Əsla gəlmə

Mən, gəlməyəcəyini bilərək sevdim səni sevgilim. Əllərini heç bir zaman tutmayacağımı, heç bir zaman gecə qarası gözlərinə baxmayacağımı bilərək sevdim səni . Olurmu elə demə. ürək mənim deyilmi? Olur işdə. Tək başına sevməsini də öyrənir insan zamanla, yağışda iki nəfərlik islanmasını da, eyni şəhərdə qürbəti yaşamasını da … Mən səni, bəslədiyim göyərçinlərin qanadında sevdim, şəhərə düşən yağışda, eyvanda açan gülün yarpağında, heç tanımadığım uşaqların məsum gözlərində sevdim səni sevgilim. Quru bir “sevdim” sözü deyildi ki mənim, elə dərhal ilk qarşıma çıxanla səni mənə unutdursun. Yoxluğunu yoldaşım etdim də kimsə görmədi iki adam olduğumuzu. Gözlədim nə qədər gözlənə bilinirsə. Nə qədər səbredilə bilinirsə səbr etdim. Səbr etmək demirdi insanlar mənimkinə, başqa bir söz varmış bunu izah edən: özünü aldatma. Amma bitdi sanma bu gözləmək sevgilim. Bilirəm, məlum oldu mənə, quşlar söylədi deyim ya da ulduzlardan eşitdim; xoşbəxtmişsən indi, səni sevən birinin əlləri isidir əllərini.

Görməyəcək, duymayacaq, bilməyəcəksən ya bu dediklərimi … Nəysə sevimlim … Mən gözləyərəm, sən, əsla gəlmə.
“Gələcəksən deyə deyil gözləməyimdəki sirr. Səni gözləmənin həzzini bir bilsən … “


http://shopate.com/de/store/sunsky-online/

Angel-Feride

Şərhlər:

  1. mR_bAkiNec dedi ki:

    Gözləmək çox pis hissiyyatdı əslində… Onu sevə sevə osa başqasına `Səni Sevirəm` deyir aa bax insanı yıxan budu… Doğurdanda sevməməyə çalışmaq lazımdı.. Sevgi var ! amma sevgini bəzi Luna Park`a çevirdi oynayırlar.. Məndə bu hissləri yaşamışam.. Qarşılıqsız sevgi.. Hər səhər duranda yazırdım Salam Sevdiyim Mənəm O Sevmədiyin ! Həyat deyiləndə sevgi yada düşülür…Sevirəm ALLAH`ımı Ailəmi.. !
    Bacar sevmə Həyat tək sevilməkdən ibarət deyil…
    Təşəkkürlər Fəridə xanım xəbərə görə..Çox mənalı …

  2. Zerishka dedi ki:

    Bir gun mensiz olacaqsan, sensiz olacagam demeye gelmir dilim…

    Resul Rza

  3. _Sia_ dedi ki:

    Bir gun mensiz olacaqsan, sensiz olacagam demeye gelmir dilim…

    Resul Rza

    Gozel nitqiniz var.

  4. Ninaska dedi ki:

    xebechun chox sagol ;))

  5. Aelita dedi ki:

    Bilirəm, məlum oldu mənə, quşlar söylədi deyim ya da ulduzlardan eşitdim; xoşbəxtmişsən indi, səni sevən birinin əlləri isidir əllərini.

    kederli sozlerdiyeee 🙁

  6. sabinocka dedi ki:

    Cox gozeldi.Beyendim.Tewekur.

  7. sirli-melek dedi ki:

    cox beyendim,sozlerde video da hamisi super

  8. Lucky Girl dedi ki:

    Mən gözləyərəm, sən, əsla gəlmə.

    bezi weyler var ki,onu yawamamaq lazimdi…bilmirem nece olur…bir insani gozleyirsen,eyni zamanda donmesinide istemirsen..cunki gederek ureyivi qirdi..artiq donmeyi hec bir weyi deyiwmeyecek..pewmanciliqda hec neyi hell etmir…onu canindan coox sevirsen..ama esla donmeyini istemirsen……ne bilim belkede sevgi ele budu…(super yazidi..seher seher kovreldim..)

  9. Yasaksin_kalbime dedi ki:

    cox menali yazidi.tewekkurler.mence sevgi gozeldi amma duzgun adam secmek lazimdi

  10. Hilary Duff dedi ki:

    Super Tewekkurler…….

  11. deniz15 dedi ki:

    ellerinia agrimasin sagolunn