Gülüş saatı


Hidrometroloji məlumata əsasən bu gün Bakıda “Nə Paltar Tapdın Geyin” havası hökm sürür =))

Sevgilinizin sizi unutmağı istəmirsizsə — ondan borc pul alın =))

Oğlanların 2 ən məşhur yalanı:
1. Biz heç vaxt ayrılmayacağıq 🙂
2. Ata, çayxanada oturmuşdum, ona görə üstümdən siqaret iyi gelir =))

– Dur gedək qartopu oynayaq.
– Bu soyuqdamı?
– Hə, düz deyirsən, yayda oynuyarıq…

Q: Əzizim, feysdə parolunu mənə ver də….
O: Niyə? Məktublarımı oxuyacaqsan??
Q: Yox əzizim, öz şəkillərimi like edəcəm =))

Qışda “e-e bu nədi, nə var qar yağır, hər yer donub, bircə yay gəlsəydi keçərdik qısa qol köynəklərə”, yayda “istidən day öldük ki, havalar sərinləsəydi, yo mən qış istəyirəm, qar yağsın qar =)” deyən insanlara – BİZİMKİLƏR deyilir =))

Bir qız oğlanın yanında gözlərini bağlayırsa demək ki, aşiq olur…
Oğlan gözlərini bağlayırsa, demək ki, qız alış-veriş edir…

Məktəbdə dərs danışmağa sıra gələndə əllərini qulaqlarına tutub, özlərini dərs təkrarlayırmış kimi göstərənlər — əsl Oskar sizə düşür! =))

Uşaq vaxtı lap fokusçu idim… Axşam divanda yatıb, səhər yataqda oyanırdım =))

Mən heç vaxt qəşəg, olduqca gözəl, baxımlı bir qızla tanış olmaram!!!
Qoy, yekə-yelə danışım ki, başıma gəlsin =))

Profilinə “Lacoste superdir” yazan qız “Vasmoyun bazarında” qəflətən tutuldu =))

Ölkədə əli bir qız əlinə də dəyməyən qaqaş Ukraynaya getdikdən sonra Vətənə dönməyəcəyini açıqladı =))

Gün görməyən Gənclərin Gənclər Günü mübarək =))

Əvvəlki Müəllimlər günü:
(o_o) (o_o) (o_o)


İndiki Müəllimlər günü:
($_$) ($_$) ($_$) =DD

Cırıq corabla qonaqlığa gedəndə ayaqqabıdan damaşnikə keçmə sürətinə işiq sürəti deyilir…..:))

Bir gün Atam Facebook’da yazdığım statusları görüb, “boyuvu yerə soxum, qonşunun uşağı səndən yaxşı statuslar yazır” deyəcək deyə qorxuram =))

Məhləmizdə bir quyu var, əmiqizi, içməyə sərin suyu var, əmiqizi” deyərək öz əmisi qızına padxod eliyən qaqaş — sən ən posledniy hərəkəti eliysən =))

Qızlar “özün bilərsən” cümləsini işlədəndə əslində “onsuz da burnundan tökəcəm” demək istəyirlər =))

ALLAHım, Sən bizi cibimizdə 20 qəpik olanda avtobusa minən tanışlardan qoru =))

Məktəb bağlansın” yaz 1121 göndər, “Misir Mərdanov da onu deyir” melodiyası telefonuna gəlsin =))

Yol gedərkən əlində telefonla mahnı dinləyən insan ovladı — o telefonu alanda üstündə qulaqcıq da verirlər =))

Nəvəsinə day-daylıq edən nənə — sənöl, sən ürəysən =))

21.12.2012 – Dünyanın sonu
21.12.2013 – Dünyanın sonunun 1-ci il dönümü

Dünyanın 7 möcüzəsi var!!
Belə çıxır ki, məndən 6 dənə də var??

Yolda görsəm tanımaram, ama Facebookda Qardaşdı =))
Bir gün iki dəli söhbət edir.
-O gün yolda 10 dollar tapdım.
-Bəs hanı?
-Tulladım əşi.
-Niyə?
-Saxta idi. Harda görmüsən 10 dolların üstündə iki sıfır olsun?

Bir gün ərlə arvad yol ilə gedəndə bir pingvin tapırlar.Bilmirlər nə eləsinlər.Ər deyir ki, gəl polisə deyək.Belə də edirlər.Onlar başlarına gələni danışırlar.Deyirlər ki,biz bilmirik indi bu pingvini neyləyək.Polis də bir az fikirləşib deyir ki, ən yaxşısı siz bunu zooparka aparın.Səhəri gün polis yenə işə gedəndə görür ki həmin ərlə arvad pingvinlə gedirlər.Polis onlara yaxınlaşıb soruşur:
-Siz dünən bunu zooparka aparmadınız??
Ərlə arvad cavab verirlər:
-Dünən zooparka apardıq bu gün də Luna parka aparırıq

Bir sayt adminini əsgərliyə aparırlar.
Gecə sərhəddi qoruyan vaxt ayaq səsi eşidir.
-Dayan!
Parolu de.
-Bakı.
-Bəs login?)

