Eşqim (Mikayıl Müşfiq)

Eşqim (Mikayil Muşfiq)

Anasız, babasız Ofelya kimi
Saçları pərişan bir qızdır eşqim.
Qəlbimin buludlu səmalarında
Titrəyən bir qərib ulduzdur eşqim!

Olmadan aşikar doğduğu yerdən,
Böyük tanrı kimi düşmüş nəzərdən,
çöhrəsi gülməyən xarabalardan
Daha qəmli, daha issızdır eşqim!

Həyata baxmamış gülümsər kimi,
Hər bir hadisədən bixəbər kimi,
Yad əllərdə qalan yetimlər kimi
Başı bəlalıdır, yalnızdır eşqim!

_Sia_

Şərhlər:

  1. Lucky Girl dedi ki:

    Mikayil Muwfiqi coox beyenirem….)

  2. mR_bAkiNec dedi ki:

    Mikayıl Müşfiq gözəl şairimizdi şeirləridə superdi sössüz ki 🙂
    Təşəkkürlər cnk 🙂

  3. sabinocka dedi ki:

    beyendim//.tewekkurler.

  4. Hilary Duff dedi ki:

    Gozel weirdi beyendim Tewekkurler……..

  5. MeN_SeN dedi ki:

    Anasız, babasız Ofelya kimi
    Saçları pərişan bir qızdır eşqim.
    Qəlbimin buludlu səmalarında
    Titrəyən bir qərib ulduzdur eşqim!
    superdi elleerine saliqqqqqqqq

  6. _Sia_ dedi ki:

    Reylerinize ve beyendiyinize gore sizlerin haminiza tesekkurlerimi bildirirem…

  7. Zerishka dedi ki:

    Həyata baxmamış gülümsər kimi,
    Hər bir hadisədən bixəbər kimi,
    Yad əllərdə qalan yetimlər kimi
    Başı bəlalıdır, yalnızdır eşqim!

  8. deniz15 dedi ki:

    tesekkur eidrem cox sagolun