Uzun və bərk kipriklər üçün nə etməli?

Uzun kirpiklər üçün nə etməli?

Gözün üst qapağında 8-12 mm uzunluğunda 90-160, alt qapağında isə 6-8 mm uzunluğunda 75-80 kirpik var.

Kirpiklərin tökülməməsi və qırılmaması üçün hər gecə yatmamışdan öncə gözünüzdən tuş ve kölgəni silin. Təəssüf ki, bu sadə qaydaya əməl etməyi bir çoxları unudur. Gözlərdən makiyajı silmək üçün göz üçün nəzərdə tutulmuş moloçko və losyondan istifadə edin. Adi vasitələr qızartı və qıcıqlanma verə bilər. Makiyajı temizləyəndən sonra gözünüzü qara çay dəmi ilə silin. Bu, kirpikləri möhkəmləndirəcək. Kirpiklərin sıx ve yumşaq olması üçün bitki kompreslərindən mütləq istifadə olunmalıdır. Peyğəmbərçiçəyi (açıq göy rəngli çöl çiçəyi), kalendula və qara çay cövhərindən hazırlanan kompres öz effektliyini verir. Pambıq tamponu bu cövhərlə isladıb göz qapağınızda 15-20 dəqiqə saxlayın. Kompresi həftədə bir dəfə etmək mütləqdir.

Kirpiklərin uzun olması üçün “yağlı” reseptlər

Yağlarla müalicə zamanı tuşdan istifadə etmək məsləhət deyil.

1. Gənəgərçək yağını hər gün yatmamışdan qabaq kirpiklərinizə sürtün. Bu, onları bərkidir ve sıxlaşdırır.
2. Badam və şaftalı yağı kirpiklerin rəngini tündləşdirir və onları uzadır.
3. 1 ç.q. gənəgərçək yağı, 1 ç.q. buğda toxumu və 3 damcı dimeksid qarışığını günaşırı kirpik köklərinə vurun. Bunu 2 ay davam etdirin.
4. 8 q vazelin, 5 q genəgərçək yağını qarışdırıb gündə 2 dəfə kirpikərinizə sürtün. Onlar parıldayacaq, tökülməyəcək.

Zeynəb

Şərhlər:

  1. Ninaska dedi ki:

    Gözün üst qapağında 8-12 mm uzunluğunda 90-160, alt qapağında isə 6-8 mm uzunluğunda 75-80 kirpik var. book hmmmm… tshk xeberchun

  2. sabinocka dedi ki:

    qaydalara emel edrem ve kirpiklerimden raziyam.genergercek yagindan istf edrem.tewekkur xebere gore

  3. Hesret dedi ki:

    ele seyleri girls biler
    xebere gore twk.

  4. mR_bAkiNec dedi ki:

    Çox sağol qızlar buyursunlar ))

  5. important life dedi ki:

    tewekurler.men arabir A vitamini surturem kipriklerime

  6. Hilary Duff dedi ki:

    Tewekkur edirem hamniza reyleriniz cun opucuk

  7. deniz15 dedi ki:

    tesekkurler cox sagolun