Ürəyə verdiyimiz 4 cəza

Acı nəticələrlə qarşılaşmamaq üçün bunları edin

Əgər insan vaxtında bəzi məsələlərə qarşı münasibəti dəyişməsə, bu sonradan çox acı nəticələrə səbəb ola bilir. Məsələn, insanlar çox vaxt nəyi necə yediklərini, orqanizm üçün nəyin ziyanlı olduğunu bilmədən hərəkət edirlər. Ancaq bəzən insanlar bunların ziyanlı olduğunu bilə-bilə edirlər. Bu isə günahdır.

ANS PRESS ürək sağlamlığı üçün 4 günahı oxucularına təqdim edir.

1. Siqaret
Siqaret çəkmək ürək damar sisteminə neqativ təsir edən ən başlıca faktorlardan biridir. O, qan dövranına təsir edir, arteriya divarlarını dağıdır, onlara yağ toplanmasına şərait yaradır. Siqaret çəkən zaman ürəyə kifayət qədər oksigen getmir. Nəticədə o normal işləmək qabiliyyətini itirir və xəstə olur.

2. çox stress – az istirahət
Daimi gərgin iş fonunda emosional stress xroniki ürək xəstəliyinin yaranmasına səbəb olan potensial riskdir. Bu zaman nə qədər tez həkimə müraciət etsəniz, bir o qədər xeyirli çıxmış olarsınız. ürək ritminin pozulması çox təhlükəli xəstəliklərin xəbərçisi ola bilər.

3. Hərəkətsizlik
Hər kiloqram artıq çəki ürəyin fəaliyyətinə mənfi təsir edir. Bu zaman ürək bütün bədəni qanla, oksigen və minerallarla təmin etmək üçün iki dəfə artıq yükə düşür.
Bundan hərəkətsizlik və artıq çəki şəkərli diabetə də yol aça bilər.

4. Yağlı və şəkərli yemək
Orqanizmdəki damarların fəaliyyətinə həddindən çox şirin və yağlı qidalarda mənfi təsir göstərir. Bütün bu məhsullar xolesterol mənbəyidir. Yağlı qidalar müəyyən zaman ərzində damarların divarlarına çökərək onların elastikliyini azaldır. Bəzi hallarsa qan dövranının pisləşməsinə, ürək ritminin pozulmasına gətirib çıxarır. Bir müddət sonra isə orqanın fəaliyyəti tamamilə pisləşir.

MR...

Şərhlər:

  1. important life dedi ki:

    Bunlari bilirdim twk

  2. _Sia_ dedi ki:

    Bele maraqli xeberi yerlesdirmekle gozel dusunmusunuz.

    Xebere gore tesekkurler…

  3. sabinocka dedi ki:

    stressden bawqa hew biri mene aid deyil/tewekkur

  4. Hilary Duff dedi ki:

    Tewekkurler xeber cun……

  5. Hesret dedi ki:

    yaxsidi super……

  6. MeN_SeN dedi ki:

    super xeberdi tesekkurler dosi:)))bilmiydim biggrin

  7. MR... dedi ki:

    Bilen bilir bilmiyende bilsin istedim ………….

  8. Aelita dedi ki:

    Mende en cox stress olur. Basqa hecne olmurş Xebere gore tskler

  9. Yeni urek dedi ki:

    Xebere gore tewekkurler

  10. Ninaska dedi ki:

    bilirdim ama yinedee tshkk
    twk

  11. sirli-melek dedi ki:

    Sitat: _Sia_
    Xebere gore tesekkurler…