Bir ulduzda iki ürək
Günəş çıxır, yeni bir gün, yeni həyacan, yeni ümid, yeni arzu, yeni sevgi hər şey yenilənir, hər günəşin doğması ilə…Bircə sən hər an ağlımdasan, günəşin hər çıxışıyla gülümsəyirsən sanki mənə...Günəşə baxa bilmirəm eynilə sənin gözlərinə baxa bilmədiyim kimi, günəş yeni həyatın başlanmasıdır səninlə birlikdə…
Yağış yağır, düşünürəm yenə səni...Hər yağış, hər yağış damlası, hər bulud göz yaşı, hər damlanın yerə dəydiyi andakı həzin musiqi, səssiz səsi, yağış damlalarının gölməçələrdə yaratdığı dalğalar sənin rəsmini xatırladır mənə….Qulağımda hər zaman sənin səsin, gözlərimdə hər zaman sənin siman, ürəyimdə hər zaman sənin ürək döyüntün yaşayır çünki hər zaman ürəyimdəsən, döyüntünü hiss edirəm, öz ürəyimin döyüntüsü zənn edirəm, səssiz qulaq asıram, anlayıram bu sənsən çünki hər zaman ürəyimdə yaşayırsan…Buludlar ağlayır, görəsən niyə???Bəlkə o da göz yaşlarında səni axtarır, bəlkə o da hər damlasında səni xatırlayır mənim kimi…
Gecə olur amma hələ ağlımdasan… Ay görsənir, ulduzlar bəzəyir səmanı,sanki səni çağırırlar mənimlə birlikdə… Nə çox ulduz var səmada??? Hərəsi bir ürəyi doyündürür, mənim ulduzum isə iki ürəyi döyündürür, biri sənin, biri mənim…
ürəyim sənin ürəyinsiz çox səssizdi, sanki heç döyünmür…Günlər, aylar, fəsillər, illər keçsə də hər günəşin doğuşunda, hər yağış damlasında,hər bulud göz yaşında, hər ay, ulduz görünəndə sən ürəyimdəsən…Hər an ordasan…Hər günəşlə gülümsəyir, hər buludla ağlayır, hər ulduzla parlayırsan…Hər an orda ol çünki sən mənim ürəyimi tərk etsən, göydə bir ulduz sönəcək,sən tərk etsən əgər ürəyimi ulduzumda döyünən iki ürəkdən biri susacaq …
Yenilənib:
superdi tewekur
pis deyil yaxshidi .. tshkk
deyesen sozler sene aiddir..maraqlidi..pis deyil..)
eladi tewekkurler
Çox bəyəndim 🙂
supPpPpiw di twk
cccccccoxxxxxxx beyendim:)))
twkrlerrrrr beyendim
Super Tewekkurler………
twk super
seeeevvvgggii!!!!((xebere gore tewekkur…..
sevginin olduquna inanmadaqim haldaa xeberi cox beyendim:))ellerine saliqqqq
tewekkur canim,ela
Derin menali sozlerdir.
Gozel nitqiniz ve dusunceniz var…
sən tərk etsən əgər ürəyimi ulduzumda döyünən iki ürəkdən biri susacaq …
mahni vapşe supperdiiiiiiiiiiiiiiiiii