Molla Nəsirəddin lətifələri

YOLU AZAM

Molla Nəsrəddindən soruşurlar:
— Molla, sən bilərsən, göydə nə qədər ulduz var? Molla bir qədər fikirləşib deyir:
— Doğrusu, elə mən özüm də çoxdan istəyirəm ki, sayam, görəm nə qədərdir, ancaq bir şey varki, yerdən mümkün olmur, gərək çıxıb göydən sayam. Bunu eləmək üçün gündüzlər vaxtım olmur, gecələr də qorxuram göydə düşəm qaranlığa, yolu azam.

BURAYA TƏZƏ GƏLMİŞƏM

Molla özgə bir şəhərə gəlir. Şəhərin bazarını gəzdikdə birisi ondan soruşur:
— Bu gün nə günüdür?
— Oğlum, mən buraya bu gün gəlmişəm. Hələ buranın günlərini öyrənməmişəm; sən onu yerli adamlardan birindən soruş.

GÖR QAYIŞ NƏ çƏKİR?!

Molla Nəsrəddin çöldə cüt sürdüyü vaxt öküzləri cütə bağlayan qayış qırılır. Bunu görən Molla başındakı əmmaməsini açıb dördqat hörür və qayış yerinə bağlayır. Öküz bir dəfə güc verən kimi əmmamə qırılıb parça-parça olur. Molla əmmaməsini yerdən götürüb deyir:
— Bu boyda əmmamə ki, davam gətirmədi, gör yazıq qayış nə çəkir?!

İNDİ DƏ QALDIRA BİLMİRƏM

Bir məclisdə qocalıq və gənclikdən söhbət düşür. Hərə öz gücündən və yaşından danışır. Növbə Molla Nəsrəddinə çatanda o deyir:
Qocalığıma baxmayaraq mənim gücüm elə gənclikdə olduğu qədərdir.
— Nədən bilirsən, Molla əmi?—deyə məclisdəkilərdən biri soruşur.
— Ondan bilirəm ki, həyətimizdəki iri daşı gəncliyimdə qaldıra bilmədiyim kimi, indi də qaldıra bilmirəm, — deyə Molla cavab verir.

QARNIM CIRILSIN

İki nəfər kəndli bazardan qayıdarkən yolda söhbət edə-edə gəlirlər.
Bunlardan biri deyir:
—Ay allah, əgər varsansa, mənə min baş qoyun ver.
İkinçi kəndli gülüb deyir:
—Allah, mənə də bir dənə canavar ver ki, buraxım bunun qoyunlarını yesin.
Kəndlilərin sözü çəp gəlib dalaşmağa başlayırlar. Bu zaman Molla Nəsrəddin gəlib çıxır. Bunla-rın dalaşmasının səbəbini öyrəndikdən sonra cəld bıçağını çıxarır, kəndlilərdən birinin eşşəyinin üstündəki doşab tuluğunun üstünə yüyürür, bıçağı tuluğa çəkib cırır və:
— Əgər sizdə zərrə qədər ağıl varsa, bu tuluq kimi mənim qarnım cırılsın!—deyir.

DİL BƏLASI

Molla qapılarının ağzında dayanıbmış. Bu vaxt bir nəfər atlının yoldan keçdiyini görub deir:
— Qardaş, yəqin yorulubsan, gəl qonağım ol. Atlı Mollanın təklifini gözləyirmiş kimi atından enib həyətə girir və soruşur:
— Molla, atımı hara bağlayım?
Molla pərt olmuş halda cavab verir:
— Gətir bağla mənim dilimə.

ÖLüM, CANIM QURTARSIN

İsti yay günlərindən birində yaxın qonşusu Mollanı qonaq çağırır. Ev sahibi ortalığa böyük bir qabda buzlu şərbət gətirir. O, Mollaya bir çay qaşığı verir, özü isə yekə bir çömçə götürür. Molla nə qədər çalışırsa, ağzına bir şey getmir, ev sahibi isə hər dəfə çömçəni doldurub içdikcə deyir:
— Uf, öldüm! Uf, öldüm!
Bunu belə görən Molla, axırda çay qaşığını bir tərəfə tullayır, zorla ev sahibinin əlindən çömçəni alıb deyir:
— Qonşu, mən bu yaşayışdan yoruldum. Qoy bircə mən də çömçə ilə içim, ölüm, canım qurtarsın.

ÖLƏNDƏN SONRA İMİŞ

Mollanın çox xəsis qonşusu var idi. Molla bir neçə gün dalbadal fikir verib görür ki, qonşunun aşpazı hər gün yemək vaxtı ağasının qabağına qızardılmış bir toyuq gətirib qoyur. Ancaq bu xəsis kişi çörəyi yavan yeyib əlini toyuğa vurmur. Aşpaz süfrəyə gətirdiyi toyuğu yenə də götürüb aparır mətbəxə. Beləliklə, hər gün həmin toyuq ortalığa qoyulur və əl dəyilməmiş geri qaytarılır. Molla bir-iki həftə bu toyuğun süfrəyə gətirilib qaytarıldığına fikir verdikdən sonra axırda deyir:
— Bu toyuğun əsil xoşbəxtliyi öləndən sonra imiş!

ONU SİZƏ HANSI ƏDƏBSİZ DEDİ

Molla cibinə şaftalı doldurur, sonradan əli ilə cibini göstərib deyir:
— Kim mənim cibimdə nə olduğunu bilsə, şaftalının ən böyüyünü ona verəcəyəm.
Adamlar:
—Şaftalıdır,—deyə cavab verirlər.
— Onu sizə hansı ədəbsiz dedi? — deyə Molla soruşur.

