Sənsiz mənə haramdır

Ay qəlbimi yüz yerindən dağlayan,
Damarımda qanım kimi çağlayan,
Sənsən məni bu həyata bağlayan,
Sənli həyat, sənsiz mənə haramdır.

Gecəm kimi zülmət olub səhərim,
Gülüşümə ortaq olub qəhərim,
Səndən ayrı bax belədir təhərim,
Sənli həyat, sənsiz mənə haramdır.

Başdan aşa varım, daş-qaşım, ləlim,
Yenə sənə uzanacaqdır əlim,
İmdad edib, söyləyəcəkdir dilim,
Sənli həyat, sənsiz mənə haramdır.

Pərvanədə şama könül verir ki,
tül qanada alovdan don geyir ki,
Öləndə də son kəlmədə deyirki,
“Sənli həyat, sənsiz mənə haramdır”.

Zülfün kəmənd, həsrətinsə dardı yar,
Əlindədir, bilirsən hər ixtiyar,
Öldür məni, onsuzda nə fərqi var,
Sənli həyat, sənsiz mənə haramdır.

MR...

Şərhlər:

  1. sabinocka dedi ki:

    Cox beyendim dost.cox tewekur.

  2. sirli-melek dedi ki:

    qeseng seirdi,beyendim)

  3. mR_bAkiNec dedi ki:

    Təşəkkürlər

  4. _Sia_ dedi ki:

    Ay qəlbimi yüz yerindən dağlayan,
    Damarımda qanım kimi çağlayan,
    Sənsən məni bu həyata bağlayan,
    Sənli həyat, sənsiz mənə haramdır.

    Derin menali sozlerdir.

    Gozel nitqiniz ve dusunceniz var.

    Seire soz ola bilmez…

  5. nurlana77 dedi ki:

    Ay qəlbimi yüz yerindən dağlayan,
    Damarımda qanım kimi çağlayan,
    Sənsən məni bu həyata bağlayan,
    Sənli həyat, sənsiz mənə haramdır.

  6. MR... dedi ki:

    "Sənli həyat, sənsiz mənə haramdır"-Leylam

  7. Zerishka dedi ki:

    Gozel nitqiniz var.