Allaha secdedi,Mehemmede(s.e.s)hormetdi namaz

İslam övladı üçün , öncə şəhadətdi namaz.

Pak olan qəlbə qida , ruha şəfaətdi namaz.

Şəriət hökmünə , əlbətdə itaətdi namaz.

Səcdə et , yığ yükü yük üstünə ,sərvətdi namaz.

ALLAHA səcdədi ,Peyğəmbərə hörmətdi namaz.

O namaz ki,onu vaxtilə Peyğəmbər (s) qılmış.

Tanrının şiri , o həqq aşiqi Heydər (ə) qılmış.

On bir övladı ilə Fatimə (ə) yeksər qılmış.

Dur qoşul sən də bu sıx cərgəyə,vəhdətdi namaz.

ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi namaz.

O namaz ki , onu göylərdə mələklər də qılır.

RƏBBİNƏ səcdə edən bəndələr hər yerdə qılır.

Dəstə-dəstə yığılıb KƏBƏYƏ , bir yerdə qılır.

“Mustəqim” yol ki deyirlər, ona dəvətdi namaz.

ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi namaz.

Səni aldatmasın aləmdəki bu cah-cəlal.

Xaliqi zikr edən ol , eyləmə şeytani xəyal.

Hər əzan vaxtı pak ol , niyyət ilə dəstəmaz al,

“Həmd”i – “İxlas”ı oxu , qayəti ayətti namaz.

ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi namaz.

Tanrı nuru yaradıb zülməti tərk etmək üçün.

Zülməti xəlq elədi , fərqini dərk etmək üçün.

Namaz əmr oldu ki , bəd işləri tərk etmək üçün.

Ədəb-ərkandı , mərifət , həya ismətdi namaz.

ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi namaz.

Bax namaz əhlinə , ay tək üzü aydın parlaq.

çünki , qəlbində həsəd yoxdur , imandır ancaq.

Dəstəmazın suyu möminlərin üzün etmiş ağ,

Tanrının dərgahına əl açmağa hacətdi namaz.

ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi namaz.

Tövbə et keçmişinə , bəlkə də ömrün var hələ.

Hər namaz vaxtı tələs sən də bu xeyruləmələ

Qibləyə üz tutaraq , üz-üzə dur RƏBBİN ilə

Aşiqin məşuq ilə etdiyi söhbətdi namaz.

ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi namaz.

Kim namaz aşiqidir , Tanrı ona yar olsun

Axirət sorğu sualında həvadar olsun.

Namaz əhlinə yaraşmaz özü qəddar olsun.

çünki “ƏR-RƏHMAN”olan Xaliqə xidmətdir namaz.

ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi namaz

Yusifa , qəbrə qədər həqqə ibadət elə sən !

Tanrıya laiq olan kəlmələri al dilə sən !

Oxu hər yerdə gözəl şerini avaz ilə sən !

Bəşər övladına hər yerdə hidayətdi namaz.

ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi namaz

aksa_ahmedov

Şərhlər:

  1. Love Girl dedi ki:

    Allah razi olsun

  2. Yasaksin_kalbime dedi ki:

    ALLAH razi olsun

  3. mR_bAkiNec dedi ki:

    Ya ALLAH !
    Çox gözəl düşünülmüş xəbər ( yazıdı)..
    Hər müsəlman namaz qılsa nə xoş həmin müsəlmanın axirətinə..
    Namaz gözəl hissdi ALLAH ` qarşısında səcdəyə getmək..
    ALLAH bütün müsəlmanlara əyilmək qismət eləsin, ancaq ALLAH qarşısında SƏCDƏ`də !
    Xəbər Mükəmməl !

  4. MR... dedi ki:

    Allah razı olsun
    bye

  5. sabinocka dedi ki:

    allah razi olsun

  6. =ReiNKaRNaSiYa= dedi ki:

    NAMAZ seninle Rebbin arasindaki sohbetindi..her azan vaxti namaza telesirem ki, SEVDIYIMLE sohbet edim…super duygudu..coox wukur bu gunumeki alni secdeliyem..ALLAH razi olsun…cox gozel sozlerle yazilmiw weirdi…twkler…

  7. CooL_Man dedi ki:

    ALLAH razi olsun!

  8. ASI dedi ki:

    Hər əzan vaxtı pak ol , niyyət ilə dəstəmaz al,

    “Həmd”i – “İxlas”ı oxu , qayəti ayətti namaz.

    ALLAHA səcdədi , Peyğəmbərə hörmətdi namaz.

    Namaz Uca rebbimizin bize bexsh etdiyi bir mocuzedir