HEç NƏ

Küləkli bir gündə Molla dəvəyə minib səfərə çıxır. Dəvə yırğalandıqça Molla acır, xurcununa qoyduğu qovut torbasını açıb yeməyə başlayır. Elə Molla qovutu ağzına qoymaq istədikdə külək vurub dağıdır.
Bunu görən dəvəçi üzünü Mollaya tutub soruşur:
— Molla, nə yeyirsən?
— Qardaş, külək belə əssə, demək olar ki, heç nə, — deyə Molla cavab verir.

CAMAATIN AĞZINI BAĞLAMAQ OLMAZ

Bir gün Molla Nəsrəddin oğlunu eşşəyə mindirib, özü də onların yanınca piyada başqa bir kəndə gedirmiş. Yolda onların qabağına bir dəstə adam çıxır. Bu adamlar Mollaya baxıb deyirlər:
—Bura baxın! Balaca uşaq minib eşşəyə, qoca kişi piyada gedir.
Bunu eşidən Molla oğlunu eşşəkdən düşürür, özü minir. Elə bir qədər getməmiş, yenə bir dəstə adama rast gəlirlər. Onlardan biri Molla ilə oğluna baxıb deyir:
—Yekə kişi minib eşşəyə, balaca uşaq bu uzaq yolu piyada gedir.
Molla bunu eşidib oğlunu alır tərkinə, yoluna davam edir. Elə təzəcə yola düşmüşdülər ki, yenə bir dəstə adam onların qabağına çıxır. Adamlardan biri deyir:
—Belə də insafsızlıq olar… ata-oğul miniblər eşşəyə, yazıq heyvan yayın bu istisində nəfəs ala bilmir.
Molla bunu eşidən kimi eşşəkdən düşür, oğlunu da düşürür, heyvanı boş-boşuna qabaqlarına qatıb yola düzəlirlər. Bir azdan sonra yenə də bunların qabağına bir neçə nəfər çıxır. Adamlardan biri gülə-gülə deyir:
—Mən ölüm, bunlara baxın! Bu yekəlikdə eşşək boş-boşuna gedir, özləri isə piyada, toz-torpaq içində ayaq döyürlər.
Axırda təngə gəlmiş Molla eşşəyi öz dalına alıb deyir:
—Deyəsən mən belə eləməsəm, bu camaatın ağzını bağlaya bilməyəçəyəm.

NƏ EDƏRƏM?

Molla bazardan aldığı şeyləri hambala verib evə gələrkən yolda hambalı itirir. Bir neçə gündən sonra Molla yoldaşı ilə küçədə getdiyi vaxt yoldaşları:
—Molla, sənin itnrdiyin hambal budur,—deyə ona bir hambal göstərirlər.
Molla hambalı tanıyıb qaçmağa başlayır. Bir müddət sonra yoldaşları Mollaya rast gəlib soruşurlar:
— Molla, niyə hambalı tutub şeylərini geri almadın, nə üçün qaçdın?
— Ay kişilər, necə qaçmayım? Sonra hambal başlayacaqdır ki, «on gündür şeylərini gəzdirirəm, pulumu ver» onda bəs mən nə edərəm?

SUYUNUN SUYUDUR

Bir gün bir kəndli Molla Nəsrəddinə bir dovşan gətirir. Molla, qonağını hörmətlə yola salır. Neçə gündən sonra kəndli yenə də Mollanın evinə gəlir.
Molla özunu tanımamazlığa vurur. Mollanın soyuqluğunu görən kəndli:
— Molla, keçən dəfə sənə dovşap gətirən qonağını nə tez unutdun? — deyə onu məzəmmət eləyir.
Molla kəndlinin qabağına bir boşqab şorba qoyub deyir:
— Ye, qonaq, keçən dəfə gətirdiyin dovşanın suyudur!.. Bu əhvalatdan bir neçə vaxt sonra yenə həmin adam Mollanın evinə qonaq gəlir.
Molla heç bir söz demir, bir qab su gətirib qonağın qabağına qoyur. Qonaq suyu görüb soruşur:
— Ay Molla, bu nədir?
— Bu həmin dovşanın suyunun suyudur, — deyə Molla çavab verir.

angel aytac

Şərhlər:

  1. _Anonimka_ dedi ki:
    Gulmelisi yox idi mence
  2. angel aytac dedi ki:

    twk ler dosilerim anomika sebert impattaf life hilari duf ninaska mrbakinec men sen dunya gozeli nurlana 77 sizlere twk dosilerim anomika xaric

  3. nurlana77 dedi ki:

    xebercun ve eziyyetcun tewekkurler

  4. Dunya_Gozeli dedi ki:

    tesekkrulerrrrrr

  5. MeN_SeN dedi ki:

    gulmeli deyildi amma maraqliydi tesekkurlerrrrrrrr

  6. mR_bAkiNec dedi ki:

    Həqiqətən Molla Nəsrəddin`nin lətifləri ilə indiki Mamed`in lətifələrini müqayisə edəndə
    ortax məxrəcdə görünür ki,hansı ƏSL lətifədi… Super !
    Bunları oxuduqca insanda təbəssüm yaranır..Ən azından real`dan götürülmədi…
    Very Thanks Youuuu =D

  7. Ninaska dedi ki:

    yaxshi idi tshk ;)) ..

  8. Hilary Duff dedi ki:

    Oxudum maraqliydi Tewekkurler………

  9. important life dedi ki:

    Tewekurler.maragliydi oxudum

  10. sabinocka dedi ki:

    thanks ama gulmedim