Bəxtiyar Vahabzadə – Qısqanıram mən

BƏXTİYAR VAHABZADƏ – QISQANIRAM MƏN

O çalır, nəğmənin hər xalında sən,
Qəlbini, ruhunu tapmısan deyən.
Unudub zamanı, vaxtı, məkanı
Xəyal dünyasında məclis qurmusan.
Səslərin oduna əridib canı,
Özünü nəğməyə qarışdırmısan.
Nəğmə aldı səni mənim əlimdən,
Səni, nəğməyə də qısqanıram mən.

Dayanıb güzgünün qabağında sən,
Pərişan saçına daraq çəkirsən.
Arzular, diləklər təmənnasıdır
Bu qoca dünyada hər kəsin, gülüm.
“Pərişanlıq zülfün öz qaydasıdır”,
Halı pərişanlar neyləsin, gülüm?
Güzgü də zövq alır gözəlliyindən,
Səni güzgüyə də qısqanıram mən.

Ömrün yollarını inamla keçdim,
Axırda odlandı bağrımın başı.
Eşqin çeşməsindən bir damcı içdim,
Axdı sellər qədər gözümün yaşı.
Bu dərdə tablamaq müşkül olsa da,
Eşqsiz ürəyi daş sanıram mən.
Düşməsin araya gülüm, qan-qada,
Səni, özünə də qısqanıram mən,
Daim öz-özünün yanındasan sən,
Neyləsin həftədə bir yol görüşən?

_Sia_

Şərhlər:

  1. aksa_ahmedov dedi ki:

    Cox qeweng seirdi.tewekkurler

  2. Ninaska dedi ki:

    sheirchun chox sagol ;)) ..

  3. Sweet_Love dedi ki:

    Eşqin çeşməsindən bir damcı içdim,
    Axdı sellər qədər gözümün yaşı.

    Tewekkurler…..

  4. important life dedi ki:

    Dahi wairimiz…tewekur sia

  5. Lucky Girl dedi ki:

    Səni, özünə də qısqanıram mən,
    Daim öz-özünün yanındasan sən,

    heqiqeten bu hissleri yawamaq isteyerdim…bir insani oz-ozune qisqanacaq derecede sevmek isteyerdim..)

  6. _Sia_ dedi ki:

    Reylerinize ve beyendiyinize gore sizlerin haminiza tesekkurlerimi bildirirem…

    Reylerinize ve beyendiyinize gore sizlerin haminiza tesekkurlerimi bildirirem…

  7. SEBERT dedi ki:

    sevirem bu sairi

  8. Hilary Duff dedi ki:

    Gozel weirdi Tewekkurler…..

  9. _Sia_ dedi ki:

    Reylerinize ve beyendiyinize gore sizlerin haminiza tesekkurlerimi bildirirem…

  10. sabinocka dedi ki:

    Cox beyendim tewekur.

  11. Zerishka dedi ki:

    Səni, özünə də qısqanıram mən,
    Daim öz-özünün yanındasan sən,
    Neyləsin həftədə bir yol görüşən?