Kim daha axmaqdır?

Mədrəsələrin birində Ağıllı Suta ilə Tənbəl Balu adlı iki şagird var idi. Suta dərslərini əla bilir,


boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü yatır, dərslərini də


oxumurdu. Bir gün Balu Sutaya deyir :


— Suta, iki üstəgəl bir neçə edir?


Suta cavab verir:


— üç.


Balu gülüb deyir:


— Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən. İki üstəgəl bir beş edir.


Suta deyir:


— Yox, üç edir.


Balu deyir:


— Beş.


— Yox, üç.


— Yox! Beş.


Nə isə, bunların mübahisəsi uzanır, uzanır…


Axırda başlayırlar dalaşmağa. Bir-birlərini yerdə sürüyərkən müəllim içəri daxil olur. Onları

ayırıb nə baş verdiyini soruşur. Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir:


— Sən cəzalanırsan. Keç otağına, üç gün bayıra çıxma.


Suta üç gün qaranlıq otaqda qalandan sonra müəllim qapını açır. Suta müəllimindən küsmüş


halda ona tərs-tərs baxır. Sonra deyir:


— Müəllim, axı mən düz deyirdim. İki üstəgəl bir üç edir. Amma Balu deyirdi ki, beş edir. Sizsə

düz cavab verdiyimə baxmayaraq, məni cəzalandırdınız. Əslində isə siz Axmaq Balunu

cəzalandırmalıydınız.Müəllim cavab verir:


— Balu ağılsızdır, ona görə səhv danışa bilər. Bir üstəgəl iki doğrudan da üçdür. Amma sən 100

% əmin olduğun bir şeyə görə mübahisə etdin.


İndi de görüm hansınız daha axmaqsınız?

Love Girl

Şərhlər:

  1. Not to love you dedi ki:

    Maraqlidi dogurdan da amma menceoglan axmaq deyil yeni Balu haqlidi mence duzu yene de dalawmaq care deyil

  2. Yasaksin_kalbime dedi ki:

    cox maraqli idi tewekkurler.

  3. CooL_Man dedi ki:

    Muellime bax eee tongue (zarafat)

    super hekayedi teshekkurler!

  4. Love Girl dedi ki:

    Rəylərə görə təşəkkürlər

  5. sabinocka dedi ki:

    marqli idi tewekkur

  6. Gunka narxoz dedi ki:

    maraqli idi ,,twk

  7. MR... dedi ki:

    Hmm ela twkler
    saq ol twk

  8. mR_bAkiNec dedi ki:

    Mende bele edirem ) Kiimse nese soruwanda emin oldugum sualin cavabin verirem amma sual verenin fikri deyiwmir o zaman mubahise flan elemirem ) BIlirem gec tez menim fikrime gelecek.. Bu hekayede duzdur tek suallarda yox heyatdada bele olmaq lazimdi… 😉
    Cox xowuma geldi.. Ellerine saglik 😉

  9. SEBERT dedi ki:

    demeli mellim agilliymis hamsindan :),tesekkurler

  10. DaRk_AnGeL dedi ki:

    Elaaa deyib muellim)Cox sagol

  11. Ninaska dedi ki:

    beyendim tshkkkk ;))

  12. Hilary Duff dedi ki:

    Beyendim Tewekkurler xeber cun……

  13. deniz15 dedi ki:

    heqiqeten maraqli idi cox sagolun