Mən ötüb keçirəm sənin yanından
Bəxtiyar Vahabzadə – Mən ötüb keçirəm sənin yanından…
Deyəsən, çox qaçdım sənin dalınca,
Sənsə vərdiş etdin üz çevirməyə.
Mən günahlarını bağışlayınca,
Daha yaxın oldun rəhmsizliyə.
Sən külək kimisən, ilk sevdiyimdən,
Səmti dəyişmisən, sadəcə indi.
Əvvəl qoparırdın məni yerimdən,
Yıxıb səhralığa gedirsən indi.
Deyəsən, çox qovub, qaçırtdım səni,
Eşqi “qaçdı-tutdu” sandın üzümdən.
Bəlkə də belədir, ya da ki, məni…
Sevirdin, sadəcə qaçdın özündən.
Sən yağış kimisən, ilk sevdiyimdən,
Sadəcə şimşəyin çoxalıb indi.
Daha ilkbahardan müjdə vermədən,
Payız olmağına vaxt çatıb indi.
Deyəsən qovmağım səni çox yordu,
Özüm yorulmadım, tövşümədim də.
Eşqin bir ikinci nəfəsim oldu,
Sənə saxlamadan, çəkdim içimə.
Sən məndən o qədər qaçacaqsan ki,
Axırda yorulub dayanacaqsan.
Və məni gözlərkən, baxacaqsan ki,
Mən ötüb keçirəm sənin yanından…
Yenilənib:
Sən məndən o qədər qaçacaqsan ki,
Axırda yorulub dayanacaqsan.
Və məni gözlərkən, baxacaqsan ki,
Mən ötüb keçirəm sənin yanından…
supeeeer…….
qewey seirdi bextiyar vahabzadebin her weirin beyenirem
Əladı qaqa canı */
ela,tewekkurler
Gozel weirdi tewekkurler……….
qeshey sheirdi tshk ..
Reylerinize ve beyendiyinize gore sizlerin haminiza tesekkurlerimi bildirirem…
Sənsə vərdiş etdin üz çevirməyə.
Mən günahlarını bağışlayınca,
Daha yaxın oldun rəhmsizliyə.
super.cox sagol
Reylerinize ve beyendiyinize gore sizlerin haminiza tesekkurlerimi bildirirem…
http://www.filestube.com/user/playskate15
http://www.sputnikmusic.com/profile.php?name=witchcircle95
http://www.urbanspoon.com/u/profile/2694954
Deyəsən, çox qaçdım sənin dalınca,
Sənsə vərdiş etdin üz çevirməyə.
Mən günahlarını bağışlayınca,
Daha yaxın oldun rəhmsizliyə.
gozel şeirdi cox sagolun