Cristiano Ronaldo Bioqrafiya

Tam adı: Kriştiano Ronaldo dos Santos Aviero
Doğum tarixi: 5 fevral 1985- ci il (bazar ertəsi)
Doğum yeri: Portuqaliya, Madeyr adası, Funşal (Funchal)
Milliyəti: Portuqal
Ailə vəziyyəti: Subay
Boyu: 184
çəkisi: 78
Ana adı: Mariya Dolores dos Santos Aveiro
Ata adı: Xose Diniz Aveiro
Qardaşı: Huqo Aveiro
Bacıları: Elma Aveiro, Katya Aveiro
Ləqəbi: Kluivert
Komandası: Sportinq Lisabon, Benfika
Qəhrəmanı: Maradona
Sevdiyi oyunçular: L. Fiqo, T. Anri
Sevdikləri:
Aktyor: Jan Klod Vandam
Aktrisa: Anjelina Coli
Film: “Altıncı hiss”, “Qaya”
Musiqi: Oynamaq mümkün olan bütün musiqilər

Əldə etdiyi uğurlar:
2002 – 03 cü il mövsümündə Portuqaliya çempionu
2003 – 04 cü il mövsümündə MY klubunun tərkibində İngiltərə kuboku
2004 – cü il Portuqaliya yığmasının tərkibində Avropa çempionatının finalçısı
2004 – cü il UEFA çempionatı
İki dəfə “İlin ən yaxşı gənc oyunçusu” naminasiyasının qalibi. 2003 – cü ildə isə birinci, 2004 – cü ildə isə Ueyn Runidən sonra ikinci yeri tutmuşdur.

Kriştiano Ronaldo dos Santos Aveiro (güclü futbolçunun tam adı belədir) 5 fevral 1985- ci ildə Portuqaliyanın Madeyr adlanan adasının paytaxtı Funşaldə anadan oldu. Oyunçu hazırda da həmin adada istirahət etməyi sevir, hansı ki, bütün dünyada “madera” içkisinin vətəni kimi tanınır. Əlbəttə ki, hazırkı dövrdə həm də Ronaldonun vətəni kimi də məşhurdur.
Onun atası Xose Diniz Aveiro “Andorinya” futbol klubunda kiçik bir vəzifənin sahibi olmuşdur. Bu da Kriştianonun gələcəyində mühüm rol oynamışdır. Əlbəttə təsadüfü deyil ki, o indiyə kimi uşaq vaxtı yeni ildə atası tərəfindən ona hədiyyə edilən futbol topunu hələ də unutmur və ən yaxşı hədiyyə kimi daima xatırlayır. Ronaldonun adında meydana gələn bu ad da atasının ideyası ilə meydana çıxmışdır. Yeni doğulan körpəyə bu adı həmin dövrdə ABŞ – ın prezidenti olan Ronald Reyqanın şərəfinə vermişlər.
Bir az böyüdükdən sonra Ronaldo yalnız həyatda öz adına yox eyni zamanda gücünə də güvənməyə başlayır, Funşalın küçələrində futbol oyunlarına qoşulur. Elə buradaca ona “Kuluivertin” adını verirlər, hansı ki Kriştiano Ronaldo özü daha çox Maradona adlandırılmaq istəyirdi. çünki həmin dövrdə onun əsas pərəstişkarı idi, lakin bu uçan hollandiyalının adına da etiraz etmir. Artıq 8 yaşına çatdıqda onun futbolçu həyatında ilk transfer gerçəkləşir. Andorinya uşaq klubunda müəyyən müddət oynayan oyunçu “Nasonalyu” adlanan əsas klublardan birinə keçid edir. Həmin dövrdə “Maritimo” da Ronaldo ilə yaxından maraqlanır və onun üçün klubuna həmin dövrə görə yaxşı da məbləğ təklif edir. Lakin bu güclü oyunçu “Nasonalyu” – nun qisməti olur. Bu klubla iki illik müqavilə imzalanır.

