Yaşar Nuri: “Daha xəstələnməyəcəm…”

Yasar Nuri

Azərbaycanın xalq artisti Yaşar Nuri Dünyasını dəyişdi.

Azərbaycanın xalq artisti Yaşar Nuri uzun sürən ağır xəstəlikdən sonra noyabrın 22-nə keçən gecə Mərkəzi Gömrük Xəstəxanasında dünyasını dəyişib. mərhum xalq artisti bu gün dəfn olunacaq. Vida mərasimi saat 13.00-da Akademik Milli Dram Teatrında başlayacaq. Saat 14.00-da isə mərhumla vida yürüşünə başlanılacaq. Xalq artisti saat 15.00-da dəfn olunacaq. Forgenc.net-ın əldə etdiyi məlumata görə, Yaşar Nuri I Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də “Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının “Yelkən” verilişinin aparıcılarından olub. Bundan başqa o, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib.

10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.

1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustası idi. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın “Yollar görüşəndə…”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”, Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”, Hüseyn Cavidin “Topal Teymur”, Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, İslam Səfərlinin “Göz həkimi”, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında “Ac həriflər” və s. televiziya tamaşalarını misal göstərmək olar.

Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda “Sabahınız xeyir”, “Gülüş axşamı” yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olub. “Azərbaycanfilm” kinostudiyasında isə saysız hesabsız yerli filmləri səsləndirib, əcnəbi filmləri dublyaj edib.

Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilirdi.

ALLAH RƏHMƏT ETSİN!

SOBRANIE

Şərhlər:

  1. SOBRANIE dedi ki:
    Gözəl Sənətkar idi .. Allah Rəhmət Eləsin. Yeri CƏNNƏTLİk OLSUN . AMİN
  2. Sweet_Love dedi ki:

    Duzu ewitdiyim de cox pis oldum . Bezi ele insanlar var ki dunyasini deyiwdikde onu qebul etmek olmur sanki hele de heyatdaymiw kimi duwunur insan. Allah rehmet etsin. Mekani cennet olsun

  3. Slatkaya dedi ki:

    Allah Hermet etsin evez olunmaz idi sorry

  4. SEBERT dedi ki:

    ALLAH rehmet elsin,yeri cennetlik olsunn..

  5. aksa_ahmedov dedi ki:

    Heqiqeten deyerli senetkarlarimizdan biri idi.Dha kim qaldiki?Siyavus Aslanda,Arif Quliyevde xestedi.Hacibaba Bagirovda vefat etdi,bir qalan onlardi onlarda xeste.Nebilim deyerli senetkarlarimizin hamisini itiririk yavas-yavas.Dunya yaxsilari aparir.Ne deyek bizden ancag qalanlara can sagligi,rehmete gedenlere ise Allah rehmet etsin,yerleri cenet-behist olsun deye dilem,ek gelir

  6. DaRk_AnGeL dedi ki:

    Ewidende cox pis oldum ALLAH REHMET ELESIN.

  7. Ninaska dedi ki:

    Allah Rehmet Elesin …
    :((

  8. sabinocka dedi ki:

    allah rehmet etsin

  9. deniz15 dedi ki:

    cox uzulurem gozel senetkarimiza ALLAH rehmet elesin AMIN

  10. MR... dedi ki:

    ALLAH REHMET ELESIN !

  11. _SAFURA_ dedi ki:

    Allah rehmet elesin

  12. deniz15 dedi ki:

    cox pis oldum ALLAH rehmet elesin ALLAH o dunyasin versin AMIN

  13. mR_bAkiNec dedi ki:

    Cox beyendiyim bir senetkar idi…ALLAH `ona qeni qeni rehmet elesin…
    Mekani cennet olsun .. ! Azerbaycanda iz qoydu getdi…
    ALLAHyaxinlarina sebr versin o cumleden Azerbaycan`a..
    Bele senetkarlar daha gelmeyecek…. !

    `Sene ejdaha lazimdi?` :'(

  14. ZoRRo_BaKu dedi ki:

    Allah Rehmet elesin ..!

  15. Yasaksin_kalbime dedi ki:

    ALLAH rehmet elesin.

  16. star girl dedi ki:

    ALLAH REHMET ELESIN

  17. YUQAN dedi ki:

    Allah rehmet elesin yeri cennetdik olsun

  18. CooL_Man dedi ki:

    Allah rehmet elesin… Chox pis oldum bunu ewidende smiles

  19. Firdevs dedi ki:

    Coox uzuldum..Coox..Allahin rehmetinde olsun inwAllah smiles

  20. Love Girl dedi ki:
    Allah rehmet elesin
  21. Hilary Duff dedi ki:

    Allah rehmet elesin….