsi, ibadətin mahiyyəti, haqqı xatırlama və Rəbbi ilə söhbətidir. Dua zahirən maddi və mənəvi ehtiyacların ödənməsi istəyi olsa belə, əslində bəndəliyin, insanın acizlik və fəqirliyin etirafıdır. Adətən dua sözlərlə ifadə olunur. Amma əsas bu sözlər yox, onların arxasında duran gizli mənadır. Başqa sözlə, dua qəlbə aid bir əməldir və dil yalnız ürəkdə olanı ifadə edir. Beləliklə dua insanın qəlbindən gəlməlidir. Qəlbdən çıxmayıb, sadəcə dillə deyilən sözlər dua hesab olunmur. Bütün ibadətlərin əsası və özəyi qəlbdə tutulan hədəfdir. Əllərini Allahın dərgahına açıb, qarşısında boynunu əyib başını aşağı endirən, üzünü torpağa sürtən, gözlərindən yaş axıdan və öz duası ilə hacətlərini istəyən şəxs ilahi əzəmət qarşısında bütün zəlillik və zəifliyini əməli olaraq göstərmişdir. Allahı isə Varlı, Qüvvətli, Əziz və Qadir bilmişdir.

aksa_ahmedov

Şərhlər:

  1. Ninaska dedi ki:

    Allah Razi Olsun ..

  2. Zerishka dedi ki:

    Nurlu kelmelerdir.

    ALLAH Razi olsun !…

  3. star girl dedi ki:

    ALLAH dilimizi zikrden duadan ayirmasin AMIN

  4. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    ALLAH Razi olsun !…

  5. important life dedi ki:

    Cox sagol. Allah kömeyin olsun

  6. mR_bAkiNec dedi ki:

    ALLAH razı olsun çox gözəldi[/b]

  7. MeN_SeN dedi ki:

    Allah razi olsun bunlari bilmirdim Allah hec kesi duz yolundan azmaqa qoymasin !Amin

  8. Aelita dedi ki:

    Allah razi olsun. Dua eleyirem

  9. CooL_Man dedi ki:

    ALLAH razi olsun super xeberdi…♥

  10. ASI dedi ki:

    Əllərini Allahın dərgahına açıb, qarşısında boynunu əyib başını aşağı endirən, üzünü torpağa sürtən, gözlərindən yaş axıdan və öz duası ilə hacətlərini istəyən şəxs ilahi əzəmət qarşısında bütün zəlillik və zəifliyini əməli olaraq göstərmişdir

    Allah razi olsun