Hekayə

Orta məktəbdə oxuyan vaxtLarımızda qızLar 23 fevraLda sinifdə bir oğLan seçib ona hədiyyə qoyurduLar. Kitab, odekaLon, köynək və nəsə başqa şeyLər.

Vaxtı-vədəsi yetişəndə biz oğLanLar da qızLara hədiyyənin əvəzini qaytarar, üstəLik süni güL də əLavə edərdik. BeLə vaxtLarda hərə öz yorğanına görə ayağını uzatsa da, qızLar say etibarı iLə oğLanLardan çox oLduğundan,bəzən iki qız bir oğLanı arasında şərikLi edərdi. Eyni zamanda varLıLar və ortababLar özLərinə mağaza müdiri, müəLLim, briqadir baLasını götürərdi. Hər kişiLər bayramı – 23 fevraLda bizim sinifdə bir kasıb, yetim qız dərsə gəLməzdi, aiLəLərinin imkanı yox idi hədiyyə aLmağa, amma 7 martda dərsdən sonra qızLara veriLən hədiyyəLərə eLə baxardı ki, sanki ona bağışLamışdıLar. AğLım kəsəndən bunu anLamışdım və 7-ci sinifdə iki qız üçün hədiyyəLər aLan zaman bacıLarımdan xahiş etdim ki, o kasıb sinif yoLdaşıma bağışLamağım üçün bir əLavə kukLa götürsünLər. Həmin günü – 7 martda sevinə-sevinə qızLarın hədiyyə borcunu verəndən sonra kasıb qıza dedim məni dərsdən sonra gözLəsin. Yuxarı mərtəbəyə qaLxdıq, yarı qaranLıq dəhLizdə ona dedim:
– GözLərini yum.
Sonra paLtarımın aLtında gizLətdiyim baLaca kukLanı çıxarıb onun açıLan ovucLarına tərəf apardım. Qız gözLərini açan kimi sevincək çığırdım:
– Bayramın mübarək oLsun..!
Qız tutuLub qaLdı, sonra kukLanı sinəsinə sıxdı, gözLərindən yaş giLəLənirdi:
– Bax, nə istidir.
ƏLimi kukLaya vurdum, bayaqdan məktəbin həyətini fırLanıb qaça-qaça gəLdiyimdən və səhərdən sinəmdə gizLətdiyimdən o ucuz sovet kukLasına qəLbimin hərarəti, bəLkə də sevgimin istiLiyi keçmişdi sanki. Qızcığaz qəfiL hədiyyədən mi, ya da biLmirəm nədən idi, eLə hey göz yaşLarı axıdırdı. Tez yaş yanağından bir öpüş aLıb qaçdım, indiyənəcən də quLaqLarımda onun cingiLtiLi səsi gəLir:
– DəLi haaa. Hara qaçdın.?
Demə öz taLeyimdən qaçırmışam. Sonra zəmanə dəyişdi, o qızın qardaşLarı Rusiyada böyük biznes eLədiLər, qızın aiLəsi kəndimizdən köçüb getdi, 11-ci sinifdə oxuyanda kişiLər bayramıma evimizə az qaLa böyük bir xonça göndərdi o qız.
P.S. Bu yaxınLarda, 25 iLdən sonra o qızın evində qonaq oLanda, müLkün ən yaraşıqLı ərində bahaLı hədiyyəLərin içində o kukLanı gördüm, əLimə götürdüm, az qaLa barmaqLarım yanaydı, arxaya baxdım, hər ikimizin gözLəri yaşarmışdı. Ruhumun quLaqLarına bu səs gəLdi.
– DəLi haa. Hara qaçdın.? :'(

Angel-Feride

Şərhlər:

  1. star girl dedi ki:

    cox maaqli idi cox saqol

  2. Yasaksin_kalbime dedi ki:

    super hekayedi.cox beyendim.ellerine sagliq

  3. Angel-Feride dedi ki:

    Yasaksin_kalbime,
    Nezrin,

    Caan ,cox sagolun,beyendinize cox sevindim..amma bu hekayeni men yazmamisam,sadece basqa bir yerde oxumusdum cox xosuma geldi hekaye ve sizinle bolusmek istedim)

  4. mR_bAkiNec dedi ki:

    Of :/ Çox sağol Fəridə xanım çox gözəl düşünülmüş yazıdı :/
    Gerçəkdə olan şeylərdi yazılıbdı hamısı :/

  5. Lucky Girl dedi ki:

    maraqli hekayedi..L herflerinin boyuk yazilmasi diqqqetimi cekdi…)twk..)

  6. DaRk_AnGeL dedi ki:

    Cox sagol maraqli idi

  7. Hilary Duff dedi ki:

    Maraqli idi Tewekkurler…….

  8. _TaNeM_ dedi ki:

    Indi vaxtim yoxdu ama mutleq oxuyacam tewekkur…

  9. polo dedi ki:

    dogurdanda yaxsi hekayedi

  10. Angel-Feride dedi ki:

    mR_bAkiNec,
    LadyGirl,
    Lucky Girl,
    DaRk_AnGeL,
    Hilary Duff,
    _TaNeM_,
    polo,

    Siz sagolun,beyendinize sevindim…………….

  11. Ninaska dedi ki:

    hekayechun tshk ;)) …