Lətifələr

Restoranda söhbət:
Oğlan: Canım,sən 100 metri neçə saniyəyə qaçırsan?
Qız: ALLAH başıva daş salmasın,yenə pullarıvı evdə qoyub gəlmisən? =))

***

Arvad ərinə zəng edir:
– Hansı cəhənnəmdəsən?
– Əzizim, yadındadı qızıl dükanı? Hansı ki, sənin xoşuna gələn boyunbağı var idi orda.
Amma, mənim yanımda yetərincə pul olmadığı üçün onu ala bilməmişdim. Və demişdim ki, həmin boyunbağı bir vaxt sənin olacaq?!
– (arvadın səsi dəyişir) həə heyatım yadımdadı
– hə bax həmin qızıl dükanının yanındakı disco clubdayam xD

***

Mamed vaqonda oturan bir oğlandan soruşur:
-Qaqaş sən yaponsan?
-Yox… Biraz keçir:
-Qaqaş yapon deyilsən?
-Yox deyiləm..Biraz keçir:
-Qaqaş sən yaponsan?
-Həə yaponam ! nolubki?
-VALLAH heç oxşamırsan

***

İstanbulda qonaq olan çingiz Qənizadə restorana girir. Yemək sifarişi verir, sonra da qarsona deyir:
– Sizdə soyuq çay var?
Qarson:
– Yoxdur.
Bu hal yemək boyunca bir neçə dəfə davam edir. Axırı qarson bezib restoran sahibinə
məsələni danışır. O da deyir ki, çayı qoy dəmlənsin, sonra qoy soyuducuya, gələndə o
ver içsin. Qarson belə də edir. çingiz bir də soruşur:
– Soyuq çayınız var?
Qarson:
– Var, gətirim?
çingiz məzələnir:
– Yox, apar, ocağa qoy isinsin, sonra gətir.

***

Bir gün iki “babnik” cəhənnəmdə qarşılaşır. Onlardan biri:
– Necə oldu ki öldün?
– Heç qonşum zəng elədi ki, evində kişi var. Mən də tez taksiyə minib qaçdım, təngnəfəs pilləkənləri çıxdım, amma içəri girəndə gördüm, adam zad yoxdu. Sevincimdən ürəyim partladı, öldüm.
O biri ölü:
– Ay zırrama, içəri girəndə soyuducunun qapısını açsaydın, nə sən ölərdin, nə də mən. 3 saat qaldım orda, canım çıxdı

***

Bir gün Təkamül Partiyasının sədri Teyyub Qəni parkda bir məktəbli uşağın yanında skamyada oturur. Uşaq tez-tez konfet soyub yeyir. Teyyub dözə bilmir və qayğıkeşliklə:
– Ay bala, o qədər konfeti yemə. çox yesən dişlərin tökülər…
Uşaq hazırcavablıqla:
– Əmi, amma mənim babam 110 il yaşadı.
Teyyub maraqla:
– O da sənin kimi çoxlu konfet yeyirdi?
Uşaq cəld dillənir:
– Yoox, sadəcə dilini qarnına qoyurdu, hər söhbətə qarışmır, hər işə burnunu soxmurdu

***

Toydan sonra toy sahibi 3 sərxoşu taksiyə əyləşdirir.
– Al 10 manatı, bunu Əhmədliyə apar, 15 mantı götür, bu birisinə Hövsanda düşür. Al, bu 20 manatı da bu keflini Mərdəkana “tulla”.
Taksi sürücüsü pulu alıb yola düşür. 10 dəqiqədən sonra qayıdır, toy sahibinə yaxınlaşıb deyir:
– Qardaş, döngədə qarşıma “CİP” çıxdı, qəfil tormoz verdim, bunlar hamısı qarşıdı bir-birinə. İndi yenidən başa sal görüm, kimi harada düşürüm…

***

“Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül küçə ilə gedirmiş. Bu vaxt oradan “Eurovisiona” gəlmiş iki türkiyəli keçir. İsti başına vurmuş türklərdən biri istidən özündən gedir, bayılır. O bir türk hay salır:
– Bayıldı, bayıldı…
Hacı Əbdül qımışır:
– Alə, Bayıl döyül e, Yasamaldı.

***
Televizora baxan Bako Saakyanın ucarlılar demiş “beyni çörükür”. Başlayır oğlunu döyməyə. Oğlan qorxudan anasının yanına qaçır. Amma Bako əl çəkmir. Anası qışqırır:
– Ay kişi, dəli olmusan? Uşağı niyə vurursan?
Bako qəzəblə:
– Keçən həftə kopoyoğlu mənə kərkədan demişdi…
– Bəs indi niyə döyürsən? Bako hirslə:
– İndicə heyvanlara aid bəlgəsəl göstərirdilər. Kərkədanı gördüm. Mən onu belə əcaib heyvan bilmirdim…

Ninaska

Şərhlər:

  1. important life dedi ki:

    roll kawank letifelerdi twk

  2. mR_bAkiNec dedi ki:

    Xaxa =) Əladı hamısı..
    Təşəkkürlər Niniş =)

  3. MeN_SeN dedi ki:

    Restoranda söhbət:
    Oğlan: Canım,sən 100 metri neçə saniyəyə qaçırsan?
    Qız: ALLAH başıva daş salmasın,yenə pullarıvı evdə qoyub gəlmisən? =))
    hamisii superdi tesekkurlerrrrrrrrrrrrrrr gul cox beyendim:) biggrin

  4. CooL_Man dedi ki:

    cox sag ol bezilerini ewitmiwdim 😉

  5. deniz15 dedi ki:

    cox sagolun tesekkurler