12 yaşına qədər Kriştiano özündən iki üç yaş böyüklərlə stadionda oynamağa üstünlük verirdi və adanın ən yaxşı futbolçusu adına da yiyələnmişdi. Tezlikə uzaqlara yola düşdü və Portuqaliyanın paytaxtına gəldi. Yalnız coğrafi baxımdan deyil, çünki o, 600 mil uzaqlıqda idi, eyni zamanda idman cəhətdən də yol qət etdi. Madeyranın güclü futbolçusu Lissabonun “Sportinq” klubuna düşdü.
Bütün məşqləri tanınmış komandanın Lissabon futbol Akademiyasının dərsləri ilə üst – üstə düşürdü. “Sportinq” klubunun pərəstişkarlarına çox az vaxt tələb olundu ki, onlar Ronaldonun dəyərini anlasınlar. Onların klubunda artıq belə söz yaranmışdı: “tez topu Kriştianoya at”. Bütün oyunlarda bu sözlər müxtəlif oyunçulara doğru səslənirdi. “Sportinq” – in rəhbərliyi və pərəstişkarları Ronaldonu dəyərləndirirdi. Bu şəxs bir mövsüm dövründə “18 yaşa qədər”, daha sonra isə “21 yaşa qədər” olan klubda oynayan yeganə şəxs olmuşdur. Yeniyetmələr arasında keçirilən Avropa çempionatında isə onun oynadığı oyu hamı tərəfindən maraqla qarşılanmışdır. Nəticədə Avropanın aparıcı klublarından olan Milan, Barselona, Yuventus, Liverpul, Real və çelsinin diqqətini cəlb etmişdi.

Ronaldonun həyatında ən böyük dönüş “Sportinq” klubunun “MY” – la qarşıdurması zamanı yaşandı. çünki bu zaman nəticə 3:1 hesabı ilə sona çatdı. Əlbəttə yenə də ən böyük fərqi Ronaldo göstərdi. Lissabonda həyata keçən oyundan dərhal sonra Mançesterin futbolçuları ser Aleks Ferqüssonla bu oyunçu haqqında danışırlar. Soyunma otağından aeroporta və nəhayət təyyarəyə qədər bütün söhbətlər bu şəxsdən gedir. Ser Aleks özü də əvvəlcədən bu oyunçuya diqqə edirdi. Bir həftə sonra “MY” klubunun heyyəti öz klubuna tarixdə ilk portuqaliyanı qatdılar. Əldə olunmuş oyunçu onlar üçün 20 milyona dollara başa gəldi. Bu da Britaniya futbolunda ən böyük məbləğlərdən sayılırdı.
Mançesterdə oynayan zaman Ronaldo 7 nömrəli formanı seçmişdi, hansı ki, bu formada vaxtı ilə onun ölkəsinin nümayəndəsi və pərəstişkarı olduğu Fiqo iştirak edirdi. Lakin klubun pərəstişkarlarının da bu nömrə ilə əlaqədar dəyərləri olmuşdur: Erik Kantona, Brayın Robson, Devid Bekhem….Kriştiano Ronaldonun debüt mövsümü İngiltərədə oldu və əfsanəvi 7 mömrəli formanın da qürurla daşıdı.

