Nüsrət Kəsəmənli – Nə biləydik

Nüsrət Kəsəmənli – NƏ BİLƏYDİK

Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək,
Nə biləydik sevgi adlı bu qonaq
İkimizin aramızda öləcək…

Ulu sevgi göydən yerə endimi,
Nə dayandı yolumuzun üstündə?
Bu məhəbbət soyuduqca, sən demə,
Can verirmiş qolumuzun üstündə.

Hər görüşə sürünürdü ayaqlar…
O çəmənlər – bir baharlıq səməni.
Dodaqları yandıranda dodaqlar
ürəyimiz üşüyürmüş, deməli.

Əyləncələr qoymadı ki, göz açaq;
Hər istəyi biz beləcə bitirdik.
Payız gəldi toy-bayramla,biz ancaq
Yarpaq-yarpaq günümüzü itirdik.

Şirin oldu yalanların zəhəri,
Həqiqəti gizləmişik həmişə.
Sevgililər oyaq açdı səhəri,
Biz axşamı gözləmişik həmişə…

Yuxu gördük…
gah qorxulu, gah da şən,
Boğdu bizi tərədüdlər axarı.
Yuxularda əllər gördük birləşən,
Ha yozduqsa hicran oldu axırı…

Nə biləydik bu sevginin sonu yox,
Nə biləydik dünya belə dönəcək.
Nə biləydik sevgi adlı bu qonaq
üzümüzə baxa-baxa öləcək…

_Sia_

Şərhlər:

  1. CooL_Man dedi ki:

    Əyləncələr qoymadı ki, göz açaq;
    Hər istəyi biz beləcə bitirdik.
    Payız gəldi toy-bayramla,biz ancaq
    Yarpaq-yarpaq günümüzü itirdik.

    спосиба 🙂

  2. Hilary Duff dedi ki:

    Tewekkurler gozel weir idi…..

  3. L_U_N_A_T_I_K dedi ki:

    DaRk_AnGeL,
    sen helede burdasan ? :))))

  4. Firdevs dedi ki:

    Ne bileydik ikimizin aramizda olecek…(

  5. mR_bAkiNec dedi ki:

    Oxumuşam , Dinləmişəm..
    N.Kəsəmənli gözəl şairimizdi şeriləridə mükəmməldi.
    Təşəkkür edirəm Şei`rə görə

  6. Nadejda_Lyubvi dedi ki:

    Nə biləydik bu sevginin sonu yox,
    Nə biləydik dünya belə dönəcək.

  7. Ninaska dedi ki:

    sheirchun tshk ;)) ..

  8. important life dedi ki:

    Tewekurler. Bele gözel wairin weirin paylawdigincun sagol

  9. SEBERT dedi ki:

    oxumusam yenede twk

  10. DaRk_AnGeL dedi ki:

    Ehhhhh……..Cox sagol qeweng weirdi

  11. _Sia_ dedi ki:

    Reylerinize ve beyendiyinize gore sizlerin haminiza tesekkurlerimi bildirirem…