Dəhşətli xəbərdarlıq

Dünən dünya mətbuatında Tibet Lamasının NASA rəhbərliyinə rəsmi müraciəti dərc olunub. Bununla da 21 dekabr 2012-ci il təhlükəsi bir daha yada düşdü. Həqiqətən vaxta az qaldı.
Müraciəti olduğu kimi dərc edirik. Əgər həqiqətdirsə, o zaman hazırlaşmağa vaxtımız var.
NASA-nın baş ştabına Kaylasda yerləşən Qandrek monastırının laması tərəfindən

Müraciət

21 dekabr 2012-ci ildə Yer kürəsi Günəş sistemi ilə birgə Qalaktikanın sıfır xəttindən keçəcək. İyulda aldığımız nəticələrə görə bu tarixdən Yer üzündə dəyişikliklər baş verəcək. Bu müraciəti bacardıqca çox adama yayın, o insanlara ki, onu qavraya biləcək. Dostlarınıza, iş yoldaşlarınıza, qohumlara və sözünüzü deyə biləcəyiniz hər kəsə.

1. 2012-13cü ilin payız və qışı Tibet və bütün şimal yarımkürəsində isti keçəcək. 21.12.2012-ci ildə Yer Kürəsi Günəş sistemi ilə birgə Sıfır xəttindən keçməyə başlayacaq. Bu elə bir əhatə dairəsidir ki, heç bir enerji və elektromaqnit dalğası mövcud ola bilməz.
2. Demək olar ki, Yer Kürəsinin 89 faizində səhər 10-dan başlayaraq tam qaranlıq və sakitlik hökm sürəcək. Heç bir işıq, elektrik, rabitə, istilik, səs olmayacaq.
3. Tam qaranlıq kosmik sistemdə işıq selinin illuzion parlaması ilə müşayiət olunacaq və təxminən 4-5 gün davam edəcək.
4. Sonra Günəş işığı yenidən görünəcək. Dünya əvvəlki kimi olacaq. Heyvanlar bunu əvvəldən hiss edib, yuvalarında,dağların altında gizlənəcək.
5. Kosmik qaranlıq şəhər insanına daha tez və pis təsir edəcək. Ona görə iri şəhərlərdə itki və ağlı itirmək dərəcəsinə çatan psixoloji xaos yaranacaq. Yer üzü əhalisinin 10-12%-i məhv ola bilər.
6. Ona görə insanlar bilməlidir ki, bu haldan qorxmaq və təşvişə düşmək olmaz. Əgər bəzi məsləhətlərə əməl edib, hazırlıqlı olsanız bu 4-5 günü başa vura bilərsiz.
– Həmin tarixə heç bir iş, vacib görüş təyin etməyin. Ailənizi, bütün sənədlərinizi, nəğd pulunuzu və ərzaq ehtiyatınızı götürün, şəhərdən çıxıb, bağ, çol, kənd yerinə gedin.
– ən azı 2 aylıq ərzaq və su ehtiyatı hazırlayın. Odun, yanacaq və şam tədarükü görün. Evdə soba olmalıdır. çünki elektrik hələ 2-3 ay bərpa olmayacaq.
– Telefon rabitəsi, radio və televizor olmayacaq. İnformasiyasız qalmağa özünüzü hazırlayın. Qaranlıq günlərində evin və olduğunuz yerin pəncərələrinə tünd, qara parça bağlayın, cölə, küçəyə baxmağa, çıxmaga risk etməyin. O dərəcədə qaranlıq olacaq ki, əlinizi belə görməyəcəksiz.
– Gözünüzü qaranlığa zilləməyin. Harasa getməyə çalışmayın, aza və ya yıxıla bilərsiz. Olduğunuz yerdə qalın. Əgər qaranlığa düşdünüzsə, gözlərinizi bağlayın və uzanın, fikrinizi qaranlığa cəmləməyin.
– Əsas şərt- baş verənlərdən qorxmamaqdır. Bilin ki, bu hal keçicidir. Ən yaxşısı qulaqlarınızı və gözlərinizi qapayıb yatmaqdır.
– Günəş işığı bərpa olduqdan sonra şəhərə qayıtmağa tələsməyin. Yaza qədər elektrik enerjisində xaos hökm sürəcək. Bu günlərdə yalnız təbiətə yaxın olub, ilk insanın yaşadığı şəraitə tablaşan insanlar sağ qala biləcək. İnsanların çoxunu qaranlıq xofu və psixoloji gərginlik öldürəcək.
– Yer Kürəsinin Sıfır xəttindən keçməsi 2013-cü ilin 7 fevralına kimi davam edəcək. Ondan sonra hissə-hissə elektrik təminatı, nəqliyyat işə düşəcək.
– Martdan etibarən dünyada həyat bərpa olacaq və təyyarələr uçmağa başlayacaq.
– 100dən çox ölkənin rəhbərləri bu tip xəbərdarlığı və riyazi-astronomik hesabatları alıblar. Lakin onlar öz vətəndaşlarına kömək etməyi bacarmayacaq. çünki belə halda əvvəlcədən xəbərdarlıq böyük xaosa səbəb ola bilər. Ona görə Böyük Qaranlığa insan özü hazır olmalı, özü çıxmalıdır.

SEBERT

Şərhlər:

  1. fabled dedi ki:

    maraqlidir..ama men allahdan bawqa hec kime inanmiram!!!

  2. RonaldoVSmessi dedi ki:

    qaqas duz deyir yada qiz allah duzdu

  3. ZoRRo_BaKu dedi ki:

    Size Helee indi catib bu melumat ? 😀 MEnde o qedrde inanmiram yawayaq gorek 😀

  4. important life dedi ki:

    görey nolur

  5. SEBERT dedi ki:

    mende inanmiram hemcinin sadece variydi yazilmisdi ki,deye bileceklerinize diyin mende yazdim bura yeni xeberiniz olsun

  6. Lucky Girl dedi ki:

    ZoRRo_BaKu,
    21 dekabr dunyanin sonu oldugun coxdan hami deyir..hetta kinosuda var..)ama tarix yaxinlawdiqca yeni sohbetler cixir…buda olardan biridi…)

    xebere geldikde ne bilim yawamadan gormeyeceyik..)

  7. mR_bAkiNec dedi ki:

    Dünən ölsəydim bugün 3`um olardı..
    Hardan məndə o bəxt.. )
    Təşəkkür

  8. SEBERT dedi ki:

    mR_bAkiNec,
    aaaa )

  9. Lucky Girl dedi ki:

    mR_bAkiNec,
    Dunen olseydin sabah 3 un olardi))…ama hec kim ve hec ne senin heyatindan vacib deyil..ozuvu bu qeder awagida gorme..ozun oz deyerivi bilmesen heeec kim bilmeyecek..)

  10. _Sia_ dedi ki:

    Deyerli yazidir.

    Bele maraqli xeberi yerlesdirmekle gozel dusunmusunuz.

    Xebere gore tesekkurler…

  11. Yasaksin_kalbime dedi ki:

    mR_bAkiNec, cox daniwma.bir gun bele daniwdigina gore seni bogacam.
    inanmiram.yawayib gorek.tewekkurler.

  12. INNA♥♥♥ dedi ki:

    men size bir soz deyim de.men ble weylere inanmiram ama nedense qorxuram bilmirem niye?

  13. mR_bAkiNec dedi ki:

    Lucky Girl,
    Kimsəsiz uşaqlarda 2` olmur… Ölən gün səhəri gün 3` olur sonra vse :/
    Yasaksin_kalbime,
    Can ürəyim ♥ :/

  14. ZoRRo_BaKu dedi ki:

    Sitat: Lucky Girl
    ZoRRo_BaKu,21 dekabr dunyanin sonu oldugun coxdan hami deyir..hetta kinosuda var..)ama tarix yaxinlawdiqca yeni sohbetler cixir…buda olardan biridi…)


    Men 2012 meselesini yox ayba nasa sohbetini deyirdim