Atasız omur

Necə izah eliyim mən bu dərin dəryanı
çünki yazmaqa qurtarmaz bu böyük mənanı
Neçə dost ilə qohumla sürəsən dünyanı
Ata yoxdursa demək boşdu bu dünya atasız

Sevsə hər kim atanın saxlasa gel hörmətini
Allah ol kəsdən uzaq saxlamaz öz rəhmətini
Atanın qədrini bil vurma yerə zəhmətini
çox çətindir eləmək bir işi bərpa atasız

Bir kəsinki ola var dövləti cahu-celalı
Xalq arasında şanı,şöhrəti əqli-kamalı
Ola qardaş bacısı dostları əhli-əyalı
Yenə hiss eylər özün dəhridə tənha atasız

Tanri xəlq eyləyib insanı gətirdikdə cana
Bəxş edər valideyin vasitəsiylə cahana
Nə qədər dahi müqəddəs böyük ad olsa ANA
Gələ bilməz həyata bir uşaq əsla atasız

Bir nəfər vardı Məsiha deyim ondan yeridir
Qeybidən xəlq olub qeybə çəkilmiş diridir
Buda Pərvərdigarın möcüzəsindən biridir
Ki bu dünyaya gəlib Həzrəti İsa atasız

Ata haqqında bunu söyləməyə haqqım var
Onu inkar edən Allahını eylər inkar
Ey İlahi məni qoy əlsiz,ayaqsız bimar
Rəhm eylə Pərvizi amma qoyma atasız

aksa_ahmedov

Şərhlər:

  1. mR_bAkiNec dedi ki:

    Çox əladı !
    Əllərinə sağlık olsun !

  2. CooL_Man dedi ki:

    coox sagol…

  3. fidan75 dedi ki:

    cox gozel ALLAH heckesi valideynsizlikle sinaga cekmesin.coxsagolun

  4. Yasaksin_kalbime dedi ki:

    ALLAH hec kimi valideyinsiz qoymasin.weiri beyendim.tewekkurler

  5. DaRk_AnGeL dedi ki:

    Ele ANAsizda olmur ALLAH onlari bawimizin ustunden eskik etmesin

  6. sabinocka dedi ki:

    Necə izah eliyim mən bu dərin dəryanı
    Çünki yazmaqa qurtarmaz bu böyük mənanı
    Neçə dost ilə qohumla sürəsən dünyanı
    Ata yoxdursa demək boşdu bu dünya atasız
    cry
    alalh atalara can sagligi versin olenlere de qeni qeni rehmet etsin