Sən xoşbəxtsən bəs mən?

Sən xoşbəxtsən bəs mən?

Kaş dediklərini duymayaydım.Hər zaman eşitməkdən qorxduğum sözləri səndən eşitməsəydim kaşki.Bilməsəydim birini sevdiyini.Xəyalımda olduğun kimi qalaydın kaşki.Hər zaman qəlbi sevgidən yaralanmış tənha birisi.O qəlbin yeganə sahibi mən olardım.Tənha qəlbinin boşluğunu doldurardım varlığımla.Yaralı qəlbini sevgimlə sarardım.Dilədiyin xoşbəxtliyi ömrünə həkk edərdim.Amma,olmadı.Sən qəlbinin dərmanını başqa sevgidə tapdın.Tənha qəlbinə başqasını həmdəm seçdin.Xoşbəxtliyin başqasını yaşatdı.Mənim xəyallarımsa elə xəyal olaraq qaldı.

Sən xoşbəxtsən bəs mən?

İnsan sevdiyi insan tərəfindən sevilərsə xoşbəxt olur deyirlər.Sən sevilirsən,yəni xoşbəxtsən.Mənsə səni sevdiyim an vidalaşdım xoşbəxtliyimlə.Qəlbimin sultanı olduğun gün mənə ölüm cəzası kəsdin.Lakin məni birdəfəlik öldürmədin.Eşqinin əsiri edib hər gün öldürürsən.Yəni sənsizlik mənə ölümdür.Mənsə ölümdən çox sənsizliyə nifrət edirəm.Bir gün əgər qəlbin daimi məkanım olarsa o zaman bilərəm yaşamın dəyərini.Zaman günləri ömrümdən alarkən büsbütün silirəm keçmişimi.çünki keçmişim də sənsizdi.Gəl və mənə sənli sabahları gətir.Varlığına nəfəs qədər EHTİYACIM VAR…

Angel-Feride

Şərhlər:

  1. Hilary Duff dedi ki:

    Super Tewekkurler……….

  2. Love Girl dedi ki:

    Çox bəyəndim əllərinizə sagliq

  3. Yasaksin_kalbime dedi ki:

    ela yazidi.cox beyendim.tewekkurler

  4. mR_bAkiNec dedi ki:

    Dəhşətizm :/
    Təşəkkür Fəridə xanım hər zaman ki,kimi super !

  5. YUQAN dedi ki:

    SEN GETDIN OLDUM …HELEDE DIRILMEMIWEM DIRILMEYIM GETDI RUHUM OLDU BEDENIM ISE FIRLANIR SERXOW AVARA TEK … dx
    TWKLER EMEYE GORE

  6. _Aynur_ dedi ki:

    Tewekkur xebere gore cox gozel sozlerdi…

  7. fidan75 dedi ki:

    çox gözəl.əllərinizə sağlıq

  8. Ninaska dedi ki:

    chox sagol xeberchun ..

  9. sabinocka dedi ki:

    Varlığına nəfəs qədər EHTİYACIM VAR…