“Qayğı Gecəsi” Xeyriyyə tədbiri

“Qayğı Gecəsi” Xeyriyyə tədbiri


“Qayğı Gecəsi” Xeyriyyə tədbiri



“Qayğı Gecəsi” Xeyriyyə tədbiri
17 noyabr saat 20:00-da Baku Jazz Centredə xeyriyyə tədbiri keçiriləcək.Tədbirin əsas məqsədi 8 yaşlı Xədicəyə kömək olmaqdır.
Beləki, 8 yaşlı Xədicə Yusupovaya həkimlər tərəfindən USİ diaqnozu qoyulub.Kiçik balanın zehni inkişafı tam normal olsa belə,fiziki cəhətdən geri qalır və yerimir.
17 noyabr Baku Jazz Centredə keçiriləcək “QAYĞI GECƏSİ” xeyriyyə tədbirindən toplanacaq bütün gəlir körpənin əməliyyatına yönələcək.
Tədbirin xüsusi qonağı isə Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayevadır.
Eyni ilə gecənin digər qonağı Azərbaycanı 2008-ci ildə Eurovision mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynovdur.
Bundan əlavə bütün gecə boyu öz musiqiləri ilə qonaqları DJ Elio Shanches əyləndirəcək.
Eyni ilə xeyriyyə tədbiri zamanı İrina Əliyeva tərəfindən istəyənlər üçün dəri üzərində akvaqrim rəsmlər çəkiləcək.
Tədbirdə fotosesiya OKTO Agency tərəfindən aparılacaq.
Gecədə qonaqlarımızı bundan əlavə auksionlar və yarışmalar gözləyir.
Hər birinizi 17 noyabr Xədicəyə dəstək olmağa çağırırıq.
Biletləri Baku Jazz Centredən və ya (+99455)276 76 00 telefon nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Biletlərin qiyməti 10 və 25 AZN təşkil edir.

admin

Forgənc saytının yaradıcısı :)

Şərhlər: