Qiyamət olmayacaq
“Dekabrın 21-22-də guya qiyamətin baş verəcəyi ilə bağlı məlumatların heç bir əsası yoxdur. Bu günlər adi günlərdən biri olacaq”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev deyib.
Onun sözlərinə görə, elmdə “Planetlərin paradı” adlandırılan konfiqurasiya sonuncu dəfə 1982-ci ildə baş verib. O zaman 8 planet, o cümlədən də Pluton 90 dərəcəlik sektorda toplaşıb: “Belə bir mənzərə 179 ildən baş verir. Bu ilin dekabrında görünəcək konfiqurasiya “Planetlərin paradı” deyil. Sadəcə olaraq bir neçə planet bir yerə yığışacaq. “Planetlərin paradı” isə bir daha 2161-ci ildə olacaq”.
Ə.Quliyev deyib ki, son 4,6 milyard il ərzində planetlər heç vaxt bir xətt üzərinə yığılmayıb və yığıla da bilməzlər: “Ona görə də bu məsələdə çoxlu sayda elm ətrafı söhbətlər gedir. Bu il dekabrında bir neçə planetin bir istiqamətdə paralel toplanması Yer üçün heç bir təhlükə vəd eləmir. Sadəcə olaraq qədim Mayya təqvimlərində guya 2012-ci ilin dekabrında Yer üçün hansısa dövrün başa çatmasına dair məlumatlar yazılıb. Lakin bu məlumatların hamısı boşdur. Həmin günlər heç bir hadisə baş verməyəcək”.
Ə. Quliyev son zamanlar dünyada təbii fəlakətlərin, o cümlədən ABŞ-dakı “Sendi” qasırğasının dekabrda gözlənilən təbiət hadisəsi ilə əlaqəsinin olmadığını və bunun Yerdə baş verən meteoroloji proseslərin nəticəsi olduğunu deyib.
Yenilənib:
xmmmm
yasayib gorerik inwallah pis hadize baw vermez
QIYAMETIN VAXTINI ALLAHDAN BASQA HEC KIM BILMIR

Ne mayya teqvimi,ne bir alim bu haqda qeti hewne deye bilmez.her wey allahin elindadir.o boyukdur.o kerimdir.kim ne biler durdugumuz ele bu an her wey baw vere biler.tewekurler.
Bizim hələm imam Zaman ağamız gəlməlidi..
Təşəkkür
Dunyada dagilmaga bawqa gun tapmadiyeee…)
Deyerli yazidir.
Bele maraqli xeberi yerlesdirmekle gozel dusunmusunuz.
Xebere gore tesekkurler…
Hemin gunu qiyametin olacagini dememiwdiler,sadece 4 gun qaranliq olacagini demiwdiler, tewekur melumata göre
Star gril Sizinle raziyam Allah bu dunyani yaradib ve onun ne vaxt daqilacaqini da Allahdan bawqa hec kim deye bilmez.
oxumusham bu xeberi yinede tshk..
direm bizim alimlerde nese bilermish
bunu ALLAHdan bawqa hec kim bile bilmez.
men allahdan bawqa hech kime inanmiram ve inanmiyacam
ALLAHDAN basqa bunu hec kim bile bilmez
Qiyamət olacaq,Qur"anda bu var.Vaxtını Allah belə xatırlamaq istəmir.Hədislərdə belə verilir.Qiyamətin olacağı gün o qədər sirlidi ki,bəzən Allah belə yadından çıxardır.Amma qiyamətin yaxınlaşmasını deyə bilərik.Bekə ki,hədislərdə verilib:analar öz uşaqlarını atır,hər kəs lüt gəzir,fahişələrin sayı artıb.Qiyamətə az qalıb.