Səni hələ də sevirəm

Bəlkə bir gün xatırlayarsan məni. Kiçik bir təbəssüm oyadaram bəlkə üzündə.
Bəlkə də yaşadıqlarımız gəlir ağlına…
Yağışlı gecələrdə sarılıb islanmağımız, qapının qarşısında yatmağım, o kiçik gəmi gəzintisi…
Məni düşünərsən bəlkə.. Əhəmiyyətsiz hesab etsən belə gələrəm ağlına.
Nə edir görəsən deyə bir sual keçər ağlından… Heç düşünmə məncə. Səhra çiçəyin suya olan eşqi, hələ mənimki…

Yollar uzanmaz bəlkə bu qədər. Aramıza məsafə qatmaq üçün bir ilan kimi qıvrılmaqdan imtina edər bəlkə.
Uzanan yollara hər gözlərimi zilləyəndə “ara verək” deməyimiz keçməz ağlımdan.
“Nəfəs almayaq bir müddət” deyiymiş kimi… Baxdığım hər insanla səni müqayisə etməkdən imtina edərəm.
Silərəm gülüşünü qulaqlarımdan. Bir gün mən də unudaram sənin kimi. Amma sevdiyini bilməyə elə ehtiyacım var ki…

Olsun… Mənasız boşluqdakı gözlərinə baxarkən əzab çəkməkdənsə beləsi daha yaxşı olacaq bəlkə…
Təbii ki, sən məndən necə sıxılıb imtina edirsənsə mən də edə bilərəm eyni şeyi.
Nəticədə kimsə imtina edilməz deyil ki həyatda… Dayan bir saniyə kimi aldadıram ki mən? Sənsiz ola bilməyəcəyimi ikimiz də bilirik. Amma səbirli olmalıyam.
Zaman deyilən axmaqlıq unutdurmalıdır səni mənə… Necə olacaq bu görəsən?…

Yaddaşımın bir qismini itirdim əlini tutmağı kəsdikdən sonra. Buxarlandı sanki.
Sanki bizimlə nəfəs alan şeylər idi, unutdum. Mahnımızın nəqarətində keçən sözləri səslərimiz uyğunlaşmasa da birlikdə söylədiyimizi, əl-ələ getdiyimiz qumludakı rəngli daşları… Unutdum, görürsən. Səni də unudacağam. Bəlkə də unutdum çoxdan, kim bilir?..

Artıq nifrət edirəm desəm də uzunə, səni hələ sevirəm dəlicəsinə…

Angel-Feride

Şərhlər:

  1. mR_bAkiNec dedi ki:

    Ayda sona qədər oxudum çox bəyəndim !
    Əllərinə sağlık Fəridə xanım =))

  2. important life dedi ki:

    Artiq nifret edirem desem de uzune seni hele de sevirem delicesine. cox gòzel xeberdi tewekurler

  3. sabinocka dedi ki:

    SUPERRRRRR TEWEKUR KOVRELTDIN MENI///////.AXRA QEDER SUPER OLDU….:(((

  4. MR... dedi ki:

    Oxumusdum genede twk

  5. Yeni urek dedi ki:

    <<Artıq nifrət edirəm desəm də uzunə, səni hələ sevirəm dəlicəsinə…>>

  6. _Sia_ dedi ki:

    Derin menali sozlerdir.

    Gozel nitqiniz ve dusunceniz var.

  7. Ninaska dedi ki:

    qeshey xeberdii .. tshkk

  8. CooL_Man dedi ki:

    gozel xebercun teshekkurler…!

  9. ANGEL16 dedi ki:

    gozel xeber ucun tewekkurler

  10. Lucky Girl dedi ki:

    exxx..Heyatdidaaaaa… ((

  11. DaRk_AnGeL dedi ki:

    Cox sagol qeweng sozleri var

  12. nurlana77 dedi ki:

    Təbii ki, sən məndən necə sıxılıb imtina edirsənsə mən də edə bilərəm eyni şeyi.
    Nəticədə kimsə imtina edilməz deyil ki həyatda… Dayan bir saniyə kimi aldadıram ki mən? Sənsiz ola bilməyəcəyimi ikimiz də bilirik. Amma səbirli olmalıyam.
    Zaman deyilən axmaqlıq unutdurmalıdır səni mənə… Necə olacaq bu görəsən?…

    Mahnı lap yerinə düşdü clapping cry (( çox kövrəldim təşəkkür (((((((((

  13. Hilary Duff dedi ki:

    Super Super Super Talib Talenin mahnisinada soz ola bilmez Tewekkurler……….

  14. deniz15 dedi ki:

    tesekkur edirem cox sagolun