Əlbəttə Ronaldonun da həyatında xoşagəlməz hallar yaşandı, 1 noyabr yaz ayında pərəstişkarla onu mövsümün ən yaxşı oyunçusu seçdi. Onun səyləri nəticəsində “MY” İngiltərə kubokunun sahibi oldu. Sürət, hərəkət, ötürmə və qolları ilə gənc portuqaliyalı oyunun bütün komponentlərini özündə birləşdirirdi. Bu insanın xarakterində ən yumşaq oyunçu və gözəl xarici görkəm yaranmağa başladı. Oyun zamanı onu durdurmaq mümkün deyil. “MY” – də olan və başlanqıcları R hərfi ilə başlayanların hər biri ona mövsümdə uğur gətirdi: Ronaldo, Ruuda (Van Nistelroy), Rayana (Giqs), Runi.
Aydındır ki, bu oyunçu Bekhem sayağıdır. çünki öz görkəmi və xarici üslubu ilə də daima nəzərləri öz üzərinə çəkməyi bacaran insanlardandır. İsman imici ilə öz üzərində daima mühüm dəyişikliklər aparır. Demək olar ki, Kriştiano hər ay öz saç düzümünü dəyişir və özünün sırğaları ilə də diqqət mərkəzinə çevrilir. Onun fanatları isə oyunçunu daima izləmə altında saxlayır. “MY” – a gəldiyi ilk həftədən etibarən ingilislər onun adına bir neçə fanat saytları açdılar. Buradan ona minlərlə evlilik təklifləri hələ də gəlməkdə davam edir. Bekhemin “Real” – a getməsindən sonra onun yerini demək olar ki, boş qoymadı…

_Sia_

Şərhlər:

  1. mR_bAkiNec dedi ki:
    Ehh Bu oyunçu olmayıb olmayacaqda 😀 Bunu daha yaxından son oyundan gördük :))
    Yəni MESSİ` olan yerdə Ronalda yox kimidi bunu qəbul edək =)
    Əziyyətə görə sağol )
  2. Hilary Duff dedi ki:

    Super Cox beyenirem Cristiano Ronaldonu Tewekkurler xeber cun………..

  3. _TaNeM_ dedi ki:

    Ellerine saglik ama men bunu beyenmirem…

  4. sabinocka dedi ki:

    Hn.xebere gore tewekur.

  5. polo dedi ki:

    Sitat: Lucky Girl
    Elma Aveiro


    seninle tamamile raziyam .. oki qaldi
    SEBERT,mence o bacisinin sexsi heyatidi .. ona qariwmaq ve hetda onu aliesini tehqir elemek duz deyil.. mence bunlar duz hereket deyil..

  6. Sweet_Love dedi ki:

    Futbolla maraqlanmiram tekce dunya cempionatin izleyirem. Amma yarawiq baximindan Ronaldo xowuma gelir.
    Xebere gore twk

  7. MR... dedi ki:

    Ronaldoda yaxsi oynuyur ama menim xosum gelen Ozil And Modric di qalani fsyo

    sevgiliminde xosdadigi oyuncu kakadi ona goreprofil seklimi kakanin seklini qoymusam

  8. Lucky Girl dedi ki:

    Ne Messi nede Ronaldo hec birinden xowum gelmir….Bizim millet Barsa Real fanatligini qlobal mesele kimi bawa duwurler…Barsali fanatin yaninda "Messi kimdiyee?"dedim..ele cavab verdiki,atasin soysem ele cavab vermez…nesiller arasi munaqiwedi ele bil…))ne ise….

  9. DaRk_AnGeL dedi ki:

    Hec xowum gelmirde bundan ele bil qiza oxwayir)))Futbolnan o qeder de maraqlanmiram amma MESSI superdi.Eziyyetine gore tewekkurler

  10. _Sia_ dedi ki:

    Tek futbolcu varsa o da Cristiano Ronaldo…

    Reylerinize ve beyendiyinize gore sizlerin haminiza tesekkurlerimi bildirirem…

  11. Ninaska dedi ki:

    ne bilim menlik deyil.. yinede tshkk

  12. SEBERT dedi ki:

    mR_bAkiNec,
    seninle eyni fikirdeyem dosi
    axirinci sekilde de axmaq Puyolu yixidib heyvandida,hele bacisina da bax terbiyesizin biridide,ailevari terbiyesizdiler ozude day qardas gay olanda bacida bele edebsiz olarda
    eziyyete gore twk

  13. deniz15 dedi ki:

    tesekkurler cox sagolun