Bir nəfər parkda skamyada pərişan halda oturur.Başqa birisi yaxınlaşıb soruşur:
— Niyə belə qəmlisən,dəryada gəmilərin batıb?
— Otur, danışım.
İkinci də skamyada oturur.
— İş ondadır ki, qardaş, — deyə birinci sözə başlayır
— Skamya yenicə rənglənib )

Ailə yığışıb divar kağızını yapışdırmaq istəyir.Arvad ərinə:
— Get, aşağı mərtəbədə yaşayan qonşuya, onlar da evi təzə təmir ediblər, otaqları da bizim otaq boydadır. Öyrən gör nə qədər rulon alıblar.
Kişi gedib öyrənir ki, 16 rulon lazımdır. O qədər də alırlar. Başlayırlar təzə divar kağızı ilə divarı yapışdırmağa. Axırda 5 rulon artıq qalır.
Kişi yenidən qonşuya gedir:
— Bu necə ola bilər, otaqlarımızın ölçüsü eynidir, amma məndə 5 rulon artıq qaldı.
Qonşu:
— Təəssüflənmə, qonşu, elə bizdə də 5 rulon artıq qaldı ))

Bir gün dəniz kənarında bir uşaq qumdan fiqurlar düzəldir. Polis gəlib uşaqdan nə düzəltdiyini soruşur.
Uşaq: polis.
-Polis:
-Bəs onun tərkibi nədən ibarətdir?
-Uşaq: qum, su və peyin.
Axırıncı əlavə nədənsə polisin xoşuna gəlmir və fiquru təpiklə dağıdıb gedir. Səhəri gün yenə də uşağın eyni yerdə eyni işlə məşğul olduğunu görüb eyni sualı verir. Bu dəfə də cavab eyni olur, polis əsəbləşib fiquru yenə də dağıdır. Aradan bir neçə gün keçir. Bir gün polis yenə də həmin uşağı fiqur düzəldən görür, yaxınlaşıb sualı təkrarlayır. Uşaq bildirir ki, bu dəfə o həkim düzəldir.
-Polis:
-Bəs tərkibi nədən ibarətdir?
-Uşaq: qum və sudan.
-Polis:
-Bəs niyə peyin qatmırsan ?
-Uşaq: Axı peyin qatsam polis olacaq )

Bir gün uşaq anasından soruşur: Ana, biz necə dünyaya gəlmişik.Anası deyir: Oğlum sizi quşlar gətirib.Uşaqlardan biri o birinə: Anaya deyək, ya elə həmişə belə əfəl qalsın..? )

Müəllim:
-Uşaqlar,nəyə görə öz sinif yoldaşınızı döymüsünüz?
-çünki o, ev tapşırığını düzgün yazmamışdı.
-Bu axı onu döyməyə bəhanə deyil.
-Axı biz hamımız ondan köçürmüşdük

İki dost görüşür:
-«Nə olub? Qəmgin görünürsən»
-«Bircə söz üstündə arvadım acıq edib atası evinə getdi»
-«Səncanı, o sözü mənə də öyrət dəəə»

Bir gün bir uşaq anasından soruşur. Ana məni 9 ay qarınında kim daşıdı?? Ana: təbii ki, də mən balam) uşaq: ana bizi kim qoruyur?? Ana: təbii ki də allah balam. uşaq: məni sənə kim gətirdi ana?? Ana: təbii ki də leyləklər balam. uşaq: yaxşı, bəs ana mənim hədiyyələrimi kim gətirir?? Ana: təbii ki də şaxtababa balam) uşaq: yaxşı bəs biz atamı niyə hələ evdə saxlayırıq..?

write my essay

genc qiz

Şərhlər:

  1. Ninaska dedi ki:

    – Dur gedək qartopu oynayaq.
    – Bu soyuqdamı?
    – Hə, düz deyirsən, yayda oynuyarıq… laugh1
    Qizlar "ozun bil" cumlesini iwledende eslinde "onsuz burnundan tokecem" demek isteyirler
    xexe supeeeeeer beyendim .. tshk

  2. Lucky Girl dedi ki:

    Qızlar "özün bilərsən" cümləsini işlədəndə əslində "onsuz da burnundan tökəcəm" demək istəyirlər =))
    buna birde

    Bir gün dəniz kənarında bir uşaq qumdan fiqurlar düzəldir. Polis gəlib uşaqdan nə düzəltdiyini soruşur.
    Uşaq: polis.
    -Polis:
    -Bəs onun tərkibi nədən ibarətdir?
    -Uşaq: qum, su və peyin.
    Axırıncı əlavə nədənsə polisin xoşuna gəlmir və fiquru təpiklə dağıdıb gedir. Səhəri gün yenə də uşağın eyni yerdə eyni işlə məşğul olduğunu görüb eyni sualı verir. Bu dəfə də cavab eyni olur, polis əsəbləşib fiquru yenə də dağıdır. Aradan bir neçə gün keçir. Bir gün polis yenə də həmin uşağı fiqur düzəldən görür, yaxınlaşıb sualı təkrarlayır. Uşaq bildirir ki, bu dəfə o həkim düzəldir.
    -Polis:
    -Bəs tərkibi nədən ibarətdir?
    -Uşaq: qum və sudan.
    -Polis:
    -Bəs niyə peyin qatmırsan ?
    -Uşaq: Axı peyin qatsam polis olacaq )
    buna cooooox guldum… xaxa twk

  3. mR_bAkiNec dedi ki:

    Güldüm qaqa canı :))
    Təşəkkürlər

  4. genc qiz dedi ki:

    twk twk twk cox sag olun

  5. Hilary Duff dedi ki:

    Super Tewekkurler…….

  6. sabinocka dedi ki:

    Xixi xixi komikdiler.

  7. important life dedi ki:

    supeRrR coXunU ewItmeMiwdIm. twk

  8. deniz15 dedi ki:

    Məktəbdə dərs danışmağa sıra gələndə əllərini qulaqlarına tutub, özlərini dərs təkrarlayırmış kimi göstərənlər — əsl Oskar sizə düşür! =))

    mamaaaa ödlüm gülmekden cox sagolun tesekkur edirem